Mirzə Babayev

Kimlər gəldi, kimlər getdi bu dünyadan

164
(Yenilənib 22:15 16.07.2015)
1913-cü il iyulun 16-da xalq artisti, görkəmli müğənni Mirzə Babayev (1913 – 13.1.2003) anadan olub.

BAKI, 16 iyul — Sputnik. 1913-cü il iyulun 16-da xalq artisti, görkəmli müğənni Mirzə Babayev (1913 – 13.1.2003) anadan olub.

Onun ifa etdiyi “Uzaq, yaşıl ada”, “Liman”, “Saçlarına gül düzüm” və s. mahnılar bu gün də sevilir.

Müğənnilik fəaliyyəti ilə yanaşı, aktyor kimi 30-dək filmdə (“Telefonçu qız” – Qulam, “Qaraca qız” — Səlim bəy, “Dəli Kür” — kəndli kişi, “Dərviş Parisi partladır” — dərviş Məstəli şah, “Bəyin oğurlanması”  - Amanoğlu və s.) maraqlı rollar oynayıb.

Uzun illər Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. İxtisasca memar olub, Nizami adına Ədəbiyyat Muzeyinin layihə çəkilişində iştirak edib.

164
Teqlər:
Bəyin oğurlanması, Dərviş Parisi partladır, Dəli Kür, Qaraca qız, Telefonçu qız, Saçlarına gül düzüm, Liman, Uzaq, yaşıl ada, Mirzə Babayev, Azərbaycan