Şuşanın azad olunduğu gün

© youtube.comŞuşa şəhəri
Şuşa şəhəri - Sputnik Azərbaycan
Abunə olmaq
96 il əvvəl Şuşa bolşevik quldurlarından azad olundu.

BAKI, 3 iyun — Sputnik. 1920-ci il iyunun 20-də Zəngəzur və Qarabağda bolşevik işğalına müqavimət göstərən Nuru paşanın başçılıq etdiyi Xalq Cümhuriyyətinin ordu hissələri Şuşa şəhərini ələ keçiriblər.

Onların üzərinə XI rus ordusunun əlavə birləşmələri göndərilib. Sayca qat-qat çox olan rus qoşunları Levandovskinin komandanlığı altında iyunun 15-də Şuşanı yenidən işğal ediblər.

Milli ordunun azsaylı hissələri Cəbrayıl qəzasına geri çəkiliblər. İyunun sonunda bu bölgə bolşeviklərin nəzarətinə keçdi. Sovetləməyə qarşı üsyanlar ilin sonunadək Şəmkir, Quba və digər bölgələrdə də baş verdi.

Xəbər lenti
0