Taxıl yığımı

Sahibkarların nəzərinə! Yevlaxda aqroparkda var

9
(Yenilənib 17:11 03.09.2021)
Müasir infrastrukturla təmin olunacaq aqroparkda sahibkarlar öz biznesini qura və ya fəaliyyətini genişləndirə bilərlər.

BAKI, 3 sentyabr — Sputnik. İqtisadiyyat Nazirliyi kənd təsərrüfatı istehsalı və emalı ilə məşğul olmaq istəyən sahibkarları "Orta fermer təsərrüfatının aqrar-sənaye klasterlərinə inteqrasiyası" pilot layihəsi çərçivəsində Yevlaxda yaradılması nəzərdə tutulan aqroparkda fəaliyyət göstərməyə dəvət edir. Bu barədə nazirlikdən Sputnik Azərbaycan-a məlumat verilib.

Müasir infrastrukturla təmin olunacaq aqroparkda sahibkarlar öz biznesini qura və ya fəaliyyətini genişləndirə bilərlər.

Aqroparkın ərazisində emal sahələrinin, bina və qurğuların, texnika parkının, müxtəlif təyinatlı anbarların və s. inşası nəzərdə tutulur. Aqroparkın ərazisində torpaq sahələri 20 hektaradək hissələrə bölünməklə müasir suvarma sistemi ilə təmin ediləcək və sahibkarların istifadəsinə veriləcək.

Aqropark ərazisində bitkiçilik məhsullarının (bağçılıq, toxumçuluq üçün dənli bitkilər, tingçilik, istixana şəraitində tərəvəz bitkiləri və s.) əkini üçün sahələr yaradılacaq. Aqroparkın sənaye zonasında emal müəssisələri yaratmaq niyyətində olan sahibkarlara üstünlük veriləcək.

Əlavə məlumatı "Sumqayıt Kimya Sənaye Parkı" MMC-yə elektron poçt ünvanı (office@scip.az) və (+994 12) 488 80 65 (daxili 166 və 169) telefonlarla almaq olar.

Qeyd edək ki, ölkəmizdə ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi və aqrar-sənaye kompleksinin modernləşdirilməsi məqsədilə aqroparkların yaradılması istiqamətində işlər davam etdirilir.

Hazırda 32 rayon üzrə 240 min hektar ərazidə 51 aqropark və iri fermer təsərrüfatı yaradılır. Bunlardan 35-i bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, digəri isə çeşidləmə-qablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşıb. Artıq 43 aqropark fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə işləri aparılır.

İndiyədək 23 aqroparkın yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 173 mln. manat güzəştli kredit, 27 aqroparka isə 1 mlrd. manat dəyərində investisiya təşviqi sənədi verilib. İnvestisiya təşviqi sənədi almış 25 aqroparka texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə bir çox təsdiqedici sənədlər verilib və bu təsdiqedici sənədlər üzrə həmin aqroparklar 32,8 mln. manat dəyərində güzəştlər əldə ediblər. Bu günədək aqroparklara 1,2 mlrd. manat özəl investisiya qoyulub.

Aqroparklarda məhsuldarlıq səviyyəsinin artırılması üçün müasir suvarma sistemlərindən geniş istifadə edilir. Hazırda fəaliyyət göstərən 43 aqroparkda ümumilikdə suvarılan 80 min hektar torpaq sahəsindən 40 min hektarı pivot, 7 min hektarı damlama, 2 min hektarı sprinkler suvarma sistemi vasitəsilə, 31 min hektarı isə ənənəvi üsullarla suvarılır.

Aqroparklar məşğulluq səviyyəsinin artırılmasında da mühüm rol oynayır. Hazırda aqroparklarda ümumi olaraq 4750-dək işçi daimi, 4800-dən çox işçi isə mövsümü işlə təmin olunub. Gələcəkdə əlavə 4500-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.

2020-ci ildə aqroparklarda 124,3 min ton buğda, 64,6 min ton arpa, 121,6 min ton dən qarğıdalı, 90,4 min ton şəkər çuğunduru, 45,5 min ton silos üçün qarğıdalı, 18,5 min ton pambıq, 5,9 min ton soya, 32,3 min ton yonca, 27,4 min ton süd və 3,3 min ton ət istehsal olunub.

2017-2020-ci illər ərzində aqroparklarda ümumi sahəsi 7500 hektardan çox olan intensiv meyvə bağları salınıb ki, bu meyvə bağlarından 2020-ci ildə 12 min ton alma, 393,5 ton zeytun, 183 ton badam, 200,7 ton nar, 165,7 ton üzüm və s. yığılıb.

9
Bakı buxtasına mənzərə, arxiv şəkli

Azərbaycanın MDB-də 25 illik tarixi: müsbət mənfilər

1190
Azərbaycan Respublikası 1993-cü il sentyabrın 24-də Müstəqil Dövlətlər Birliyinin üzvü olub. Bunun ölkəyə hansı müsbət təsiri olub və bu əməkdaşlıq formatının gələcəyi varmı - mütəxəssislərin dilindən.

 

BAKI, 24 sentyabr — Sputnik. MDB yarandığı gündən etibarən təkcə siyasi deyil, həm də Sovet İttifaqının dağılmasından sonra ayrılan ölkələr arasında iqtisadi əlaqələrin qurulması üçün bir platforma kimi fəaliyyət göstərir.

Azərbaycanın MDB-də praqmatik mövqeyi

Azərbaycanlı ekspert Tofiq Abbasov bildirib ki, bu cür format keçmiş İttifaq subyektləri arasında bir sıra mübahisəli məsələlərin həllinə kömək edib. O, Azərbaycanın MDB-dəki mövqeyini rasional olaraq qiymətləndirib.

"1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bir çox problemlər aradan qaldırılıb. Azərbaycan MDB nizamnaməsini imzaladı və sonra hamı başa düşdü ki, ona üzv olmaq sosial-iqtisadi və digər məsələlərin həllinin etibarlı zəmanətidir, çünki vahid sistem olduğundan hər kəsin təşkilat daxilində müəyyən üstünlüklərə dair öz fikirləri var idi", - deyə mütəxəssis bildirib.

Onun sözlərinə görə, MDB siyasi deyil, geoiqtisadi formatdır ki, bu da keçmiş Sovet İttifaqı çərçivəsində iqtisadi prosesləri tənzimləyir və bütün iştirakçılara keçmiş İttifaqın faydalarından istifadə etmək hüququnu verir.

Mütəxəssis hesab edir ki, Azərbaycanın MDB-yə qoşulması doğru addım, respublikanın fəaliyyəti isə konstruktiv idi.

"Ayrılma prosesi baş verdikdə tərəflərin özlərinə mümkün qədər çox saxlaması üçün səbəbləri və ya iddiaları olur. SSRİ bərabər respublikalar üçün bərabər imkanlara malik olan bir ölkə idi, buna görə də İttifaqın dağılması mexanizmin işə salınmasına səbəb oldu: gələcəyə nəyin, kimin və kim ilə daxil olduğuna və ən əsası – nəyin kimə aid olduğuna qərar vermək lazım idi", - Abbasov vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanın MDB-yə qoşulması bir çox təsərrüfat məsələlərinin, iqtisadi problemlərin həllini tapmağa, sovet dövrünün yeni subyektləri ilə əlaqələrin qurulmasına kömək edib.

Mütəxəssis hesab edir ki, Azərbaycan MDB ölkələri arasında malların daşınması üçün hab kimi müsbət rol oynaya bilər.

"Azərbaycan, həm quruda, həm də dənizdə böyük infrastruktur imkanlarına malik olan, Mərkəzi Asiya üçün çox əhəmiyyətli bir kommunikasiya dəhlizidir. Üstəlik, Azərbaycan İran və Şimali Qafqazı birləşdirə bilər", - deyə mütəxəssis bildirib.

MDB Avrasiya İqtisadi Birliyinə tramplin kimidir

Rusiyalı politoloq, Yeni Cəmiyyət İnstitutunun direktoru Vasili Koltaşov isə MDB formatını köhnəlmiş hesab edir. Onun fikrincə, bu platformadan Azərbaycan Rusiya ilə bir sıra məsələlərdə - əlaqələrin, ticarətin inkişafı, miqrasiya məsələlərinin həllində istifadə edir, ancaq eyni zamanda o, Bakıya Avrasiya İqtisadi Birliyinə sıx inteqrasiyadan qaçınmağa imkan verib. Onun fikrincə, gələcək məhz bu yeni formatla bağlıdır.

Postsovet məkanı ölkələri Rusiya da daxil olmaqla bir-biri ilə geniş qarşılıqlı təcrübə əldə ediblər. MDB - üzvlərinin iqtisadi qarşılıqlı əməkdaşlığı öz xeyrinə dərinləşdirdiyi və genişləndirdiyi Avrasiya İqtisadi Birliyi üçün bir növ tramplinə çevrilib.

"Düşünürəm ki, Azərbaycan gec-tez Avrasiya inteqrasiyasında daha fəal iştirak məsələsini nəzərdən keçirəcək. İqtisadi ehtiyac Rusiya ilə münasibətlərdə daha səmərəli, daha ardıcıl fəaliyyət qurmaqdan və bu əlaqələri dərinləşdirməkdən ibarətdir. Rusiya çox sayda Avrasiya ölkəsində prosesləri dərhal irəlilədə biləcək əhəmiyyətli bazara malikdir. Ancaq bunu yalnız Moskva özü istəyərsə və Bakı Rusiya ilə MDB-nin köhnəlmiş formatına heç cür sığışmayan münasibətlərdə iştirak edərsə. Bu tamamilə fərqlidir", - deyə politoloq izah edib.

Eləcə də oxuyun:

1190
Teqlər:
MDB, Azərbaycan
Neft buruğu, arxiv şəkli

Azərbaycan neftinin qiyməti son iki ildə maksimuma çatıb

696
(Yenilənib 14:56 24.09.2021)
Azərbaycan neftinin minimum qiyməti 2020-ci ilin aprelin 21-də (15,81), son iki il ərzində maksimum qiyməti isə bu il iyulun 5-də (78,35) qeydə alınıb.

BAKI, 24 sentyabr — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,57 dollar artaraq 78,50 dollar təşkil edib.

Dünya birjalarında neft qiymətləri bahalaşır

London birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,16 dollar artaraq 77,41 dollar, Nyu-York birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,02 dollar bahalaşaraq 73,32 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin minimum qiyməti 2020-ci ilin aprelin 21-də (15,81), son iki il ərzində maksimum qiyməti isə bu il iyulun 5-də (78,35) qeydə alınıb.

Energetika naziri Pərviz Şahbazov Rusiyanın “Нефтегазовая вертикаль” jurnalına verdiyi müsahibəsində deyib ki, Azərbaycan OPEC+ ölkələri arasında konsensus əldə etmək üçün gələcəkdə də məsləhətləşmə prosesində fəal iştirak etməyi planlaşdırır.

“Hesab edirəm ki, OPEC+ formatında verilən qərarların və atılan addımların düzgünlüyü şübhə doğurmur. Azərbaycan dünya neft bazarını sabitləşdirmək üçün tədbirləri dəstəkləyir, fəal iştirakçıdır və OPEC+ ölkələri arasında konsensus əldə etmək üçün gələcəkdə də məsləhətləşmə prosesində aktiv iştirak etməyi planlaşdırır”, - deyə nazir vurğulayıb.

Eləcə də oxuyun:

696
Teqlər:
neft, qiymət, AzeriLight, 'Brent'
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj
Sərdar Ortaç

"Tərbiyəsizlik etmişəm" - Sərdar Ortac təhqirə görə üzr istədi