Sabir Mirzəyev

Öz ifası ilə muğam ustalarını qorxuya salmış ustad

349
(Yenilənib 00:09 24.07.2015)
2011-ci il iyulun 23-də tanınmış xanəndə, əməkdar artist, Prezident təqaüdçüsü Sabir Nüsrət oğlu Mirzəyev (1942, Cəlilabad -23.7.2011) vəfat edib.

BAKI, 23 iyul — Sputnik. 2011-ci il iyulun 23-də tanınmış xanəndə, əməkdar artist, Prezident təqaüdçüsü Sabir Nüsrət oğlu Mirzəyev (1942, Cəlilabad —23.7.2011) vəfat edib.

Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. İfa etdiyi muğam və xalq mahnıları (“Çahargah”, “Rast”, “Qarabağın maralı”, “Şuşanın dağları”, “Gülə-gülə” və s.) televiziya və radionun “qızıl fond”unda saxlanılır.

Azərbaycan Respublikasının xalq artisti Əlibaba Məmmədov Sabir Mirzəyev haqqında xatirələrini bölüşərkən maraqlı faktı qeyd edib. Sənətkar bildirib ki, ilk dəfə Sabir Mirzəyevin oxumağını eşidəndə artıq sənət aləmində tanınmış Əlibaba Məmmədov özü kimi adlı-sanlı muğam ustalarına "bunun kimi belə gözəl ifası var, artıq biz oxumağın daşını atıb, gedib başqa işlə məşğul olmalıyıq" deyib. 

349
Teqlər:
Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Dövlət Filarmoniyası, Əlibaba Məmmədov, Sabir Nüsrət oğlu Mirzəyev, Sabir Mirzəyev, Azərbaycan