UEFA Avropa çempionatının yeni tarixlərini açıqladı

© Sputnik / Evgeniy Biyatov / Mediabanka keçidЛоготип ЕВРО-2020 и Кубок чемпионата Европы по футболу
Логотип ЕВРО-2020 и Кубок чемпионата Европы по футболу - Sputnik Azərbaycan
Abunə olmaq
Bütün 12 təşkilatçı şəhərin hamısı gələn ilin yayında futbol üzrə Avropa çempionatının oyunlarına ev sahibliyi etmək niyyətlərini təsdiqləyib

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İcraiyyə Komitəsi Avropa çempionatının tarixlərini və turnirə ev sahibliyi edəcək şəhərlərin siyahısını təsdiqləyib.

İcraiyyə Komitəsinin iclası çərşənbə günü onlayn rejimdə baş tutub.

Koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınan AVRO-2020 matçları iyunun 11-dən iyulun 11-dək 12 şəhərdə – London, Münhen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Amsterdam, Budapeşt, Qlazqo, Bilbao və Sankt-Peterburqda keçiriləcək.

Final oyunu Londonun "Uembli" stadionunda baş tutacaq.

Xəbər lenti
0