ADR

Dördüncü hökumət

22
(Yenilənib 10:09 14.04.2016)
1919-cu il aprelin 14-də Azərbaycan Xalq Cümhuriyyətinin növbəti hökuməti təşkil olunub.

BAKI, 14 apr — Sputnik. 1919-cu il aprelin 14-də Nəsib bəy Usubbəylinin başçılığı ilə Xalq Cümhuriyyətinin 4-cü hökuməti təşkil edilib.

Öncəki hökumətlərdən daha geniş tərkibdə olan yeni kabinetdə «Müsavat»la yanaşı, «Əhrar», sosialistlər, bitərəflər, Rus-Slavyan Cəmiyyəti, hətta erməni nazir («Daşnaksütyun») də yer almışdı. Xalq Cümhuriyyətinin 4-cü hökumət əvvəlki kabinetlərə nisbətən daha uzunömürlü — 1919-cu ilin dekabrınadək oldu.

IV kabinə: 14.03.1919-26.12.1919

Nazirlər Şurasının sədri və daxili işlər naziri – N.Yusifbəyli (bitərəf)

Maliyyə naziri – Ə.Həsənov (bitərəf)

Ticarət və sənaye naziri – A.Əminov (bitərəf)

Xarici işlər naziri – M.Y.Cəfərov (müsavat)

Yollar naziri – X.Məlikaslanov (bitərəf)

Poçt-teleqraf naziri – C.Hacınski (sosialist)

Hərbi nazir – S.Mehmandarov (bitərəf)

Sosial-təminat naziri – V.Klenevski (Slavyan-Rus cəmiyyəti)

Səhiyyə naziri – Abram Dastakov (daşnaksütun)

Maarif və dini etiqad naziri – R.Kaplanov (əhrar)

Əkinçilik naziri – A.QardaĢov (əhrar)

Portfelsiz nazir – X.Amaspür (daşnaksütun)

Dövlət müfəttişi – N.Nərimanbəyli (müsavat)

Ədliyyə və əmək naziri – A.Səfikürdski (sosialist)

Sonralar daxili işlər naziri – X.Xasməmmədov (müsavat)

22