Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

İlk opera müğənnimiz

Abunə olmaq
Şövkət Məmmədova Azərbaycanın ilk opera müğənnisidir.

BAKI, 18 apr — Sputnik. 1897-ci il aprelin 18-də Azərbaycanın ilk professional qadın müğənnisi, SSRİ Xalq artisti Şövkət Həsən qızı Məmmədova (1897-8.6.1981) Tiflisdə doğulub.

Məmmədova Milan Konservatoriyasında təhsil alıb. İlk dəfə 1912-ci ildə Tağıyev teatrında Ü.Hacıbəylinin "Ər və arvad" operettasında çıxış edib. 1923-cü ildə Bakı Ali Teatr Məktəbinin (indiki Mədəniyyət və İncəsənət Universiteti) yaradıcılarından olub.

Şövkət Məmmədova Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib.

Əsas partiyaları: Rozina ("Sevilya bərbəri", C.Rossini), Lakme ("Lakme", L.Delib), Cilda ("Riqoletto", C.Verdi), Olimpiya ("Hofmanın nağılları", J.Offenbax), Marqarita Valua ("Hugenotlar", C.Meyerber), Qar qız ("Qar qız", N.Rimski-Korsakov), Antonida ("İvan Susanin", M.Qlinka), və s. Yaradıcılığında Şahsənəm ("Şahsənəm", R.Qlier), Nərgiz, Gülzar ("Nərgiz", "Şah İsmayıl", M.Maqomayev), Gülçöhrə ("Arşın mal alan", Ü.Hacıbəyli) partiyaları xüsusi yer tutmuşdur. Repertuarına Azərb. xalq mahnıları, rus və Qərb bəstəkarlarının kamera-vokal əsərləri daxil idi. Tbilisi, Odessa, Moskva, Kiyev, Leninqrad, Daşkənd, Paris və Təbrizdə çıxış etmişdir. Azərb. Teatr Cəmiyyətinin ilk sədri olmuşdur (1945-52). 1945-81 illərdə Azərb. Dövlət Konservatoriyasında pedaqoji fəaliyyət göstərmişdir (1949 ildən prof.).

Onun ifa etdiyi Rozina ("Sevilya bərbəri" C.Rossini), Lakme ("Lakme" L.Delib), Cilda ("Riqoletto" C.Verdi), Şahsənəm ("Şahsənəm" R.Qlier), Nərgiz ("Nərgiz" M.Maqomayev), Gülçöhrə ("Arşın mal alan" Ü.Hacıbəyov) və digər partiyaları Azərbaycanın opera sənəti tarixində yeni səhifələr açıb.

Xəbər lenti
0