Titanik

Atlantik okeanın udduğu nəhəng

121
(Yenilənib 11:15 02.09.2015)
Bu gün əfsanəvi "Titanik" gəmisinin qalıqlarının aşkar edilməsindən 30 il keçir.

BAKI, 2 sent-Sputnik. Bu gün əfsanəvi "Titanik" (Titanic) gəmisinin qalıqlarının aşkar edilməsindən 30 il keçir.

«Titanik» Böyük Britaniyanın «White Star Line» səyahət şirkətinə məxsus idi və həmin vaxt dünyanın ən nəhəng sərnişin gəmisi sayılırdı. 66 min ton ağırlığında olan gəminin inşasına 1909-cu il martın 31-də Şimali İrlandiyanın paytaxtı Belfastda başlanmış, 1911-ci il mayın 31-də istifadəyə verilmişdi. Həmin dövrün ən son texnologiyaları ilə inşa edilmiş gəmi 1912-ci il aprelin 10-da ilk və son səfərinə yola düşdü. İngiltərənin Saushempton limanından Nyu Yorka yola düşən «Titanik» yolda iki dəfə dayanmışdı — Fransanın Şerbur və İrlandiyanın Kov limanlarında. Onun Avropadan Amerika Birləşmiş Ştatlarına marşrutu Atlantik okeanın şimal hissəsindən keçirdi. Aprelin 14-dü saat 23:40-da «Titanik» aysberqlə toqquşdu və 2 saat 40 dəqiqədən sonra batdı. 

«Titanik»in batmasına hava şəraiti, texniki nasazlıqlar, ekipajın diqqətsizliyi və qeyri-peşəkarlığı kimi çoxsaylı səbəblər göstərilir. Qəzanı araşdıran alimlər bu şəraitləri «hadisələr kaskadı» adlandırırlar. Məsələn, gəminin toqquşduğu aysberq «qara aysberqlər» tipinə aid idi, yəni çevrilmiş və tünd göy rəngli idi, həm də aysız gecə olduğundan ekipaj onu çox gec görmüşdü. Cəmi 711 nəfərin xilas edilməsi isə gəmidə olan qayıqların sayının az, 20 ədəd olması ilə izah edilir. Xilas olunanların əksəriyyəti 1-ci və 2-ci klassın sərnişinləri olan qadın və uşaqlar olub, 3-cü klass sərnişinləri isə dar dəhlizlərin labirintlərindən çıxa bilməmişdilər.

2 sentyabr 1985-ci ildə «Titanik»in qalıqları Atlantik okeanın 3750 metr dərinliyində, Nyufaundlend adası yaxınlığında aşkar edilib. Onu amerikalı tədqiqatçı Robert Ballardın rəhbərlik etdiyi ekspedisiya tapmışdı. Suyun dibindən çıxarılan minlərlə qalıq YUNESKO-nun sualtı mədəni mirasın qorunması üzrə Konvensiyasının himayəsinə verilib.

2006-cı ilin mayında «Titanik»in batmasını xatırlayan sonuncu şəxs — 99 yaşlı Lillian Qertruda Asplund vəfat edib. Gəmi batarkən onun 5 yaşı var idi. 2009-cu ilin mayında isə sərnişinlərdən ən sonuncusu Millvina Din 97 yaşında vəfat edib. Faciə baş verərkən o, 2 ay yarımlıq idi. 

«Titanik» faciəsindən sağ qurtulanlar sonradan xatirələrini kitablara, rəsmlərə köçürmüş, bu mövzuda seminarlar keçirib, «Titanik» isə bir neçə film, sərgi və muzeyin həsr olunduğu «əbədi batmaz gəmiyə» çevrilib. Amerikalı rejissor Ceyms Kemeronun 1997-ci ildə çəkdiyi «Titanik» melodramı bu faciəyə həsr olunmuş ən uğurlu film hesab edilir. Baş rollarda amerikalı aktyor Leonardo di Kaprio və britaniyalı aktrisa Keyt Uinsletin oynadığı film 11 nominasiyada «Oskar» mükafatı alıb.

121
Teqlər:
Robert Ballard, Nyufaundlend, Nyu York, Saushempton, Millvina Din, Lillian Qertruda Asplund, Leonardo di Kaprio, Atlantik okeanı, Amerika Birləşmiş Ştatları, Şimali İrlandiya, Belfast, White Star Line, Keyt Uinslet, Ceyms Kemeron, Titanic, Avropa, Böyük Britaniya, Titanik gəmisi, Titanik, White Star Line, Böyük Britaniya
Bakıda Şəhidlər Xiyabanı, arxiv şəkli

20 Yanvar faciəsindən 31 il ötür

27
(Yenilənib 09:54 20.01.2021)
Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi.

BAKI, 20 yanvar - Sputnik. Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 31 il keçir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbçilər 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.

Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib. Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib.

1990-cı il yanvar qurbanları simvolik olaraq “20 Yanvar şəhidi” adlanır. Ümumilikdə, Azərbaycanın 150 nəfər “20 Yanvar şəhidi” var.

Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirib. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak edib. Xalqın tələbi ilə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası çağırılıb və Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında qərar qəbul edilib, lakin xalqın qəzəbindən qorxuya düşən respublikanın əksər rəhbər vəzifəli şəxsləri həmin sessiyada iştirak etməyib.

1994-cü il martın 29-da 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib.

O vaxtdan 20 yanvar Azərbaycanda hər il Ümumxalq hüzn günü kimi qeyd olunur. Hər il yanvarın 20-də rəsmi şəxslər, sıravi vətəndaşlar Şəhidlər xiyabanında 20 Yanvar faciəsi qurbanlarını ziyarət edirlər.

Xüsusi tədbirlər planına uyğun olaraq, ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yanvarın 20-si saat 07:00-dan mərasim başa çatanadək Şəhidlər xiyabanı istiqaməti üzrə küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.

Yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək. Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endiriləcək.

Dünya ictimaiyyətinin diqqətini Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir.

27
Leyli və Məcnun operasının afişası

Yüz on üç yaşlı sevgi hekayəsi

52
Bu yazılar 1908-ci il yanvar 12-də "Nicat" Maarif Cəmiyyəti tərəfindən həvəskar aktyorların Hüseyn Ərəblinskinin rejissorluğu və müəllifin nəzarəti ilə müsəlman səhnəsində ilk dəfə olaraq Üzeyir Hacıbəylinin

BAKI, 13 yanvar — Sputnik. Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində bərpa edilən qurama texnikalı tikmənin üzərində aşkarlanan yazılar Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun" operasının ilk tamaşasının proqram-afişasını əks etdirir.

© Sputnik
Qurama texnikalı tikmə

Sputik Azərbaycan xəbər verir ki, müsəlman Şərqinin ilk operası olan "Leyli və Məcnun"un premyerasından 113 il ötür. Şərqin ilk operası olan "Leyli və Məcnun"u Üzeyir Hacıbəyli 1907-ci ildə yazıb. 1908-ci il yanvarın 12-də əsərin Tağıyev teatrında ilk tamaşası olub. "Leyli və Məcnun"la Azərbaycan musiqi mədəniyyəti tarixində yeni bir dövr açılıb, eyni zamanda müsəlman Şərqində opera janrının əsası qoyulub.

2011-ci ildə Milli Azərbaycan Tarixi Muzeyindən Elmi Bərpa Mərkəzinə daxil olan qurama texnikalı tikmənin bərpası zamanı onun demontaj edilmiş bir hissəsində ipək parçanın üzərində həm əski əlifba, həm də köhnə kiril əlifbası ilə olan yazılar aşkarlanıb. Bu yazılar 1908-ci il yanvarın 12-də "Nicat" Maarif Cəmiyyəti tərəfindən həvəskar aktyorların Hüseyn Ərəblinskinin rejissorluğu və müəllifin nəzarəti ilə müsəlman səhnəsində ilk dəfə olaraq Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının ilk tamaşasının proqram-afişasını əks etdirirdi. Proqram-afişanın üzərində ilk tamaşada rolları ifa edən aktyorların adı, rejissorun adı və s. ilə yanaşı, yanvarın 14-də oynanılacaq növbəti tamaşanın anonsunu əks etdirən yazılar da var idi.

52
Stetoskop, arxiv şəkli

"Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi hazırlanır

0
Koronavirus (COVİD-19) infeksiyası ilə bağlı ölkədəki vəziyyət və görülən tədbirlər barədə, optika və optikaçılıq, ürək-damar sistemi xəstəlikləri ilə bağlı  dinləmələrin keçirilməsi planlaşdırılıb.

BAKI, 23 yanvar — Sputnik. "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi hazırlanır.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu məsələ Parlamentin Səhiyyə Komitəsinin yaz sessiyası üçün iş planına daxil edilib.

Yaz sessiyasında koronavirus (COVİD-19) infeksiyası ilə bağlı ölkədəki vəziyyət və görülən tədbirlər barədə, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar normativ-hüquqi aktlara dəyişikliklərin edilməsinə dair, optika və optikaçılıq, ürək-damar sistemi xəstəlikləri ilə bağlı  dinləmələrin keçirilməsi planlaşdırılıb.

Sessiya ərzində Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələrinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi layihələrin müzakirəsi nəzərdə tutulub.

0