İclas zalı, arxiv şəkli

İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın tərkibi müəyyənləşdi

22
(Yenilənib 18:06 22.08.2021)
İqtisadiyyat Nazirliyi yanında İctimai şurada boş qalan 7 yer üçün 22 avqust 2021-ci il tarixində seçkilər keçirilib. Seçkilərdə 9 namizəd iştirak edib.

BAKI, 22 avqust - Sputnik. İqtisadiyyat Nazirliyi yanında İctimai şuraya seçkilər başa çatıb. Bu barədə qurumdan Sputnik Azərbaycan-a verilən məlumatda deyilir.

Qeyd olunur ki, İqtisadiyyat Nazirliyi yanında İctimai şurada boş qalan 7 yer üçün 22 avqust 2021-ci il tarixində seçkilər keçirilib. Seçkilərdə 9 namizəd iştirak edib. Səsvermənin nəticələrinə əsasən, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri - Azadov Elnur, Babayeva Səkinə, İsayev Fərid, Kərimov Nuran, Qaraşov Fərhad, Nuriyev Zakir və Vəliyev İlqar İctimai şuraya üzv seçiliblər.

Beləliklə, başa çatmış seçkilərin nəticələrinə əsasən, İqtisadiyyat Nazirliyi yanında İctimai şura aşağıdakı tərkibdə formalaşıb:

1.    Ağayev Rövşən (“İqtisadi Təşəbbüslərə Yardım” İctimai Birliyi)

2.    Azadov Elnur “Rieltorlar assosiasiyası” İctimai Birliyi

3.    Babayeva Səkinə (“Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İctimai Birliyi)

4.    Həsənov Rəşad (“İqtisadi və Sosial İnkişaf Mərkəzi” İctimai Birliyi)

5.    Muradov Ədalət (ADİU Həmkarlar İttifaqı)

6.    İsayev Fərid (“Alman-Azərbaycan Xarici Ticarət Palatası” hüquqi şəxslərin ittifaqı)

7.    Kərimov Nuran (“Azərbaycanda Amerika Ticarət Palatası” İctimai Birliyi)

8.    Qaraşov Fərhad (“Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi)

9.    Nuriyev Əliməmməd (“Şəffaflıq - Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi)

10. Nuriyev Zakir (Azərbaycan Banklar Assosiasiyası)

11. Vəliyev İlqar (Vətəndaşların təşəbbüs qrupu)

Eləcə də oxuyun:

22

SOCAR benzinin bahalaşmasına münasibət bildirib

9
(Yenilənib 13:02 16.09.2021)
SOCAR-ın bildirdiyinə görə, 2022-ci və 2023-cü illərdən etibarən biz "Avro 5" standartına uyğun olan dizelin və benzinin istehsalına nail olacağıq.

BAKI, 16 sentyabr — Sputnik. Azərbaycanda Aİ-95 ("Premium") və Aİ-98 ("Super") markalı benzinin qiyməti ildə bir neçə dəfə dəyişir. Başqa ölkələrdə isə qiymət bəzən həftədə bir neçə dəfə dəyişir, yəni qiymətlər həm qalxır, həm də düşür. Ötən il Aİ-95 markalı benzinin qiyməti 1.50 qəpikdən 1.10-a qədər düşmüşdü. Sonra isə tədricən artmağa başladı. Dəyişikliyin səbəbi əsasən dünya bazarlarında neft və neft məhsullarının qiymətinə bağlıdır.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov İctimai TV-nin efirində bu markalı benzinlərin qiymətinin bahalaşmasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, Azərbaycanda ümumi yanacaq istehlakını götürsək, 2020-ci ildə ölkə daxilində istehlak edilmiş yanacağın təxminən 98 faizi dizel və Aİ-92 markalı benzinin üzərinə düşür: "Bu yanacaq növləri ölkə daxilində istehsal olunur. Dizelin hətta bir hissəsi də ixrac olunur. "Premium" və "Super" markalı benzinin üzərinə isə cəmi istehlakın 2 faizi düşür. Ölkədə istifadədə olan avtoparkın əsas hissəsi də məhz dizel və Aİ-92 markalı benzinə uyğundur. Lakin tədricən "Premium" və "Super" markalı benzin növlərinin də istehlakı artmaqdadır. Çünki ölkəyə idxal edilən bir çox benzin növləri ilə işləyən yeni avtomobillər məhz "Premium" və ya "Super" markalı benzin üçün nəzərdə tutulub. Bu avtomobillərin yanacaq doldurma yerində göstərilir ki, hansı yanacağın ona vurulması uyğundur".

""Premium" və "Super" markalı benzinlər ölkədə əsasən orta və nisbətən zəngin insanlar tərəfindən istifadə olunur. Məhz ona görə də onların sayı nisbətən azdır. "Premium" və "Super" markalı benzinə alternativlər məsələn, elektromobillər ola bilər. Məsələn, "Premium" markalı benzin kimin üçün isə bahalı hesab edilirsə, fikrimcə, onlar elektromobillərə keçmək barədə düşünə bilərlər"-deyə o qeyd edib.

Onun sözlərinə görə, 2022-ci və 2023-cü illərdən etibarən biz "Avro 5" standartına uyğun olan dizelin və benzinin istehsalına nail olacağıq. İlk dövrlərdə Aİ-92 markalı və Aİ-95 markalı benzin "Avro 5" standartına uyğun istehsal olunacaq.

Qeyd edək ki, sentyabr ayının 15-dən etibarən "Super" və "Premium" markalı yanacaq növlərinin qiymətində artım baş verib. Aİ-95 markalı benzinin qiyməti 1,60 AZN, Aİ-98 markalı benzinin qiyməti isə 1,90 AZN olub.

Xatırladaq ki, son qiymət dəyişikliyinə qədər respublikamıza xaricdən idxal edilən Aİ-95 markalı benzinin qiyməti 1,45 AZN, Aİ-98 markalı benzinin qiyməti 1,60 AZN təşkil edirdi.

9
Neft platforması, arxiv şəkli

Qazın qiymətləri qalxandan sonra neft bahalaşdı

10
(Yenilənib 13:29 16.09.2021)
Dünya bazarlarında neftin qiymətləri yüksəlir. "Azeri Light"ın son iki ildə maksimum qiyməti bu il iyulun 5-də qeydə alınıb.

BAKI, 16 sentyabr — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 2,93 dollar artaraq 77,19 dollar təşkil edib.

Qeyd edək ki, COVID-19 pandemiyasının təsiri nəticəsində Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprelin 21-də 15,81 dollara enmişdi. Sonradan qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı tədricən bərpa olunmağa, qiymətlər artmağa başlayıb. "Azeri Light"ın son iki ildə maksimum qiyməti bu il iyulun 5-də (78,35 dollar) qeydə alınıb.

London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,06 dollar artaraq 75,52 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,05 dollar bahalaşaraq 72,66 dollar olub.

Azərbaycan avqustda OPEC+ öhdəliyini artıqlaması ilə yerinə yetirib

Bu ilin avqust ayında Azərbaycan üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 711,6 min barel olub. Bunun 596,1 min barelini xam neft, 115,5 min barelini isə kondensat təşkil edib.

OPEC+ ölkələri nazirlərinin bu ilin iyul ayında qəbul edilmiş qərarına əsasən, Azərbaycanın hasilatın azaldılması üzrə öhdəliyinin avqustda 91 min barel təşkil etməsi, gündəlik xam neft hasilatının isə iyul ayına nisbətən 7 min barel artırılmaqla 627 min barel həcminə çatdırılması nəzərdə tutulurdu.

OPEC+ ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında qəbul edilən razılaşmaya görə, avqustdan başlayaraq OPEC+ ölkələrinin gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılması, 5,8 mln. barel həcmində ixtisarların 2022-ci ilin sentyabrında başa çatdırılması və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin 2022-ci ilin sonunadək uzadılması nəzərdə tutulub. Qərarın qüvvəyə minməsi ilə Azərbaycan gündəlik xam neft hasilatını hər ay, təxminən, 7 min barel artırmaq, müvafiq olaraq da ixtisarlarla bağlı öhdəliklərini azaltmaq imkanı əldə edib.

Həmçinin oxuyun:

* Azərbaycanın Avropaya ixrac etdiyi qazın dəyəri 1 mlrd. dollara yaxınlaşır

* Azərbaycanın qaz ixracından gəlirləri kəskin artıb: Qiymət artımı bizim üçün əlverişlidir

10
 Əlil, arxiv şəkli

Saxta əlilliklərlə bağlı şok rəqəm - üç ildə on yeddi min

0
(Yenilənib 13:32 16.09.2021)
Buna görə müəyyən rayon mərkəzi xəstəxanalarınin rəhbərləri işdən azad edilib, töhmət verilib və hüquq-mühafizə orqanlarına müraciət olunub.

BAKI, 16 sentyabr — Sputnik. 3 ildə 17 minə yaxın saxta əlillik halları aşkarlanıb və dayandırılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov məlumat verib. O, bildirib ki, əlillik təyinatı prosesi vətəndaş-ekspert təması olmadan, elektron infrastruktur üzərindən tam şəffaf həyata keçirilib: "Bu ilin 8 ayında 35 minə yaxın şəxsə əlillik təyin edilib. O cümlədən 11 min şəxsə ilkin, digərlərinə təkrar əlillik təyinatı aparılıb".

A. Bayramov saxta əlillik təyinatlarına qarşı prosesin davam edəcəyini də bildirib: "Eyni zamanda rayon xəstəxanalarında yoxlamalar aparılır. Göndərişlər zamanı ciddi pozuntular aşkarlanıb. Buna görə müəyyən rayon mərkəzi xəstəxanalarınin rəhbərləri işdən azad edilib, töhmət verilib və hüquq-mühafizə orqanlarına müraciət olunub".

A. Bayramov onu da qeyd edib ki, bu ilin 8 ayında Agentlik tərəfindən əlilliyi olan 7000 şəxsə 30 minədək reabilitasiya vasitəsi verilib. Onun sözlərinə görə, 766 şəxs mühərrikli təkərli oturacaqla təmin edilib: "Onların bir hissəsinə bu vasitələr yaşadıqları ünvanlara aparılaraq çatdırılıb. Yanvar-avqust aylarında qurumun reabilitasiya müəssisələrində əlilliyi olan şəxslərdən, habelə müharibə əlillərindən ibarət 4600 şəxsə reabilitasiya xidmətləri göstərilib".

Bundan əlavə, qurum rəhbəri qeyd edib ki, Vətən Müharibəsində yaralanmış hərbi qulluqçuların 1750 nəfərinə əlillik təyinatı aparılıb.

0