Xalq yazıçısı Elçin

Özündən cürbəcür əhvalatlar uydurub danışan adam

215
(Yenilənib 10:06 13.05.2016)
Azərbaycan Respublikası Baş Nazirinin müavini, eləcə də Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyəti - "Vətən" Cəmiyyətinin sədri Elçin Əfəndiyevin ad günüdür.

BAKI, 13 may — Sputnik. Xalq yazıçısı, dramaturq, filologiya elmləri doktoru, professor, dövlət xadimi Elçin İlyas oğlu Əfəndiyev 1943-cü il mayın 13-də anadan olub.

1993-cü ildən Azərbaycan Respublikası Baş nazirinin müavinidir.

Əsərləri: "Ağ dəvə", “Mahmud və Məryəm" romanları, “Dolça”, “Bir görüşün tarixçəsi” povestləri, “Mənim ərim dəlidir”, “Cəhənnəm kirayənişinləri”, “Şekspir” pyesləri və s. Əsərləri bir çox dillərə tərcümə olunub. “Arxadan vurulan zərbə”, “Gözlə məni”, “Gümüşü furqon”, “Bağ mövsümü” və s. filmlərin ssenari müəllifidir.

O, nə zaman yazmağa başlayıb? Bu suala Elçin özü belə cavab verir: "Özümü xatırladığım zamandan. Hələ yazıb-oxumağı bacarmırdım, amma özümdən cürbəcür əhvalatlar uydurub danışırdım…" İlk hekayəsi 16 yaşı olarkən, 1959-cu ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunub.

215