Политический обозреватель Зорин

Əfsanəvi şərhçi öldü

28
Əfsanəvi sovet və Rusiya jurnalisti Valentin Zorin bu gün Moskvadakı klinikalardan birində 92 yaşında vəfat edib.

BAKI, 27 apr — Sputnik. Əfsanəvi sovet və Rusiya jurnalisti Valentin Zorin bu gün Moskvadakı klinikalardan birində 92 yaşında vəfat edib.

O, ömrünün son illərində “Rossiya seqodnya” (“Rusiya bu gün”) BİA-nın şərhçisi işləyib. Amma sovet dövrünün tamaşaçıları arasında Zorin daha çox “Beynəlxalq panoram” ("Международная панорама"), “Dünyada bu gün” ("Сегодня в мире"),  “9-cu studiya”("9-я студия") verilişlərinin aparıcısı kimi populyarlıq qazanıb. O, amerikaşünas kimi ABŞ həyatı ilə bağlı bir neçə əsərin — “Amerikanın tacsız kralları”, “70-ci illərin Amerikası”, “Maskasız lordlar”, “Cənab milyardlar”, “Ziddiyyətli Amerika” —müəllifidir. 

Valentin Sergeyeviç Zorin 9 fevral 1925-ci ildə Moskvada anadan olub. 1948-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ — hazırkı universitetinin) ilk məzunlarından biridir. Tarix elmləri doktorudur. 1948-1955-ci illərdə Ümumittifaq radiosunun beynəlxalq şöbəsinin şərhçisi, 1955-ci ildə “Mayak” radiosunun “Son xəbərlər” proqramının baş redaktor müavini, 1965-ci ildə Ümumittifaq radiosunun və Mərkəzi televiziyanın siyasi şərhçisi olub. 

1970-1980-ci illərdə Valentin Zorin  “Beynəlxalq panoram”, “Dünyada bu gün”,  “9-cu studiya” verilişlərini aparıb. Bu illər ərzində “Qeyri-diplomatik söhbətlər” verilişlər seriyasının (45 buraxılış), xarici ölkələrdə yayınlanan “Moskvadan baxış” radioverilişinin həftəlik rubrikasının və digər verilişlərin aparıcısı olub. 

1956-cı ildən başlayaraq xüsusi müxbir kimi Sovet və Rusiya liderlərindən Nikita Xruşşov, Leonid Brejnev, Mixail Qorbaçov və Boris Yeltsinin xarici səfərlərində, yüksək səviyyəli görüşlərində iştirak edib. Zorin ayrı-ayrı ölkələrin liderləri və dünyanın aparıcı siyasi xadimlərindən – Fransa prezidenti Şarl de Qolldan, Hindistanın baş naziri İndira Qandidən, Yaponiyanın baş naziri Yasuxiro Nakasonedən, Böyük Britaniyanın baş naziri Marqaret Tetçerdən, AFR-in federal kansleri Helmut Koldan, ABŞ prezidentləri Duayt Eyzenhauerdən tutmuş Bill Klintona qədərki prezidentlərindən müsahibələr alıb. 

2000-ci ildən etibarən “Rusiyanın səsi” ("Голос России") dövlət radioşirkətinin siyasi şərhçisi işləyib. 2014-cü ildən etibarən Zorin “Rossiya seqodnya” BİA-nın siyasi şərhçisi olub. 

ABŞ institutu və Kanada Elmlər Akademiyasının qurucularından biridir. Sovet Sülhü müdafiə komitəsinin, daha sonra isə "Sülh və əmin-amanlıq" federasiyası sədrinin birinci müavini olub. 

1965-1967-ci illərdə Zorin SSRİ XİN-in MDBMİ-nin beynəlxalq jurnalistika kafedrasının müdiri və professoru olub. Dünyanın əksər ölkələrində və dillərində çap olunmuş 15 kitab və monoqrafiyanın müəllifidir. 

Zorin SSRİ və RSFSR-ın dövlət mükafatı, Beynəlxalq jurnalistika sahəsində Vorovski adına mükafatın laureatıdır.  Keçici Qızıl Bayraq, Oktyabr İnqilabı ordeni, Şərəf və Dostluq ordenləri və medalları ilə təltif edilib. 2015-ci ildə Zorin Aleksand Nevski ordeninə layiq görülüb. Rusiyanın əməkdar mədəniyyət işçisidir. 

28