Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti ucuzlaşıb

10
"Azeri Light" nefti keçən il minimuma enərək 15,81 dollar, 2008-ci ildə isə maksimuma yüksələrək 149,66 dollar olub.

BAKI, 27 avqust — Sputnik. Azərbaycan neftinin dünya bazarında qiyməti ucuzlaşıb. Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,17 dollar azalaraq 70,44 dollar təşkil edib.

London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 1,12 dollar artaraq 72,19 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 1,10 dollar bahalaşaraq 68,52 dollar olub.

Qeyd edək ki, ötən ilin ikinci rübündən vüsət alan pandemiyanın təsiri nəticəsində neft qiymətləri minimum göstəricilərə enmişdi. Lakin qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı bərpa olunub, qiymətlər artmağa başlayıb.

"Azeri Light" neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Xatırladaq ki, avqustun 1-dən etibarən OPEC+ ölkələri nazirlərinin ötən ay keçirilmiş 19-cu iclasında qəbul edilən yeni "Əməkdaşlıq Bəyannaməsi" qüvvədədir. Yeni razılaşmaya görə, avqustdan başlayaraq OPEC+ ölkələrinin hər ay gündəlik xam neft hasilatını 400 min barel artırması planlaşdırılır. Bu qərarın qüvvədə olduğu müddətdə Azərbaycan gündəlik xam neft hasilatını hər ay təxminən 7 min barel artırmaq, müvafiq olaraq da ixtisarlarla bağlı öhdəliklərini azaltmaq imkanı əldə etmiş olacaq.

Həmçinin oxuyun:

Azərbaycanın xaricə qaz satışı 35 faiz artıb

10
Teqlər:
Neft, bazar
Minsk şəhərinə mənzərə, arxiv şəkli

Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 200 milyon dolları ötüb

3
(Yenilənib 22:18 19.09.2021)
Azərbaycan Respublikasından Belarusa ixracın dəyəri 130 milyon dollar, bu ölkədən idxalın dəyəri isə 79,5 milyon dollar təşkil edib.

BAKI, 19 sentyabr - Sputnik. Cari ilin yanvar-avqust aylarında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 209,5 milyon ABŞ dolları təşkil edib.

Bu barədə AZƏRTAC-a Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib.

Səkkiz ayda Azərbaycandan Belarusa ixracın dəyəri 130 milyon dollar, bu ölkədən ölkəmizə idxalın dəyəri isə 79,5 milyon dollar təşkil edib.

Həmçinin oxuyun:

Azərbaycan Prezidenti Belarusla müdafiə sahəsində müqaviləni təsdiqlədi

3
Teqlər:
Belarus, ixrac, idxal
Toyota Prius

Ekspert: hibrid elektromobillərə görə rüsum ləğv olunsa, avtomobil parkı yenilənər

15
(Yenilənib 21:02 19.09.2021)
Avtosalon sahibi: benzinin qiyməti qalxanda alıcılıq qabiliyyəti aşağı düşür, bu səbəbdən də qiymətləri qaldırmırıq.

BAKI, 19 sentyabr — Sputnik. Sentyabrın 15-dən etibarən Azərbaycanda "A-98 SUPER" və "A-95 PREMİUM" markalı benzin növlərinin qiymətində artım baş verib. Maraqlıdır, bu artımın avtomobil bazarına təsiri necə olacaq?

İqtisadçı-eskpert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, belə olan halda dizel və "Aİ-92" marka yanacağı ilə işləyən avtomobillərə maraq daha çox artacaq:

"Benzinin qiymətinin qalxması ilə köhnə avtomobillərin qiymətində artım və onlara olan tələbatın yüksəlməsi gözləniləndir. Lakin dizelin də qiymətində artımının olub-olmayacağına zəmanət vermək olmaz".

Ekspert deyir ki, hər dəfə "A-98 SUPER" və "A-95 PREMİUM" markalı yanacağın qiyməti qalxanda müasir avtomobillərə maraq azalır.

Ekspert ümumiyyətlə, son zamanlar "hibrid" avtomobillərə marağın artdığını deyir və təşviqedici təkliflərdən söz açır:

"Düşünürəm ki, hibrid avtomobillərlə bağlı təşviqedici addımlar atılmalıdır. Bu avtomobillərə görə 15 faizlik ƏDV və müxtəlif rüsumlar nəzərdə tutulur ki, bu da çoxdur. Belə avtomobillər daxiliyanma mühərriki olan avtomobillərlə eyni şərtlər altında ölkəyə gətirilir. Onlarla bağlı nə vergi, nə də ki, gömrük rüsumunda hansısa güzəşt yoxdur. Bir təşviqat olmalıdır ki, vətəndaşlar həmin avtomobilləri almağa üstünlük versinlər. Belə olan halda avtomobil parkının yenilənməsi isitiqamətində də müsbət addım atılmış olar".

N.Cəfərli deyir ki, "Aİ-92" markalı benzinlə işləyən avtomobillərin daha köhnə olması, bahalaşma ilə əlaqədar onlara tələbatın artacağının proqnozlaşdırılması isə o deməkdir ki, yollarda təhlükəsizlik və ekologiya ilə bağlı problemlər qaçılmaz olacaq.

Ekspertin sözlərinə görə, elekriklə işləyən avtomobillər daha yeni və müasir olduğundan onların qiymətləri aşağı deyil və bunun da üzərinə 15 faizin əlavə edilməsi doğru deyil:

"Hətta bu 15 faizin sıfırlanması da mümkündür ki, belə avtomobillərin ölkəyə idxalı artsın. Heç olmasa bir müddətlik hibrid və elektrik avtomobilləri ilə bağlı 0 rüsum, 0 vergi tətbiq olunarsa, bu həm ekoloji vəziyyətə, həm də avtomobil bazarının yenilənməsinə müsbət təsir edə bilər".

Avtomobil bazarına baxdıqda isə hələlik ki, qiymətlərdə gözəçarpan fərq yoxdur. Gəlin, bazara birlikdə nəzər salaq:

2006-cı il istehsalı olan 1.4 L mühərrikli "Opel Astra" orta hesabla 11 min 500 manata satılır. Paytaxtın avtomobil salonlarından birinin sahibi deyir ki, benzinin qiyməti artsa da, onlar avtomobillərin qiymətlərini qaldırmağı düşünmürlər:

"Benzinin qiyməti qalxanda alıcılıq qabiliyyəti aşağı düşür və bu səbəbdən də qiymətləri qaldırmırıq".

2002-ci il istehsalı olan 5.5 L mühərrikli "Mercedes ML 55 AMG" 13 000 manatadır. 1.6 L mühərrikli "Hyundai Accent"in qiyməti isə 14 min 700 AZN-dir.

Alıcılıq qabiliyyətinin aşağı düşəcəyi proqnozlaşdırılsa da, bazarda kifayət qədər bahalı avtomobillərə də rast gəlinir. Məsələn, 2016-cı il istehsalı olan və 4.0 L mühərrikli "Mercedes G 63 AMG" 242 min dollara satılır.

Həmçinin oxuyun:

Benzin bir qədər də bahalaşır

15
Teqlər:
benzin, avtomobil, qiymət