Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İngiltərə yığması Çexiya millisi üzərində qələbə qazanıb

© AFP 2023 / LAURENCE GRIFFITHSФутболисты сборной Англии
Футболисты сборной Англии - Sputnik Azərbaycan, 1920, 23.06.2021
Abunə olmaq
Londondakı oyunda yeganə qolu Cek Qrilişin ötürməsindən sonra ingilislərin hücumçusu Rahim Sterlinq vurub.

Futbol üzrə İngiltərə millisi Avropa çempionatının qrup mərhələsində Çexiya komandasını məğlub edib.

"D" qrupunun üçüncü turunun Londonda keçirilən qarşılaşması 1:0 hesabı ilə ingilislərin xeyrinə başa çatıb. Oyunda yeganə qolu 12-ci dəqiqədə Rahim Sterlinq vurub.

Moskvanın "Spartak" komandasının və Çexiya millisinin yarımmüdafiəçisi Aleks Kral oyunun 64-cü dəqiqəsində meydana çıxıb.

Hər iki yığma komanda turnirin pley-off mərhələsinə vəsiqə alıb.

Bu dördlüyün digər oyununda Xorvatiya millisi Qlazqoda Şotlandiya komandasını məğlub edib.

İngiltərə yığması 7 xal qazanaraq D qrupunda 1-ci yerdən 1/8 finala çıxıb. Pley-offda onun rəqibi F kvartetindən ikinci komanda olacaq. Xorvatiya millisi 4 xalla ikincidir və 1/8 finalda E kvartetinin ikincisi ilə oynayacaq. 

Çexlər 4 xalla üçüncü pillədən pley-offa çıxıblar. 

Şotlandlar üç turdan cəmi 1 xal aldıqlarına görə turnirdəki çıxışlarını dayandırıblar. 

İngiltərə, Xorvatiya və Çexiyanın 1/8 finaldakı rəqibləri çərşənbə günü bəlli olacaq.

Xəbər lenti
0