Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti bahalaşdı

9
(Yenilənib 13:38 24.08.2021)
Azərbaycan nefti keçən il minimuma enərək 15,81 dollar, 2008-ci ildə isə maksimuma yüksələrək 149,66 dollar olub.

 

BAKI, 24 avqust — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 2,48 dollar artaraq 68,12 dollar təşkil edib.

Neft bahalaşır

London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,32 dollar artaraq 69,07 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,27 dollar bahalaşaraq 65,91 dollar olub.

Qeyd edək ki, ötən ilin ikinci rübündən vüsət alan pandemiyanın təsiri nəticəsində neft qiymətləri minimum göstəricilərə enmişdi. Lakin qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı bərpa olunub, qiymətlər artmağa başlayıb.

"Azeri Light" neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Xatırladaq ki, 2021-ci ilin iyul ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 717 min barel olub. Bunun 606 min barelini xam neft, 111 min barelini isə kondensat təşkil edib. OPEC+ ölkələri nazirlərinin bu ilin aprel ayında qəbul edilmiş qərarına əsasən, Azərbaycanın hasilatın azaldılması üzrə öhdəliyinin iyulda 98 min barel təşkil etməsi, gündəlik xam neft hasilatının isə iyun ayına nisbətən 10 min barel artırılmaqla 620 min barel həcminə çatdırılması nəzərdə tutulurdu.

Avqustun 1-dən etibarən isə OPEC+ ölkələri nazirlərinin ötən ay keçirilmiş 19-cu iclasında qəbul edilən yeni "Əməkdaşlıq Bəyannaməsi" qüvvədədir. Yeni razılaşmaya görə, avqustdan başlayaraq OPEC+ ölkələrinin hər ay gündəlik xam neft hasilatını 400 min barel artırması planlaşdırılır. Bu qərarın qüvvədə olduğu müddətdə Azərbaycan gündəlik xam neft hasilatını hər ay, təxminən, 7 min barel artırmaq, müvafiq olaraq da ixtisarlarla bağlı öhdəliklərini azaltmaq imkanı əldə etmiş olacaq.

9
Teqlər:
Azərbaycan nefti, qiymət, OPEC
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj (97)
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov

Ekspert halala haram qatanlardan danışdı: böyük hərc-mərclik var

23
(Yenilənib 10:20 27.09.2021)
Azad İstehlakçılar Birliyinin sədri, ekspert Eyyub Hüseynov deyib ki, bu gün yenə də pul xatirinə qeyri-halal mallara da halal sertifikatı verilir.
Eyyub Hüseynov: “Bu sertifikatların kollegial verilməsinə nail olduq”

“Təsadüfi deyil ki, Azərbaycanda 6 il öncə halal standartlar qəbul edildi. O vaxta kimi ölkədə halal sertifikatının verilməsi böyük pullar hesabına mümkün olurdu”.

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri, ekspert Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, burada dini idarələr və müxtəlif ölkələrin təşkilatları iştirak edib: “Biz 6 il bundan öncə bu istiqamətdə iş apardıq və bu sertifikatların kollegial verilməsinə nail olduq. Bundan sonra 3 müəssisəyə halal sertifikatı verildi. Ancaq bu gün yenə də pul xatirinə qeyri-halal mallara da halal sertifikatı verilir. Bir çox xarici ölkələrdən Azərbaycana halal nişanı ilə məhsullar daxil olur. Biz AQTA-ya təklif vermişik ki, sertifikatların verilməsi məsələsini agentlik öz üzərinə götürsün. Bu sahədə böyük hərc-mərclik var”.

Eyyub Hüseynovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

23
Ramil Osmanlı, Əmlak Ekspert Mərkəzinin direktoru

Ekspert əmlak bazarındakı son vəziyyətdən danışdı

21
(Yenilənib 15:21 24.09.2021)
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, İpoteka və Kredit Zəmanət Fondunun mövcud aktivlərinin həcminin artımı ipoteka kreditləşməsinə də təsir edib.
Ramil Osmanlı: “Mənzil bazarında tələb və təklif dəyişib”

Bu ilin yanvar-avqust aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 256,2 milyon manat kredit verilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 62,3% çoxdur.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Sputnik Azərbaycan-a artımın səbəblərini açıqlayıb. Ekspert bildirib ki, burada bir sıra önəmli səbəblər var: “Artımı ilbəil ipoteka proqamında keçirilən islahatlarla əlaqələndirmək olar. Eyni zamanda mənzil bazarında tələb və təklif dəyişib. İpoteka və Kredit Zəmanət Fondunun mövcud aktivlərinin həcminin artımı da öz təsirini göstərib. Həmçinin ipoteka kreditləri üzrə məbləğlər də artırılır. Mənzil bazarındakı vəziyyətə gəldikdə isə deyə bilərəm ki, hazırda dinamik aktivlik müşahidə edilmir. Mənzil alıcılarının sayında nisbətən azalmalar var. Həm bazara daxil olan pulun həcmində, həm də alğı-satqı əməliyyatlarının sayında artımı müşahidə etmək olar”.

Ramil Osmanlının geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

21
Erməni qüvvələrinin açdıqları atəşdən sonra Tərtərdə vəziyyət

Müharibə buradan başlandı - Mülki şəhid verən qəhrəman şəhər

0
(Yenilənib 20:16 27.09.2021)
Vətən müharibəsi haqda ilk xəbərlərdə məhz bu yaşayış məntəqəsinin adı çəkilir - Tərtər. Düşmənin ilk hücumunu qəbul edən rayona savaş dövründə Ermənistan ordusu 16 mindən çox top, tank, "Qrad" mərmisi, həmçinin 21 ədəd qadağan olunmuş raket atdı.

BAKI, 27 sentyabr — Sputnik. Erməni terroru nəticəsində 16 nəfər mülki şəxsin həla