CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uels millisi Azərbaycana xoş təəssüratlar ardınca gəlib - Rayan Giqqz

© Sputnik / Murad OrujovГлавный тренер сборной Уэльса Райан Гиггз
Главный тренер сборной Уэльса Райан Гиггз - Sputnik Azərbaycan
Abunə olmaq
Uels millisinin baş məşqçisi Rayan Giqqz oyunöncəsi mətbuat konfransında qeyd edib ki,  onun yetirmələri Bakıda üç xal qazanmağı hədəfləyiblər

BAKI, 15 noyabr — Sputnik, Teymur Tuşiyev. Uels millisi Azərbaycana xoş təəssüratlar ardınca gəlib. Sputnik Azərbaycan bildirir ki, bunu uelslilərin baş məşqçisi Rayan Giqqz Bakıda AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycana qarşı keçiriləcək oyundan öncəki mətbuat konfransında deyib.

Uelsin baş məşqçisi qeyd edib ki, yenidən Bakıya qayıtmağına şaddır və komandasının uğurlu nəticə göstərəcəyinə ümid edir. 

"Yenidən Bakıda olmağıma şadam. Biz burada çox az müddətdə olacağıq, amma fikirləşirəm ki, xoş təəssüratlar əldə edəcəyik. Bizi Azərbaycan yığmasına qarşı mürəkkəb oyun gözləyir. Hər iki komandaya uğur arzulayıram, buna rəğmən, biz Bakıda qələbə üçün oynayacağıq. Oyunun nəticəsindən asılı olaraq bizim üçün seçmə mərhələdə bir çox məsələlərin taleyi həll oluna bilər", - Giqqz deyib.

Bir vaxtların məşhur futbolçusu olan Giqqz bildirib ki, onun yetirmələri oyunun vacibliyi ilə bağlı psixoloji təzyiq altında ola bilərlər.

"Buna baxmayaraq, ümid edirəm ki, uşaqlar həyəcanlarına qalib gələrək bizim üçün vacib üç xalı əldə edə biləcəklər", - məşqçi vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl Uels millisinin lideri Qaret Beylsin Azərbaycana qarşı oyunda iştirakı sual altında idi. Çünki o, zədə almışdı. Ancaq indi, Giqqzin sözlərinə görə, Madrid "Real"ının forvardı özünü normal hiss edir və oynamağa hazırdır.

Giqqz həmçinin özünün futbolçu olduğu dövrdə Azərbaycan və Uels millilərinin 2010-cu il dünya çempionatının seçmə mərhələsində 2009-cu ilin iyununda baş tutan qarşılaşmanı da xatırlayıb. Həmin oyun uelslilərin 0:1 hesablı qələbəsi ilə bitmişdi.

"Bəli, mən Bakıda Azərbaycan millisinə qarşı oynamışam. O vaxtdan Azərbaycan millisində nə dəyişib? Güclü bir dəyişiklik yoxdur", - Giqqz gülümsəyərək deyib. 

Xatırladaq ki, Azərbaycanla Uels milliləri arasında oyun şənbə günü, noyabrın 16-da  "Baksel Arena"da  keçiriləcək. Matç Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Xəbər lenti
0