Azərbaycan mətbuatı

Beynəlxalq söz mətbuat azadlığı günü

40
1993-cü ildə BMT Baş Assambleyası tərəfindən Beynəlxalq söz və mətbuat azadlığı günü rəsmi gün kimi təsis edilib.

BAKI, 3 may — Sputnik. 3 may dünyada “Beynəlxalq söz və mətbuat azadlığı günü” (World Press Freedom Day) kimi qeyd olunur.

1991-ci il mayın 3-də dünya jurnalistlərinin Namibiyanın paytaxtı Vindhukda keçirilən regional seminarında qəbul olunmuş dünya hökumətlərinə müraciət — “Vindhuk Bəyannaməsi” ilə əsası qoyulub. 1993-cü ildə BMT Baş Assambleyası tərəfindən rəsmi gün kimi təsis edilib.

40
Leyli və Məcnun operasının afişası

Yüz on üç yaşlı sevgi hekayəsi

10
Bu yazılar 1908-ci il yanvar 12-də "Nicat" Maarif Cəmiyyəti tərəfindən həvəskar aktyorların Hüseyn Ərəblinskinin rejissorluğu və müəllifin nəzarəti ilə müsəlman səhnəsində ilk dəfə olaraq Üzeyir Hacıbəylinin

BAKI, 13 yanvar — Sputnik. Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində bərpa edilən qurama texnikalı tikmənin üzərində aşkarlanan yazılar Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun" operasının ilk tamaşasının proqram-afişasını əks etdirir.

© Sputnik
Qurama texnikalı tikmə

Sputik Azərbaycan xəbər verir ki, müsəlman Şərqinin ilk operası olan "Leyli və Məcnun"un premyerasından 113 il ötür. Şərqin ilk operası olan "Leyli və Məcnun"u Üzeyir Hacıbəyli 1907-ci ildə yazıb. 1908-ci il yanvarın 12-də əsərin Tağıyev teatrında ilk tamaşası olub. "Leyli və Məcnun"la Azərbaycan musiqi mədəniyyəti tarixində yeni bir dövr açılıb, eyni zamanda müsəlman Şərqində opera janrının əsası qoyulub.

2011-ci ildə Milli Azərbaycan Tarixi Muzeyindən Elmi Bərpa Mərkəzinə daxil olan qurama texnikalı tikmənin bərpası zamanı onun demontaj edilmiş bir hissəsində ipək parçanın üzərində həm əski əlifba, həm də köhnə kiril əlifbası ilə olan yazılar aşkarlanıb. Bu yazılar 1908-ci il yanvarın 12-də "Nicat" Maarif Cəmiyyəti tərəfindən həvəskar aktyorların Hüseyn Ərəblinskinin rejissorluğu və müəllifin nəzarəti ilə müsəlman səhnəsində ilk dəfə olaraq Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının ilk tamaşasının proqram-afişasını əks etdirirdi. Proqram-afişanın üzərində ilk tamaşada rolları ifa edən aktyorların adı, rejissorun adı və s. ilə yanaşı, yanvarın 14-də oynanılacaq növbəti tamaşanın anonsunu əks etdirən yazılar da var idi.

10

Ölümü ilə hər kəsi ayağa qaldırmış general

64
(Yenilənib 10:24 02.01.2021)
Polad Həşimovun ölümü ölkədə geniş əks-səda doğurub. Yüz mindən artıq insan Şəhidlər Xiyabanına yürüş edərək generalın qisasının alınmasını tələb edib. 

BAKI, 2 yanvar - Sputnik. Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür, yaşasa idi bu gün onun 46 yaşı tamam olacaqdı.

Sputnik Azərbaycan  xəbər verir ki, P.Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirərək hərbçi olub.

General-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər gedən dövrdə şəhid olub. İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri Xiyabanda dəfn olunub.

Polad Həşimovun ölümü ölkədə geniş əks-səda doğurub. Yüz mindən artıq insan Şəhidlər Xiyabanına yürüş edərək generalın qisasının alınmasını tələb edib. 

Polad Həşimovun ölümü barədə cəmiyyətdə birmənalı fikir mövcud deyil. Belə ki, şəhid polkovnik, Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun atası Nəriman Həmidov noyabrın 8-də telekanallardan birinə verdiyi açıqlamada Polad Həşimovun xəyanət nəticəsində döyüş bölgəsindən kənarda öldürüldüyünü deyib. 

P.Həşimov 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən döyüşlər zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və döyüş vaxtı yaralanıb. 2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib. O, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub.

Polad Həşimovun iki oğul və bir qız övladı yadigar qalıb.

64
Ceyhun Bayramov və Sergey Lavrov, arxiv şəkli

Azərbaycan Rusiya XİN başçıları Qarabağla bağlı məsələni müzakirə ediblər

0
(Yenilənib 19:19 15.01.2021)
Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.

BAKI, 15 yanvar — Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən daxil olan məlumatda bildirilir.

"Nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı son vəziyyəti, eləcə də 11 yanvar 2021-ci il tarixində Moskvada imzalanmış birgə bəyanatdan irəli gələn məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər", - deyə məlumatda bildirilir.

0