AVRO-2020 üçün bir milyondan çox bilet azarkeşlərin mobil telefonlarına göndəriləcək

© Sputnik / Murad OrujovБилеты на матч ЕВРО-2020
Билеты на матч ЕВРО-2020  - Sputnik Azərbaycan
Abunə olmaq
UEFA AVRO-2020 mobil bilet tətbiqi 12 ev sahibi şəhərlərin hər birində azarkeş təcrübəsini inkişaf etdirəcək

BAKI, 17 fevral — Sputnik. Biletlərə olan tələbat baxımından UEFA AVRO-2020 bu günədək keçirilmiş Avropa çempionatları arasında ən böyük turnirdir və bu yarış futbolu hər zamankından daha çox azarkeşlərə yaxınlaşdıracaq. Azarkeşlərin təcrübəsini artırmaq üçün biletlər stadiona rahat, təhlükəsiz və etibarlı girişi təmin edən yeni innovativ blokçeyn əsaslı mobil bilet satışı sistemi vasitəsilə paylanacaq. 

Yeni və ən müasir mobil bilet satışı sistemi biletlərin təhlükəsiz paylanmasını təmin edəcək və biletlərin surətinin yaradılmasının qarşısını alacaq. Yalnız stadiona yaxın məsafədə olduqda azarkeşlər QR kodları “Bluetooth” vasitəsilə aktivləşdirə biləcəklər. 

AVRO-2020 rəsmi topu - Sputnik Azərbaycan
AVRO-2020 oyunlarının biletlərini təkrar satmağa icazə veriləcək

AVRO-2020 mobil bilet layihəsi 2019-cu ilin iyun ayında keçirilmiş UEFA Millətlər Liqasının dörd oyunu üçün 110000-dən çox biletin (mövcud biletlərin 80%-i) uğurla mobil telefonlara göndərildiyi ilk və müsbət təcrübəyə əsaslanır.   

2019-cu ilin dekabr ayındakı satış mərhələsində və turnirə yaxın daha sonrakı satış mərhələlərində UEFA AVRO-2020 biletlərini almış azarkeşlər onları mobil biletlər formasında UEFA AVRO-2020 mobil bilet tətbiqi vasitəsilə əldə edəcəklər. Bu tətbiq 2020-ci ilin may ayının sonuna yaxın Android və iOS əməliyyat sistemli telefonlara yüklənilə bilər. Mobil biletlər tətbiqə oyundan əvvəl yeddi gündən gec olmayaraq göndəriləcək. Ümumilikdə, UEFA 51 oyunun hamısı üçün azarkeşlərə bir milyondan çox mobil bilet çatdırmağı planlaşdırır. 

Nə üçün mobil biletlər?

UEFA AVRO-2020 cəmi 28.3 milyon bilet sorğusu ilə rəsmən tarixdə ən çox tələbat olan Avropa çempionatıdır. Bundan başqa, mobil bilet həll yolu 200-dən artıq ölkədən olan azarkeşlərin bilet müraciətləri sayəsində biletlərin bütün dünya üzrə çatdırılması işində böyük kömək olacaq. 

UEFA, həmçinin, UEFA AVRO-2020 turnirinin davamlılığını təmin etmək ideyasına sadiqdir və bir milyondan çox mobil biletin olması əvvəlki turnirlərlə müqayisədə kağız biletlərin sayını əhəmiyyətli dərəcədə azaltmaqla bu məqsədə çatmağa kömək edəcək.

Azarkeşlər inkişaf etmiş bir fanat təcrübəsindən faydalanacaqlar, çünki tətbiqin azarkeşlərin stadiona daxil olmalarını asanlaşdıran ötürmə funksiyasından istifadə edərək, biletlərini öz qonaqlarına asanlıqla verə biləcəklər.

“Komandamı təqib edirəm” biletlərini alan tərəfdarlar isə yalnız komandaları konkret bir oyun üçün vəsiqə qazandıqdan sonra öz mobil biletlərini əldə edə biləcəklər. Oyun gününə yaxın azarkeşlərə mobil biletlərin verilməsi imkanı azarkeş səyahətlərini əhəmiyyətli dərəcədə mükəmməlləşdirəcək. Belə ki, azarkeşlərin bundan sonra bilet vauçerilərini dəyişdirmək üçün biletlərin verilməsi məntəqələrinə getmələri tələb olunmayacaq. 

Azarkeşlər biletlərini yüklədikdən sonra onlardan yalnız stadiona yaxınlaşdıqda “Bluetooth”u aktivləşdirmək və telefonlarının enerjisinin dolu olmasından əmin olmaq tələb edilir. 

Mobil biletlər haqqında daha ətraflı məlumat əldə etmək üçün lütfən bu videonu izləyin: 

UEFA mobil biletlər tətbiqi haqqında daha ətraflı məlumat əldə etmək üçün, lütfən buraya baxın.

AVRO-2020

Futbol üzrə Avropa çempionatının 60 illik yubileyi münasibətilə bu ilin yayında qitə birinciliyinin oyunları 12 müxtəlif ölkənin şəhərlərində keçiriləcək.

Oyunlara Amsterdam, Bakı, Bilbao, Buxarest, Budapeşt, Kopenhagen, Dublin, Qlazqo, London, Münhen, Roma və Sankt-Peterburq ev sahibliyi edəcəklər.

AVRO-2020 cümə günü, 12 iyun 2020-ci il tarixində Roma şəhərində başlayacaq və bazar günü, 12 iyul 2020-ci il tarixində Londonda keçiriləcək final oyunu ilə bitəcək.

Azərbaycan paytaxtında 13, 17 və 21 iyun tarixlərində A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final matçı keçiriləcək.

Püşkün nəticəsinə əsasən, A qrupunda Türkiyə, İtaliya, Uels və İsveçrə milli komandaları yer alıb. Bakıda keçiriləcək oyunların təqvimini diqqətinizə çatdırırıq:

13 iyun, saat 17:00

Uels - İsveçrə

17 iyun, saat 20:00

Türkiyə - Uels

21 iyun, saat 20:00

İsveçrə - Türkiyə

4 iyul, saat 20:00

1/4 final oyunu

A qrupunda mübarizə aparacaq İtaliya milli komandası bu mərhələdəki hər 3 oyununu Roma şəhərindəki "Olimpiko" stadionunda keçirəcək və AVRO-2020-nin açılış oyunu da məhz bu arenada keçiriləcək – İtaliya və Türkiyə milliləri qarşılaşacaqlar.

Xəbər lenti
0