Balaxanı Sənaye Parkı, arxiv şəkli

Balaxanı Sənaye Parkında 800-ə yaxın daimi yeri yaradılıb

18
(Yenilənib 21:35 27.08.2021)
Layihənin ümumi investisiya dəyəri 1 milyon manata yaxındır. Min kubmetr istehsalat sahəsinə malik olan müəssisədə daha iyirmi daimi iş yeri yaradılacaq.

BAKI, 27 avqust — Sputnik. Balaxanı Sənaye Parkında sayca 23-cü rezident - "Zəfər işığı" MMC qeydiyyata alınıb. İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, yeni müəssisədə il ərzində 5,4 milyon ədəd led lampanın istehsalı nəzərdə tutulur.

Layihənin ümumi investisiya dəyəri 1 milyon manata yaxındır. 1000 kubmetr istehsalat sahəsinə malik olan müəssisədə 20 daimi iş yeri yaradılacaq.

Qeyd edilib ki, Balaxanı Sənaye Parkının 23 rezidentindən 16-sı artıq fəaliyyət göstərir və 800-ə yaxın daimi iş yeri yaradılıb.

Sənaye Parkının fəaliyyətində əsas məqsəd kiçik və orta sahibkarlara əlverişli biznes mühitinin yaradılması ilə yanaşı, məhsulların təkrar istifadəsi, emalı və resirkulasiyasına təkan verməkdir.

Həmçinin oxuyun:

Sumqayıt əhlini kim və nə ilə zəhərləyir

18
Teqlər:
Balaxanı

SOCAR benzinin bahalaşmasına münasibət bildirib

9
(Yenilənib 13:02 16.09.2021)
SOCAR-ın bildirdiyinə görə, 2022-ci və 2023-cü illərdən etibarən biz "Avro 5" standartına uyğun olan dizelin və benzinin istehsalına nail olacağıq.

BAKI, 16 sentyabr — Sputnik. Azərbaycanda Aİ-95 ("Premium") və Aİ-98 ("Super") markalı benzinin qiyməti ildə bir neçə dəfə dəyişir. Başqa ölkələrdə isə qiymət bəzən həftədə bir neçə dəfə dəyişir, yəni qiymətlər həm qalxır, həm də düşür. Ötən il Aİ-95 markalı benzinin qiyməti 1.50 qəpikdən 1.10-a qədər düşmüşdü. Sonra isə tədricən artmağa başladı. Dəyişikliyin səbəbi əsasən dünya bazarlarında neft və neft məhsullarının qiymətinə bağlıdır.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov İctimai TV-nin efirində bu markalı benzinlərin qiymətinin bahalaşmasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, Azərbaycanda ümumi yanacaq istehlakını götürsək, 2020-ci ildə ölkə daxilində istehlak edilmiş yanacağın təxminən 98 faizi dizel və Aİ-92 markalı benzinin üzərinə düşür: "Bu yanacaq növləri ölkə daxilində istehsal olunur. Dizelin hətta bir hissəsi də ixrac olunur. "Premium" və "Super" markalı benzinin üzərinə isə cəmi istehlakın 2 faizi düşür. Ölkədə istifadədə olan avtoparkın əsas hissəsi də məhz dizel və Aİ-92 markalı benzinə uyğundur. Lakin tədricən "Premium" və "Super" markalı benzin növlərinin də istehlakı artmaqdadır. Çünki ölkəyə idxal edilən bir çox benzin növləri ilə işləyən yeni avtomobillər məhz "Premium" və ya "Super" markalı benzin üçün nəzərdə tutulub. Bu avtomobillərin yanacaq doldurma yerində göstərilir ki, hansı yanacağın ona vurulması uyğundur".

""Premium" və "Super" markalı benzinlər ölkədə əsasən orta və nisbətən zəngin insanlar tərəfindən istifadə olunur. Məhz ona görə də onların sayı nisbətən azdır. "Premium" və "Super" markalı benzinə alternativlər məsələn, elektromobillər ola bilər. Məsələn, "Premium" markalı benzin kimin üçün isə bahalı hesab edilirsə, fikrimcə, onlar elektromobillərə keçmək barədə düşünə bilərlər"-deyə o qeyd edib.

Onun sözlərinə görə, 2022-ci və 2023-cü illərdən etibarən biz "Avro 5" standartına uyğun olan dizelin və benzinin istehsalına nail olacağıq. İlk dövrlərdə Aİ-92 markalı və Aİ-95 markalı benzin "Avro 5" standartına uyğun istehsal olunacaq.

Qeyd edək ki, sentyabr ayının 15-dən etibarən "Super" və "Premium" markalı yanacaq növlərinin qiymətində artım baş verib. Aİ-95 markalı benzinin qiyməti 1,60 AZN, Aİ-98 markalı benzinin qiyməti isə 1,90 AZN olub.

Xatırladaq ki, son qiymət dəyişikliyinə qədər respublikamıza xaricdən idxal edilən Aİ-95 markalı benzinin qiyməti 1,45 AZN, Aİ-98 markalı benzinin qiyməti 1,60 AZN təşkil edirdi.

9
Neft platforması, arxiv şəkli

Qazın qiymətləri qalxandan sonra neft bahalaşdı

11
(Yenilənib 13:29 16.09.2021)
Dünya bazarlarında neftin qiymətləri yüksəlir. "Azeri Light"ın son iki ildə maksimum qiyməti bu il iyulun 5-də qeydə alınıb.

BAKI, 16 sentyabr — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 2,93 dollar artaraq 77,19 dollar təşkil edib.

Qeyd edək ki, COVID-19 pandemiyasının təsiri nəticəsində Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprelin 21-də 15,81 dollara enmişdi. Sonradan qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı tədricən bərpa olunmağa, qiymətlər artmağa başlayıb. "Azeri Light"ın son iki ildə maksimum qiyməti bu il iyulun 5-də (78,35 dollar) qeydə alınıb.

London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,06 dollar artaraq 75,52 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,05 dollar bahalaşaraq 72,66 dollar olub.

Azərbaycan avqustda OPEC+ öhdəliyini artıqlaması ilə yerinə yetirib

Bu ilin avqust ayında Azərbaycan üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 711,6 min barel olub. Bunun 596,1 min barelini xam neft, 115,5 min barelini isə kondensat təşkil edib.

OPEC+ ölkələri nazirlərinin bu ilin iyul ayında qəbul edilmiş qərarına əsasən, Azərbaycanın hasilatın azaldılması üzrə öhdəliyinin avqustda 91 min barel təşkil etməsi, gündəlik xam neft hasilatının isə iyul ayına nisbətən 7 min barel artırılmaqla 627 min barel həcminə çatdırılması nəzərdə tutulurdu.

OPEC+ ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında qəbul edilən razılaşmaya görə, avqustdan başlayaraq OPEC+ ölkələrinin gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılması, 5,8 mln. barel həcmində ixtisarların 2022-ci ilin sentyabrında başa çatdırılması və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin 2022-ci ilin sonunadək uzadılması nəzərdə tutulub. Qərarın qüvvəyə minməsi ilə Azərbaycan gündəlik xam neft hasilatını hər ay, təxminən, 7 min barel artırmaq, müvafiq olaraq da ixtisarlarla bağlı öhdəliklərini azaltmaq imkanı əldə edib.

Həmçinin oxuyun:

* Azərbaycanın Avropaya ixrac etdiyi qazın dəyəri 1 mlrd. dollara yaxınlaşır

* Azərbaycanın qaz ixracından gəlirləri kəskin artıb: Qiymət artımı bizim üçün əlverişlidir

11
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov

Ekspert Azərbaycanda torpaqların şoranlaşmasının səbəblərini izah edir

0
(Yenilənib 14:43 16.09.2021)
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov bildirib ki, son dövrlər ölkədə ənənəvi suvarma üsullarından fərqli olaraq müasir suvarma texnologiyalarının tətbiqi bu prosesin qarşsının alınmasına xidmət edir
Telman Zeynalov: “Torpaqlar damcı suvarma üsulundan istifadə edilərək suvarılsın”

Bu gün Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində keçirilən tədbirdə Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov Azərbaycan ekoloji vəziyyətlə bağlı sualları cavablandırıb

Torpaqların şoranlaşması və onun qarşısının alınması barədə verilə suala cavab verən ekspert bu prosesin səbəblərini açıqlayıb.

O bildirib ki, uzun illər Azərbaycan ərazisində təsərrüfatlarda istifadə olunan suvarma üsulları bu gün bir çox ərazilərimizdə şoranlaşmaya gətirib çıxarıb.

Ekspert deyib ki, son dövrlər ölkədə ənənəvi suvarma üsullarından fərqli olaraq müasir suvarma texnologiyalarının tətbiqi bu prosesin qarşsının alınmasına xidmət edir: “Sovet dövründə torpaqların yanlış suvarılması, eyni zamanda torpaq örtüyünə vurulan ziyan sonda şoranlaşmaya gətirib çıxardı. Eyni zamanda təsərrüfat sahələrinin su ilə təminatı üçün qurulan su kanallarının beton bəndlərlə deyil, torpaqla qurulması şoranlaşmanı yaradan başlıca səbəblərdən oldu. Davamlı şəkildə torpağa hopan su torpağın altındakı duz təbəqəsinin bir müddət sonra üzə çıxmasına səbəb oldu. Ona görə də tərəfdarıyam ki, torpaqlar damcı suvarma üsulundan istifadə edilərək suvarılsın”.

Telman Zeynalovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

0