Cümhuriyyətimizin tarixində ən vacib günlərdən biri

Abunə olmaq
Sputnik "Tarixdə bu gün" rubrikasında bu gün baş verən ən vacib hadisələri diqqətə çatdırır.

Bu gün baş vermiş hadisələrlə oxucuları tanış etməyə davam edirik.

1. 1920-ci il yanvarın 11-də I Dünya müharibəsinin yekunlarına həsr olunmuş Versal (Paris) sülh konfransının Ali Şurasında Böyük Britaniyanın xarici işlər naziri Kerzonun təklifi ilə Azərbaycan Xalq Cümhuriyyətinin tanınması barədə qərar qəbul olunub.

Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi nümayəndə heyəti Qərb dairələri ilə aparılan birillik gərgin danışıqlardan sonra buna nail olub.

Paris sülh konfransının rəsmi qərarın yanvarın 15-də Azərbaycan nümayəndə heyətinə rəsmən təqdim olunub.

1972-ci il 11 yanvarda  Şərqi Pakistanın adı   dəyişdirilərək Banqladeş adlandırıldı.

2. Banqladeş 1971-ci ilə kimi Pakistanın "Şərqi Pakistan" adlı əyaləti idi. Daha əvvəllər isə ingilislərin Benqal əyaləti olub. 12-ci əsrdən 1757-ci ilə kimi müsəlmanların idarəsində olub. 1757-1905-ə kimi isə ingilislərin hakimiyyəti altına düşüb. 1947-ci ildə Pakistanın "Şərqi Pakistan" əyaləti oldu. Bu 1969-cu ilə kimi davam edib. Daha sonra 1971-ci ildə Hindistan — Pakistan müharibəsi başlayıb. 1971-ci il dekabrda müharibə başa çatdıqdan sonra Hindistan artıq Şərqi Pakistanın böyük bir hissəsini işğal edib. 1971-ci il 22 dekabrda Mucibur Rəhmanın başçılığı ilə Banqladeş Müsəlman Xalq Cumhuriyyəti yaradılıb və Hindistan buranı tərk edib. 15 avqust1975-ci ildə Mucibur Rəhman ailəsi ilə birlikdə öldürülüb. İdarəni Qəndəhar Mustak Əhməd ələ keçir.

3. 1906-cı il yanvarın 11-də tarixçi və şərqşünas, akademik, əməkdar elm xadimi, dövlət mükafatı laureatı Əbdülkərim Əlizadə Bakı yaxınlığındakı Bilgəh kəndində anadan olub.

Əbdülkərim Əlizadə 1930-cu ildə Leninqrad Şərq İnstitutunu bitirib. 1935-ci ildə SSRİ EA Şərqşünaslıq İnstitutunda, 1936-1938 illərdə Leninqrad Şərq İnstitutunda, 1938-1939 illərdə Leninqrad Dövlət Universitetində işləyib. 

Əbdülkərim Əlizadə 1954-cü ildə doktorluq dissertasiyası müdafiə edib, 1955-ci ildəAzərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) akademiki seçilib.

Ona 1960-cı ildə Azərbaycanın əməkdar elm xadimi fəxri adı verilib. O, SSRİ və Azərbaycan SSR Dövlət Mükafatına Laureatı adlarına layiq görülüb. 

O, Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiya heyətinin üzvü idi. 

Əbdülkərim Əlizadə 3 dekabr 1979-cu ildə Bakıda vəfat edib. 

Xəbər lenti
0