BAKI, 11 avq — Sputnik. 1918-ci il avqustun 11-də Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ölkədə ümumi hərbi səfərbərlik haqqında qərar qəbul edib.
Hərbi səfərbərlik qərarı ölkə üzrə 18-45 yaşı arasında hərbi mükəlləfiyyətli bütün vətəndaşları əhatə edirdi. Qərara əsasən, qısa müddətdə 5 minədək şəxs Xalq Cümhuriyyətinin Milli Ordusu sıralarına səfərbər olmuşdu.
Bu arada Azərbaycan-türk (Osmanlı) birləşmiş qüvvələri Bakının azad olunması üçün həlledici hücuma hazırlaşırdı.