Manat, arxiv şəkli

İqtisadiyyat Nazirliyi: Dövlət büdcəsinin gəlirləri üzrə göstəricilər razılaşdırılmayıb

990
(Yenilənib 19:37 15.09.2021)
Sənəd ilkin xarakter daşıyır və qarşıdakı günlərdə Maliyyə Nazirliyi və digər aidiyyəti strukturlarla müzakirələr davam etdiriləcək.

BAKI, 15 sentyabr — Sputnik. Maliyyə Nazirliyi tərəfindən "2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama" hazırlanıb və 08.09.2021-ci il tarixində Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilib.

İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a məlumat verilib ki, sənəd Maliyyə Nazirliyinin internet səhifəsi vasitəsilə açıqlandıqdan sonra kütləvi informasiya vasitələrindən 2021-ci ildə dövlət büdcəsinə daxilolmaların artım mənbələri ilə bağlı çoxsaylı sorğular daxil olmaqdadır.

Qanunvericiliyin tələblərinə görə, növbəti il və sonrakı üç il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin parametrlərinə dair məlumatlar, həmçinin bu dövr üçün makroiqtisadi proqnozlar Milli Məclisə təqdim edilənədək ictimai müzakirələr üçün açıqlanmalıdır.

Mövcud praktikaya əsasən, sənəd dərc olunmamışdan əvvəl əsas iqtisadi göstəricilər aidiyyəti dövlət qurumları, o cümlədən İqtisadiyyat Nazirliyi ilə razılaşdırılır. Qeyd edək ki, əvvəlki illərdə məhz bu praktika tətbiq olunmuşdur.

Cari ildə də sənədin əsas parametrləri ilə bağlı müzakirələr keçirilib. Bununla belə, bəzi göstəricilər, o cümlədən dövlət büdcəsinin gəlirləri üzrə göstəricilər yekun olaraq hələlik razılaşdırılmayıb. Sənəd ilkin xarakter daşıyır və qarşıdakı günlərdə Maliyyə Nazirliyi və digər aidiyyəti strukturlarla müzakirələr davam etdiriləcək.

Qeyd edək ki, sənəd 2022-ci ilə və ortamüddətli dövrə dair makroiqtisadi proqnozları, ölkə iqtisadiyyatının sosial-iqtisadi inkişafı ilə bağlı milli xərc prioritetlərini, buna uyğun olaraq büdcə-vergi siyasətinin əsas istiqamətlərini, dövlət büdcəsinin gəlir və xərclərini, habelə dövlət borcuna dair əsas məlumatları özündə əks etdirir.

990
Minsk şəhərinə mənzərə, arxiv şəkli

Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 200 milyon dolları ötüb

7
(Yenilənib 22:18 19.09.2021)
Azərbaycan Respublikasından Belarusa ixracın dəyəri 130 milyon dollar, bu ölkədən idxalın dəyəri isə 79,5 milyon dollar təşkil edib.

BAKI, 19 sentyabr - Sputnik. Cari ilin yanvar-avqust aylarında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 209,5 milyon ABŞ dolları təşkil edib.

Bu barədə AZƏRTAC-a Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib.

Səkkiz ayda Azərbaycandan Belarusa ixracın dəyəri 130 milyon dollar, bu ölkədən ölkəmizə idxalın dəyəri isə 79,5 milyon dollar təşkil edib.

Həmçinin oxuyun:

Azərbaycan Prezidenti Belarusla müdafiə sahəsində müqaviləni təsdiqlədi

7
Teqlər:
Belarus, ixrac, idxal
Toyota Prius

Ekspert: hibrid elektromobillərə görə rüsum ləğv olunsa, avtomobil parkı yenilənər

19
(Yenilənib 21:02 19.09.2021)
Avtosalon sahibi: benzinin qiyməti qalxanda alıcılıq qabiliyyəti aşağı düşür, bu səbəbdən də qiymətləri qaldırmırıq.

BAKI, 19 sentyabr — Sputnik. Sentyabrın 15-dən etibarən Azərbaycanda "A-98 SUPER" və "A-95 PREMİUM" markalı benzin növlərinin qiymətində artım baş verib. Maraqlıdır, bu artımın avtomobil bazarına təsiri necə olacaq?

İqtisadçı-eskpert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, belə olan halda dizel və "Aİ-92" marka yanacağı ilə işləyən avtomobillərə maraq daha çox artacaq:

"Benzinin qiymətinin qalxması ilə köhnə avtomobillərin qiymətində artım və onlara olan tələbatın yüksəlməsi gözləniləndir. Lakin dizelin də qiymətində artımının olub-olmayacağına zəmanət vermək olmaz".

Ekspert deyir ki, hər dəfə "A-98 SUPER" və "A-95 PREMİUM" markalı yanacağın qiyməti qalxanda müasir avtomobillərə maraq azalır.

Ekspert ümumiyyətlə, son zamanlar "hibrid" avtomobillərə marağın artdığını deyir və təşviqedici təkliflərdən söz açır:

"Düşünürəm ki, hibrid avtomobillərlə bağlı təşviqedici addımlar atılmalıdır. Bu avtomobillərə görə 15 faizlik ƏDV və müxtəlif rüsumlar nəzərdə tutulur ki, bu da çoxdur. Belə avtomobillər daxiliyanma mühərriki olan avtomobillərlə eyni şərtlər altında ölkəyə gətirilir. Onlarla bağlı nə vergi, nə də ki, gömrük rüsumunda hansısa güzəşt yoxdur. Bir təşviqat olmalıdır ki, vətəndaşlar həmin avtomobilləri almağa üstünlük versinlər. Belə olan halda avtomobil parkının yenilənməsi isitiqamətində də müsbət addım atılmış olar".

N.Cəfərli deyir ki, "Aİ-92" markalı benzinlə işləyən avtomobillərin daha köhnə olması, bahalaşma ilə əlaqədar onlara tələbatın artacağının proqnozlaşdırılması isə o deməkdir ki, yollarda təhlükəsizlik və ekologiya ilə bağlı problemlər qaçılmaz olacaq.

Ekspertin sözlərinə görə, elekriklə işləyən avtomobillər daha yeni və müasir olduğundan onların qiymətləri aşağı deyil və bunun da üzərinə 15 faizin əlavə edilməsi doğru deyil:

"Hətta bu 15 faizin sıfırlanması da mümkündür ki, belə avtomobillərin ölkəyə idxalı artsın. Heç olmasa bir müddətlik hibrid və elektrik avtomobilləri ilə bağlı 0 rüsum, 0 vergi tətbiq olunarsa, bu həm ekoloji vəziyyətə, həm də avtomobil bazarının yenilənməsinə müsbət təsir edə bilər".

Avtomobil bazarına baxdıqda isə hələlik ki, qiymətlərdə gözəçarpan fərq yoxdur. Gəlin, bazara birlikdə nəzər salaq:

2006-cı il istehsalı olan 1.4 L mühərrikli "Opel Astra" orta hesabla 11 min 500 manata satılır. Paytaxtın avtomobil salonlarından birinin sahibi deyir ki, benzinin qiyməti artsa da, onlar avtomobillərin qiymətlərini qaldırmağı düşünmürlər:

"Benzinin qiyməti qalxanda alıcılıq qabiliyyəti aşağı düşür və bu səbəbdən də qiymətləri qaldırmırıq".

2002-ci il istehsalı olan 5.5 L mühərrikli "Mercedes ML 55 AMG" 13 000 manatadır. 1.6 L mühərrikli "Hyundai Accent"in qiyməti isə 14 min 700 AZN-dir.

Alıcılıq qabiliyyətinin aşağı düşəcəyi proqnozlaşdırılsa da, bazarda kifayət qədər bahalı avtomobillərə də rast gəlinir. Məsələn, 2016-cı il istehsalı olan və 4.0 L mühərrikli "Mercedes G 63 AMG" 242 min dollara satılır.

Həmçinin oxuyun:

Benzin bir qədər də bahalaşır

19
Teqlər:
benzin, avtomobil, qiymət
Rusiya Dövlət Dumasına seçkilər (2021)

Rusiyada keçirilən seçkilərdə kim irəlidədir - Exit-poll nəticələri

10
(Yenilənib 00:13 20.09.2021)
Sorğunun nəticələrinə görə, 5%-lik həddi dörd siyasi təşkilat keçə bilib, onların arasında “Yedinaya Rossiya” liderdir.

BAKI, 19 sentyabr - Sputnik. Rusiyada Dövlət Dumasına keçirilən seçkilərdə “Yedinaya Rossiya” partiyası hamıdan çox səs toplayıb (45,2%). Belə bir nəticə Sosial marketinq institutunun (İNSOMAR) keçirdiyi exit-poll-dan sonra hasil olub.

Kommunist partiyası səslrin 21%-ni, RLDP - 8,7%-ni, “eserlər” isə - 7,9%-ni toplayıblar.

Sorğunun nəticələrinə görə, seçkilərə qatılmış digər siyasi təşkilatlar 5%-lik səs həddini keçə bilməyiblər.

Respondentlərə belə bir sualla müraciət olunub: “Dövlət Dumasına seçkilərdə hansı partiyaya səs vermisiniz?”.

Sorğu planşetlər vasitəsilə, elektron anketlərin köməyi ilə keçirilib. Məlumatlar real vaxt rejimində işlənib. Ümumilikdə sentyabrın 17-dən 19-a qədər sorğuda 438218 seçici iştirak edib.

Exit-poll üçün 825 yaşayış mntəqəsində 1455 seçki məntəqəsi seçilib.

Qeyd edək ki, yerli vaxtla saat 20.00-da Moskva və ölkənin mərkəzi regionlarında səsvermə məntəqələri bağlanıb. Yerli vaxtla saat 18.00-a olan məlumata görə, seçkilərdə seçicilərin 45,15%-i iştirak ediblər.

Bütün ölkə üzrə seçicilərin ən çox fəallığı Çeçenistan, Kabardin-Balkar və Tuva vilayətlərində qeydə alınıb. Ən az fəallığı isə “şimal paytaxtı”nın sakinləri göstəriblər.

10
Teqlər:
'exit-poll', Rusiya