Yari Litmanen: Fi̇nlərin AVRO-da talismanı olacaq – yapalaq... və Pukki

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidЯри Литманен
Яри Литманен - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu bir nağıl idi! Çünki təsnifatda rəqiblərimiz yunanlar və italyanlar idi və onların qarşısında durmaq asan deyildi", – Finlandiya yığmasının hücumçusu Yari Litmanen deyib.

Keçirdiyi oyunların və vurduğu qolların sayına görə Finlandiya yığmasının rekordçusu olan Yari Litmanen ruslarla finlərin futbol və xokkeydə qarşıdurmasını müqayisə edib, Avropa Çempionatına çıxışdan sonra emosiyalardan danışıb, eləcə də komandanın talismanına çevrilmiş yapalağın stadionda təsadüfi peyda olmasını xatırlayıb.

- AVRO-da Finlandiya komandası ruslarla qarşılaşacaq. Finlər Rusiya komandasından çəkinirmi?

- Rusiyanı güclü futbol ölkəsi hesab edirəm. Niyə də yox? Rusiyalılar AVRO-da bir neçə ev oyunu keçirəcəklər ki, bu da onlara inam verəcək. Rusiya komandası ötən Dünya Çempionatında hər kəsə göstərdi ki, güclü ola bilər.

- Obyektiv olaraq deyin, daha güclü kimdir – Rusiya, yoxsa Finlandiya?

- Bilirsiniz, biz əvvəllər heç vaxt Avropa Çempionatına çıxmamışıq. Elə orada bu sualın cavabını öyrənəcəyik.

- Rusiya-Finlandiya matçının elanını gördükdən sonra bəziləri bunun xokkey oyunu olduğunu düşünə bilərlər.

- Bəli (gülür). Bax, xokkeydə yığmalarımız arasında artıq çox oyun olub. Orada komandaların gücünü ildə bir neçə dəfə müqayisə edə biliriksə, futbolda 10-15 il gözləmək lazım gəlir. Əladır ki, gözlədiyimiz gün gəlib çatdı (gülür).

- Avropa Çempionatına çıxmağınız ölkə üçün tarixi hadisədir?

- Bəli, şübhəsiz. Turnirə düşəndə çox sevinirdik. Bu bir nağıl idi! Çünki təsnifatda rəqiblərimiz yunanlar və italyanlar idi və onların qarşısında durmaq asan deyildi.

- Bilirəm ki, Finlandiya yığmasının özünəməxsus talismanı var.

- Teemu Pukkini nəzərdə tutursunuz? (gülür). O, çox qol vurur, demək, həqiqətən də talismandır.

- Xeyr, mən bayquşu nəzərdə tuturam.

- Bəli, bəli, bizim belə bir quşumuz var. Komandamızın hətta belə bir ləqəbi var – yapalaqlar. Bir gün bu quş stadiona uçdu, milli komanda qalib gəldi, quş uğur gətirdi. O vaxtdan bu əfsanə başladı və komandanın ləqəbi yarandı. Bu, Belçika ilə oyunda baş verdi.

- AVRO-da siz yenə belçikalılarla görüşəcəksiniz. Təcili olaraq daha bir talisman tapmaq lazımdır.

- Baxarıq (gülür). Biz artıq sadəcə olaraq turnirə düşməyimizə sevinirik.

- Finlandiyanın Sankt-Peterburqda oynayacağından məmnunsunuz?

- Bəli, hamı xoşbəxtdir ki, uzağa getmək lazım deyil. Azarkeşlərin bir çoxu bu şəhərdə olub, onlar onu həqiqətən də əla şəhər hesab edirlər. Bu, yenidən orada olmaq üçün gözəl bir imkandır.

Xəbər lenti
0