CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda toxum sərgi-satış yarmarkaları keçiriləcək - qrafik

© pixabay / StockSnapToxum əkini, arxiv şəkli
Toxum əkini, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.08.2021
Abunə olmaq
Məqsəd. toxum bazarının formalaşması, "seleksiyaçı-toxumçu-istehlakçı" zəncirlərinin real qarşılıqlı əlaqəsinin qurulmasıdır.
BAKI, 24 avqust — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə respublikanın müxtəlif regionlarında toxum sərgi-satış yarmarkaları keçiriləcək.
Nazirlikdən Sputnik Azərbaycan-a bildiriblər ki, yarmarkalarda Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, "Aqroservis" ASC, Dövlət Toxum Fondu, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak edəcəklər.
Yarmarkaların müxtəlif regionlarda keçirilməsində əsas məqsəd toxum bazarının formalaşması, "seleksiyaçı-toxumçu-istehlakçı" zəncirlərinin real qarşılıqlı əlaqəsinin qurulması, işgüzar və səmərəli görüşlərin keçirilməsi, həmçinin fermerlər üçün sertifikatlı toxumların əlçatanlığının təmin olunmasıdır.
Yarmarkalarda əsasən arpa, buğda və tərəvəz toxumları nümayiş etdiriləcək. Sərgi çərçivəsində fermerlərə sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi, kondisiyaya çatdırılması barədə məlumat veriləcək və informasiya materialları təqdim olunacaq.
Sərgi yarmarka çərçivəsində, həmçinin "Milli toxum ehtiyatının inkişafı", "Xaricdən toxum asılılığını azaltmaq", "Maksimum dəyər yaradan, təkmilləşmiş sortların toxumunun tez bir zamanda əkin dövriyyəsinə cəlb edilməsi", "Özəl toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi üçün sabit çərçivənin yaradılması" və digər mövzular üzrə müzakirələr aparılacaq.
Toxum istehsalı üzrə respublikada torpaq iqlim zonaları və inzibati rayonlarının zonalar üzrə bölündüyünü nəzərə alaraq toxum sərgi-satış yarmarkaları aşağıdakı qrafik üzrə keçiriləcək:
1 sentyabr - Şamaxı
3 sentyabr - Şəki
6 sentyabr - Ağcabədi
8 sentyabr - Saatlı
10 sentyabr - Cəlilabad
13 sentyabr - Xaçmaz
Yarmarkada məhsulunu nümayiş etdirmək istəyən toxumçular öncədən Aqrar Xidmətlər Agentliyinə müraciət etməlidirlər. Yerlər məhduddur.
Eləcə də oxuyun:
Bu virus iqtisadiyyata güclü ziyan vura bilər - AQTA-dan fermerlərə xəbərdarlıq
Nüvə enerjisi heç də həmişə pis deyil: Azərbaycan mutantlardan qazana bilər
Günə baxma, mənə bax: Kənd Təsərrüfatı Nazirliyi faydalı bitkinin yığımı barədə
Xəbər lenti
0