Çay

Bu gün Beynəlxalq Çay Günüdür

156
(Yenilənib 04:09 15.12.2015)
İlk çay bayramı 2004-cü ildə Hindistanın Mumbay şəhərində qeyd olunub.

BAKI, 15 dek-Sputnik. Hər il dekabrın 15-də Beynəlxalq Təhsil və Ünsiyyət Mərkəzinin (Centre for Education and Communication) təşəbbüsü ilə Beynəlxalq Çay Günü (International Tea Day) qeyd olunur. 

"Beynəlxalq çay günü" tarixdəki yeni bayramlardan biridir. "Çay günü"nü qeyd etmək uzun illər müzakirə mövzusu olsa da, bunu yalnız 2004-cü ildə Hindistanın Mumbay şəhərində və 2005-ci ildə Braziliyanın Portu-Aleqri şəhərində keçirilən ümumdünya ictimai forumlarından (World Social Forum) sonra reallaşdırmaq mümkün olub. O vaxtdan hər ilin 15 dekabrında müxtəlif ölkələrdə çay bayramların keçirilir.

Öz tarixi təkamülündə müxtəlif dəyişikliklərə məruz qalan çay içkisi qədim Çində tez həlledilən formada istifadədən tutmuş dövrümüzdə kofeinsizləşdirilmiş‚ soyuq çay, hətta üzvi çay (ekoloji cəhətdən təmiz ərazilərdə becərilən bitki ibtidai dövrlərdə olduğu kimi emal edilir) formalarına qədər inkişaf etmişdir. Çayın tarixində daha maraqlı rəqəm 1908-ci ildə geniş yayılmış paket(birdəfəlik)çayların ABŞ-da istehsalıdır.

Çay ağacının vətəni Çin hesab edilir. Məhz çinlilər yarpaqdan hazırlanmış həlimin insan orqanizmi üçün faydalı təsirlərinə diqqət yetirmiş və bu bitkinin becərilməsinə başlamışlar. Çayla bağlı ilk xatirələrə təxminən 5000 il bundan əvvəl Çin əlyazmalarında rast gəlinir.

156
Teqlər:
Beynəlxalq Çay Günü, Mumbay, Portu-Aleqri, International Tea Day, Centre for Education and Communication, çay, Braziliya, Hindistan, ABŞ, Çin
Əlaqədar
Gündə 3 fincan çay için. Çünki…
Bakıda Beynəlxalq Çay Festivalı
Çayla bağlı həyati önəm daşıyan 10 qadağa
Dünya alimləri çayı tədqiq etdilər, ilginc nəticələr ortaya çıxdı
Uroloq: çox çay içmək böyrək daşı xəstəliyi yaradır