Millimiz AVRO-2020-nin iki iştirakçısı ilə qarşılaşa bilər

© Photo : Facebook / AFFAФанаты сборной Азербайджана, фото из архива
Фанаты сборной Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
AFFA-nın baş katibi Elxan Məmmədov bəyan edib ki, futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisinin adı millinin mart ayında baş tutacaq yoldaşlıq oyunlarından əvvəl məlum olacaq

Teymur Tuşiyev, Sputnik Azərbaycan

BAKI, 8 yanvar — Sputnik. Futbol üzrə Azərbaycan millisi AVRO-2020-nin iki iştirakçısı ilə yoldaşlıq oyunları keçirə bilər. Söhbət matçlarını Bakıda oynayacaq komandalardan gedir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov bu gün baş tutmuş mətbuat konfransında məlumat verib.

Сборная Турции по футболу, фото из архива - Sputnik Azərbaycan
Türkiyə yığması AVRO-2020-dən qabaq Azərbaycan komandası ilə oynayacaq

AVRO-2020 başlamazdan əvvəl Azərbaycanın futbol üzrə milli komandası turnirin "A" qrupunda yer alan Türkiyə və Uels komandaları ilə yoldaşlıq oyunları keçirməyi planlaşdırır. Qeyd edək ki, bu qrupun oyunları Bakı Olimpiya Stadionunda baş tutacaq.

AFFA-nın baş katibi Elxan Məmmədovun dediyinə görə, iyunda Bakıda Azərbaycan və Uels milli komandaları arasında yoldaşlıq oyunu keçirilə bilər.

Türkiyə komandası ilə görüşə gəlincə isə, ehtimal ki, bu oyun Antalyada baş tutacaq. Azərbaycan yığmasının Türkiyə və Uels komandaları ilə yoldaşlıq oyunlarının yeri və vaxtı dəqiqləşdirilir.

Azərbaycanın paytaxtı AVRO-2020-nin "A" qrupunun üç oyununa ev sahibliyi edəcək. Bunlar İsveçrə-Uels (iyunun 13-ü), Türkiyə-Uels (iyunun 17-si) və Türkiyə-İsveçrə (iyunun 21) matçlarıdır. Bundan əlavə, iyulun 4-də Bakı Olimpiya Stadionunda Avropa çempionatının dörddəbir final oyunlarından biri keçiriləcək.

Qeyd edək ki, martın 30-da Azərbaycan və Malta milli komandaları arasında yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır. Bu ilin martında Azərbaycan millisi Latviya yığması ilə də yoldaşlıq oyunu keçirəcək. Qarşılaşmanın dəqiq tarixi daha sonra məlum olacaq.

Qapını çırpmaq alınmadı: Azərbaycan millisi AVRO-2020-nin təsnifatıyla vidalaşdı

Elxan Məmmədov həmçinin bildirib ki, martdakı yoldaşlıq oyunlarına qədər AFFA rəhbərliyi millinin yeni baş məşqçisi ilə bağlı qərar verəcək. Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə namizədlərin seçimi yanvarın 28-də keçiriləcək AFFA-nın hesabat-seçki konfransı zamanı aparılacaq.

Xatırladaq ki, ötən ilin dekabrında xorvatiyalı baş məşqçi Nikola Yurçeviç Azərbaycan yığmasının baş məşqçisi vəzifəsindən azad edilib. Onun rəhbərliyi altında milli komandamız bir xal toplayaraq AVRO-2020-yə vəsiqə uğrunda qrupda sonuncu yeri tutub.

Xəbər lenti
0