Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Musiqi məbədimizin əsasının qoyulduğu gün

© sputnik.az/Pəri AbbaslıFilarmoniya
Filarmoniya - Sputnik Azərbaycan
Abunə olmaq
1936-cı ildə respublikanın musiqi qurumları Azərbaycan Dövlət Filarmoniyasında birləşdirildi.

BAKI, 25 may — Sputnik. 1936-cı il mayın 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası yaradılıb.

Filarmoniyanın yerləşdiyi bina 1912-ci ildə “İctimai toplantılar üçün yay binası” olaraq inşa edilmişdi və burada müxtəlif musiqi məclisləri keçirilirdi. 1920-ci ildə təşkil edilən Azərbaycan Dövlət Simfonik Orkestri, digər musiqi kollektivləri də burada çıxış edirdilər.

1936-cı ildə respublikanın musiqi qurumları Azərbaycan Dövlət Filarmoniyasında birləşdirildi.

Hazırda Filarmoniyada 7 kollektiv (Azərbaycan Dövlət Simfonik Orkestri, Dövlət Xor Kapellası, Q.Qarayev adına Dövlət Kamera Orkestri, Dövlət Fortepiano Triosu, Dövlət Simli Kvarteti, F.Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblı və bu kollektivin nəzdində yaradılan Dövlət Xalq Calğı Alətləri Orkestri) fəaliyyət göstərir.

Xəbər lenti
0