Prezident İlham Əliyev Bakının Xəzər rayonunda “Buzovna-1” yarımstansiyasının açılışında iştirak edib

İlham Əliyev Bakıda "Buzovna-1" yarımstansiyasının açılışında iştirak edib

2059
Hazırda dövlət proqramlarının icrası ilə bağlı Bakı şəhərinin elektrik təchizatının daha da yaxşılaşdırılması üçün genişmiqyaslı tikinti, yenidənqurma və təmir işləri aparılır.

BAKI, 15 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Xəzər rayonunda yeni tikilən 110/35/10 kilovoltluq "Buzovna-1" yarımstansiyasının açılışında iştirak edib.

Sputnik Azərbaycan xəbər verir ki, "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Prezident İlham Əliyevə yarımstansiyada görülən işlər barədə məlumat verib.

Dünyada davam edən pandemiya və iqtisadi-maliyyə çətinliklərinə baxmayaraq, dövlətimizin başçısının birbaşa diqqəti sayəsində ölkəmizdə çox mühüm sosial infrastruktur layihələri uğurla və ardıcıl şəkildə icra olunur. Bu layihələr arasında respublikanın bütün şəhər və rayonlarının, o cümlədən paytaxtın elektrik təsərrüfatının müasirləşdirilməsi istiqamətində həyata keçirilən silsilə və kompleks yenidənqurma tədbirlərinin xüsusi əhəmiyyəti var. Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən bu layihələr, ilk növbədə, insanların sosial rifah halının daha da yaxşılaşdırılmasına, onların rahatlığının təmin edilməsinə, sosial məsələlərinin həllinə yönəlib. Bu, eyni zamanda, elektrik enerjisinə tələbatın ödənilməsi, elektrik şəbəkələrində yüklənmələrin azalması, texniki itkilərin minimuma endirilməsi baxımından da çox önəmlidir.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev Bakının Xəzər rayonunda “Buzovna-1” yarımstansiyasının açılışında iştirak edib

Hazırda dövlət proqramlarının icrası ilə bağlı Bakı şəhərinin elektrik təchizatının daha da yaxşılaşdırılması üçün genişmiqyaslı tikinti, yenidənqurma və təmir işləri aparılır. Bu işlərin davamı olaraq, Xəzər rayonu ərazisində "Buzovna-1" yarımstansiyası tikilib. Yeni yarımstansiya artan tələbatı ödəməklə, Buzovna, Zuğulba, Albalılıq, Bilgəh, Nardaran, Maştağa qəsəbələrinin, dövlət əhəmiyyətli obyektlərin, həmçinin istirahət, turizm, tibb obyektlərinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsində böyük rol oynayacaq.

Yarımstansiya məsafədən idarə olunan SCADA dispetçer sisteminə qoşulub, ən müasir qurğular və avtomatika sistemi ilə təchiz edilib. Ümumilikdə, "Azərişıq" ASC tərəfindən yeni inşa olunan qapalı tipli yarımstansiyalarda texniki və texnoloji yeniliklərə xüsusi diqqət verilir. Paytaxtın digər ərazilərində 110, 35 və 0,4 kilovoltluq ötürücü xətlər kabellə yeraltı borular və tunellər vasitəsilə çəkilib ki, bunların istismar müddəti baxımından etibarlılığı 2-3 dəfə çoxdur.

© Official website of President of Azerbaijan Republic
Xəzər rayonunda “Buzovna-1” yarımstansiyası

Prezident İlham Əliyev "Buzovna-1" yarımstansiyasını işə salıb.

Dövlət başçısına işğaldan azad olunmuş ərazilərdə "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "Ağıllı şəbəkə konsepsiyası" əsasında görülmüş işlər barədə də məlumat verilib.

Bildirilib ki, Şuşa şəhəri və Suqovuşan qəsəbəsinin elektrik təchizatının təmin edilməsində ilk dəfə müasir tipli mühafizəli və izolyasiyalı kabel xətti, paylayıcı şəbəkə modeli tətbiq olunub. Ümumilikdə, işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təchizatında innovativ texnologiyaların tətbiqi uğurla davam etdirilir. Belə ki, müasir tip mühafizəli və izolyasiyalı kabel xətlərinin texniki-iqtisadi səmərəliyini artırmaq məqsədilə yeni fiber-optik kanalla təchiz edilmiş mühafizəli kabellərin tətbiqi nəzərdə tutulub. Bununla da həm elektrik enerjisi, həm də keyfiyyətli internet şəbəkəsinin ötürülməsi mümkündür. Beləliklə, "ağıllı şəhər" və "ağıllı kənd" layihələrinin həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edən yüksəksürətli internet şəbəkəsinin yaradılması üçün əlavə infrastrukturun qurulmasına ehtiyac qalmır və iqtisadi səmərəlilik göstəriciləri yüksəlir. Digər tərəfdən hər bir abonentin bir kabel xətti ilə həm elektrik enerjisi, həm də dayanıqlı və yüksəksürətli optik kanalla internet və rabitə xətlərinə çıxışı olacaq.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev Bakının Xəzər rayonunda “Buzovna-1” yarımstansiyasının açılışında iştirak edib

İşğaldan azad edilmiş ərazilərdə "ağıllı şəbəkə" konsepsiyası üzrə müasir, daha dayanıqlı ikipilləli 110/35 kilovoltluq şəbəkələrin iqtisadi əsaslandırması həyata keçirilib. Ənənəvi şəbəkələrlə müqayisədə bu tip şəbəkələrdə elektrik təchizat sxemi sadələşir, etibarlılıq və rentabellik dəfələrlə artır, 6 ilədək tikinti müddətinə, layihələndirmə və sənədləşdirmə vaxtına, 60 min hektardan çox faydalı torpaq sahəsinə qənaət edilir. Müasir şüşə lifli, kompozit materialdan hazırlanmış dayaqlar quraşdırılır ki, onlar da sərt iqlim və istismar şəraitinə dözümlü olmaqla yanaşı, daha az xərc tələb edir. Beləliklə, müasir texnologiyaların tətbiqi nəticəsində elektrik təchizatı şəbəkəsinin dayanıqlığı artırılaraq böyük miqdarda maliyyə vəsaitinə qənaət olunacaq.

Dövlətimizin başçısı görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini verib.

Eləcə də oxuyun:

2059
Minsk şəhərinə mənzərə, arxiv şəkli

Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 200 milyon dolları ötüb

5
(Yenilənib 22:18 19.09.2021)
Azərbaycan Respublikasından Belarusa ixracın dəyəri 130 milyon dollar, bu ölkədən idxalın dəyəri isə 79,5 milyon dollar təşkil edib.

BAKI, 19 sentyabr - Sputnik. Cari ilin yanvar-avqust aylarında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 209,5 milyon ABŞ dolları təşkil edib.

Bu barədə AZƏRTAC-a Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib.

Səkkiz ayda Azərbaycandan Belarusa ixracın dəyəri 130 milyon dollar, bu ölkədən ölkəmizə idxalın dəyəri isə 79,5 milyon dollar təşkil edib.

Həmçinin oxuyun:

Azərbaycan Prezidenti Belarusla müdafiə sahəsində müqaviləni təsdiqlədi

5
Teqlər:
Belarus, ixrac, idxal
Toyota Prius

Ekspert: hibrid elektromobillərə görə rüsum ləğv olunsa, avtomobil parkı yenilənər

18
(Yenilənib 21:02 19.09.2021)
Avtosalon sahibi: benzinin qiyməti qalxanda alıcılıq qabiliyyəti aşağı düşür, bu səbəbdən də qiymətləri qaldırmırıq.

BAKI, 19 sentyabr — Sputnik. Sentyabrın 15-dən etibarən Azərbaycanda "A-98 SUPER" və "A-95 PREMİUM" markalı benzin növlərinin qiymətində artım baş verib. Maraqlıdır, bu artımın avtomobil bazarına təsiri necə olacaq?

İqtisadçı-eskpert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, belə olan halda dizel və "Aİ-92" marka yanacağı ilə işləyən avtomobillərə maraq daha çox artacaq:

"Benzinin qiymətinin qalxması ilə köhnə avtomobillərin qiymətində artım və onlara olan tələbatın yüksəlməsi gözləniləndir. Lakin dizelin də qiymətində artımının olub-olmayacağına zəmanət vermək olmaz".

Ekspert deyir ki, hər dəfə "A-98 SUPER" və "A-95 PREMİUM" markalı yanacağın qiyməti qalxanda müasir avtomobillərə maraq azalır.

Ekspert ümumiyyətlə, son zamanlar "hibrid" avtomobillərə marağın artdığını deyir və təşviqedici təkliflərdən söz açır:

"Düşünürəm ki, hibrid avtomobillərlə bağlı təşviqedici addımlar atılmalıdır. Bu avtomobillərə görə 15 faizlik ƏDV və müxtəlif rüsumlar nəzərdə tutulur ki, bu da çoxdur. Belə avtomobillər daxiliyanma mühərriki olan avtomobillərlə eyni şərtlər altında ölkəyə gətirilir. Onlarla bağlı nə vergi, nə də ki, gömrük rüsumunda hansısa güzəşt yoxdur. Bir təşviqat olmalıdır ki, vətəndaşlar həmin avtomobilləri almağa üstünlük versinlər. Belə olan halda avtomobil parkının yenilənməsi isitiqamətində də müsbət addım atılmış olar".

N.Cəfərli deyir ki, "Aİ-92" markalı benzinlə işləyən avtomobillərin daha köhnə olması, bahalaşma ilə əlaqədar onlara tələbatın artacağının proqnozlaşdırılması isə o deməkdir ki, yollarda təhlükəsizlik və ekologiya ilə bağlı problemlər qaçılmaz olacaq.

Ekspertin sözlərinə görə, elekriklə işləyən avtomobillər daha yeni və müasir olduğundan onların qiymətləri aşağı deyil və bunun da üzərinə 15 faizin əlavə edilməsi doğru deyil:

"Hətta bu 15 faizin sıfırlanması da mümkündür ki, belə avtomobillərin ölkəyə idxalı artsın. Heç olmasa bir müddətlik hibrid və elektrik avtomobilləri ilə bağlı 0 rüsum, 0 vergi tətbiq olunarsa, bu həm ekoloji vəziyyətə, həm də avtomobil bazarının yenilənməsinə müsbət təsir edə bilər".

Avtomobil bazarına baxdıqda isə hələlik ki, qiymətlərdə gözəçarpan fərq yoxdur. Gəlin, bazara birlikdə nəzər salaq:

2006-cı il istehsalı olan 1.4 L mühərrikli "Opel Astra" orta hesabla 11 min 500 manata satılır. Paytaxtın avtomobil salonlarından birinin sahibi deyir ki, benzinin qiyməti artsa da, onlar avtomobillərin qiymətlərini qaldırmağı düşünmürlər:

"Benzinin qiyməti qalxanda alıcılıq qabiliyyəti aşağı düşür və bu səbəbdən də qiymətləri qaldırmırıq".

2002-ci il istehsalı olan 5.5 L mühərrikli "Mercedes ML 55 AMG" 13 000 manatadır. 1.6 L mühərrikli "Hyundai Accent"in qiyməti isə 14 min 700 AZN-dir.

Alıcılıq qabiliyyətinin aşağı düşəcəyi proqnozlaşdırılsa da, bazarda kifayət qədər bahalı avtomobillərə də rast gəlinir. Məsələn, 2016-cı il istehsalı olan və 4.0 L mühərrikli "Mercedes G 63 AMG" 242 min dollara satılır.

Həmçinin oxuyun:

Benzin bir qədər də bahalaşır

18
Teqlər:
benzin, avtomobil, qiymət
exit-poll

Rusiyada keçirilən seçkilərdə kim irəlidədir - Exit-poll nəticələri