Gəncə qiyamından 23 il keçir

© studiolum.comAzərbaycan Xalq Cəbhəsi
Azərbaycan Xalq Cəbhəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Gəncədəki hərbi qiyamı yatırtmaq üçün həyata keçirilən uğursuz əməliyyata görə məsuliyyət daşıyan AXC iqtidarının ikinci şəxsi, parlamentin sədri İsa Qəmbər istefa verib.

BAKI, 13 iyun — Sputnik. 1993-cü il iyunun 13-də Milli Məclisdə Gəncə hadisələri (4 iyun) ilə bağlı gərgin və əsasən əhəmiyyət və məna kəsb etməyən müzakirələr başlayıb.

Gəncədəki hərbi qiyamı yatırtmaq üçün həyata keçirilən uğursuz əməliyyata görə məsuliyyət daşıyan AXC iqtidarının ikinci şəxsi, parlamentin sədri İsa Qəmbər istefa verib. Onun istefasını Surət Hüseynovun başçılıq etdiyi quldur dəstəsi tələb edirdi.

Prezident Əbülfəz Elçibəy və digər hakimiyyət mənsubları parlament sədri postunu Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə təklif etsələr də, o, mövcud vəziyyəti bilavasitə öyrənmək üçün Gəncəyə gedəcəyini və yalnız bundan sonra təklifə cavab verəcəyini bildirib. Heydər Əliyev bir qrup jurnalistin müşayiəti ilə həmin gün Gəncəyə yola düşüb.

Xəbər lenti
0