Fındıqçılıq

Fındıqçılıq rayonlarında erkən yığım faizi kifayət qədər azalıb

17
Nazir İnam Kərimov Zaqatala və Balakəndə fermerlərlə görüşüb, tədarük məntəqələrinə və təsərrüfatlara baş çəkib.

BAKI, 19 avqust — Sputnik. Zaqatalanın tütün sahələrində məhsul yığımına başlanıb. Tütünçü fermerlər yığdıqları məhsulu qəbul məntəqələrinə təhvil verirlər.

Sputnik Azərbaycan xəbər verir ki, kənd təsərrüfatı naziri İnam Kərimov Zaqatalada məhsul yığımının gedişini izləyib, tədarük məntəqələrində məhsulun qəbul prosesi ilə tanış olub. Bildirilib ki, bu il rayonda 588,7 hektar sahədə tütün əkilib. Ötən il rayon üzrə orta məhsuldarlıq 11,7 sentner təşkil edib. Bu il məhsuldarlığın daha çox olacağı gözlənilir.

Tütünçülüyün inkişafına dövlət dəstəyi mexanizmləri, fermerlərin davamlı şəkildə təlimlərə cəlb olunması, tütün şitilçiliyinin təşkili, tütünçülükdə dəyər zəncirinin formalaşdırılması, keyfiyyətli məhsul istehsalı və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

© AR Ministry of Agriculture
Zaqatalada məhsul yığımı

Yaxın zamanlarda rayonun fındıq bağlarında kütləvi yığıma start veriləcək. Yazlıq fındıq sortlarının yığımı isə davam edir. Zaqatala fındıq zavodunda keçirilən görüşdə bildirilib ki, rayonda 20183,4 hektar fındıq bağı mövcuddur, bunlardan 13183 hektarı bar verən yaşda olan bağlardır. Məhsulun erkən yığımı fındığın keyfiyyətinə mənfi təsir edir. Eyni zamanda, erkən yığım ağacların strukturunu zədələyir, nəticədə növbəti illərdə bağlarda orta məhsuldarlıq aşağı düşür. Bu səbəbdən Kənd Təsərrüfatı Nazirliyi yerlərdə fındığın erkən yığımının mənfi təsirləri ilə bağlı fermerlər arasında davamlı maarifləndirmə işləri aparır. Görülən işlər nəticəsində fındıqçılıq rayonlarında erkən yığım faizi kifayət qədər azalıb.

© AR Ministry of Agriculture
Fermer

Nazirliyin nümayəndə heyəti Zaqatalada arıçı fermer Mövləddin Qurbanəliyevin arıçılıq təsərrüfatı ilə tanış olub. Qafqazda ilk dəfə olaraq Zaqatala rayonu ərazisində dağlıq zonada damazlıq arı ailələri üçün təcrid zonası yaradılıb. Təcrid zonasında hazırda yüzədək arı ailəsi saxlanır, zonada əldə olunan məhsuldarlıq 30 kiloqramın üzərindədir. Təsərrüfatda arılara qulluq sırf orqanik istehsalın tələblərinə uyğun aparılır.

Zaqatala yaş barama istehsalının həcminə görə respublikada ilk yerlərdən birini tutur. 2021-ci ildə zaqatalalı kümdarlar 43,4 ton yaş barama istehsal edərək qəbul məntəqələrinə təhvil veriblər. Ötən il Zaqatalada müasir standartlara cavab verən baramaqurutma müəssisəsi inşa olunub, bu il həmin məntəqədə ilk dəfə məhsul tədarükü həyata keçirilib.

Daha sonra nazirliyin nümayəndə heyəti Balakən rayonunda intensiv bağlara, Balakən yem istehsalı fabrikinə, Qullar kəndində yerləşən fındıq tingçiliyi təsərrüfatına və fındıq bağlarına baş çəkib. Fermerlərlə keçirilən görüşlərdə intensiv meyvə bağlarının sahəsinin ildən-ilə artmasının ölkənin kənd təsərrüfatı məhsullarının ixracı potensialının genişlənməsinə müsbət təsir göstərdiyi vurğulanıb. Hazırda Balakəndə 220 hektar sahədə intensiv meyvə bağı var. Rayonda həm də fındıqçılıq geniş inkişaf etməkdədir. Rayonda mövcud olan 10544 hektar fındıq bağının 5571 hektarı bar verən yaşdadır. Sentyabrın əvvəllərində rayonda kütləvi fındıq yığımına başlanacaq.

Zaqatala və Balakəndə keçirilən görüşlərdə qaldırılan məsələlər və təkliflər qeydə alınıb, müraciətlərin icrası üçün tapşırıqlar verilib.

17
Londona mənzərə, arxiv şəkli

Pandemiyanın gözlənilməz nəticələri - dünyada mənzil bazarında kəskin böhran

3
Kanadada əcnəbilərə mənzil satışının müvəqqəti olaraq qadağan edilməsi təklifi irəli sürülüb. Çində qiymətləri aşağı salmaq üçün tikinti sahəsində məhdudiyyətlərin tətbiqi fəal müzakirə olunub.

BAKI, 20 sentyabr — Sputnik. Koronavirus pandemiyası mənzil bazarında kəskin ümumdünya böhranına səbəb olub. Bu barədə "Bloomberg" agentliyi məlumat verib.

Müəllif Alan Kroufordun sözlərinə görə, problemlər təkcə alqı-satqı sahəsinə deyil, həm də ev və mənzillərin icarəsinə də təsir edib.

"Biz bir çox insanların xərclərini ödəyə bilmədiyi üçün evlərini tərk etmək məcburiyyətində qaldıqlarını görürük. Bu, Berlin, London, Paris və Romaya təsir edib", – deyə Almaniya paytaxtının burqomistri Mixail Müller məqalədə bildirib.

Krouford qeyd edib ki, yaranmış vəziyyət pandemiya öncəsi müəyyən edilmiş aşağı faiz dərəcələrinin və COVID-19 nəticəsində baş verən dəyişikliklərin birləşməsinin nəticəsidir. Belə ki, yeni mənzillərin tikinti tempi aşağı düşüb, ailələr daha az xərcləməyə başlayıb və evlərinin satışa çıxarılması dayandırılıb.

Jurnalistin fikrincə, hökumətlər problemin optimal həllini tapa bilməyiblər və hakimiyyət əhali arasında gərginliyin dərəcəsini azaltmaq üçün müvafiq tədbirlərin görülməsini təklif edib. Belə ki, Kanadada əcnəbilərə mənzil satışının müvəqqəti olaraq qadağan edilməsi təklifi irəli sürülüb. Çində qiymətləri aşağı salmaq üçün tikinti sahəsində məhdudiyyətlərin tətbiqi fəal müzakirə olunub.

Həmçinin Krouford bazarda vəziyyətin 2008-2009-cu illərdəki maliyyə böhranından əvvəlki aylara çox bənzədiyini də əlavə edib. Bir çox ölkələrdə daşınmaz əmlak bazarında "köpük" təhlükəsi ortaya çıxıb.

Həmçinin oxuyun:

Kirayə mənzillər - sentyabrda vəziyyət necə olacaq?

3
Teqlər:
mənzil, pandemiya
Edvgerial saytının istifadəçisi

İndiyədək vətəndaşlara qədər ƏDV geri qaytarılıb?

7
Ödənilmiş ƏDV-nin qaytarılması üçün yaradılmış xüsusi portalda  1,5 milyona yaxın istifadəçi qeydiyyatdan keçib.

BAKI, 20 sentyabr — Sputnik. Azərbaycanda pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin geri qaytarılması prosesi 2020-ci ilin may ayından etibarən uğurla tətbiq edilir. Həmin tarixdən bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün yaradılmış xüsusi portalda (www.edvgerial.az) 1,5 milyona yaxın istifadəçi qeydiyyatdan keçib, sentyabrın 1-dək iki müvəkkil bank xətti ilə ümumilikdə 296.851.431 çek üzrə 119 milyon 660 min 913,04 manat həcmində ƏDV məbləği geri qaytarılıb.

Dövlət Vergi Xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, 2020-ci ilin may ayından indiyədək portala çek əlavə edən müştərilərin sayında sürətli artım dinamikası müşahidə edilir. Bu da "ƏDV geri al" layihəsinə olan kütləvi marağın göstəricisidir.

Xatırladaq ki, istehlakçıların sistemə daxil etdiyi nəzarət-kassa aparatı (NKA) çekləri barədə məlumatların Dövlət Vergi Xidmətinin informasiya bazasındakı məlumatlarla uyğunluğu yoxlanılır və çekin təsdiqləndiyi dərhal istehlakçının elektron kabinetində əks olunur. Alınmış mallara görə ödənilmiş ƏDV istehlakçının portala müraciətinin daxil edildiyi tarixdən 30 gün müddətində müvəkkil bank tərəfindən qaytarılır. Bu müddət ərzində fiziki şəxs olan istehlakçılara pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə (neft və qaz məhsulları istisna olmaqla) nağdsız qaydada ödədikləri ƏDV-nin 15 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizi qaytarılır.

Qaydalara əsasən, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı bir neçə məqama diqqət yetirilməlidir. İlk növbədə istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. İkincisi, satıcı və ya xidmət göstərən tərəfin ƏDV ödəyicisi olması mütləqdir. Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb edilməlidir. Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür.

Bununla belə, elektron sistemə daxil edilən çeklər üzrə bir sıra hallarda ƏDV-nin geri qaytarılmasından imtina halları da müşahidə edilir. Vergi Məcəlləsində nəzarət-kassa aparatının çeklərindəki məlumatlarla bağlı konkret tələblər mövcuddur. Yəni fiskal çeklərdə məhsulun adının qeyd edilməməsi, çeklərin ümumi tələblərə uyğun olmaması (malın və ya xidmətin adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin məbləği); nəzarət-kassa aparatının markası və zavod nömrəsi; nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti); malın sürətli məlumat kodu (Quick Response Code) və s.) ƏDV-nin geri alınması üçün imtinaya səbəb ola bilər.

Araşdırmalar göstərir ki, 2 min manatdan aşağı olan çeklər üzrə imtina hallarına səbəblər, əsasən, satıcının ƏDV ödəyicisi olmaması, alıcılar tərəfindən alınmış malların geri qaytarılması və ya çekin tərtib edildiyi vaxtdan 90 gün keçdikdən sonra sistemə daxil edilməsidir. Həmçinin, təcrübədə dəyəri 2 min manatdan yuxarı olan çeklər üzrə də müraciətlərin öz təsdiqini tapmaması hallarına rast gəlmək mümkündür. Buna səbəb məlumatların kassa çeklərində əks etdirilməli olan məlumatlarla uyğun gəlməməsi, malın adının "Sərbəst satış", "Satış", "Məhsulun adı" və s. bu kimi ümumi sözlər, bir hərf, rəqəm və ya yalnız rəqəmlərlə qeyd edilməsi, o cümlədən digər kod və rekvizitlərin tam şəkildə əks olunmamasıdır.

Bundan başqa, ƏDV-nin qaytarılması üçün NKA çekinin fiskal İD-sinin www.edvgerial.az portalına daxil edilməsi zamanı yeni nəsil NKA-nın quraşdırıldığı obyektin fəaliyyətinin pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyətinə uyğun olmadığı hallarda da müraciət sistem tərəfindən qəbul edilmir.

Qeyd edək ki, "Kapital Bank"ın "BirBank" və ya Azərbaycan Beynəlxalq Bankının "Iba mobile" tətbiqlərinə malik olan və onu müvafiq qaydada yükləyən bütün istifadəçilər bu tətbiqlər vasitəsilə də çekin üzərində olan QR kodu (çekin sonunda yerləşdirilmiş sürətli məlumat kodu) oxudaraq alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsini daha rahatlıqla geri ala bilərlər.

Həmçinin oxuyun:

ƏDV ilə bağlı manipulyasiyalar: Pulumuzu kəsənlərlə necə mübarizə aparmalı

7
Teqlər:
ƏDV, vergi
Stefan Kuntz, arxiv şəkli

Türkiyə milli futbol komandasının yeni baş məşqçisi məlum oldu

0
(Yenilənib 22:54 20.09.2021)
Stefan Kuntz Almaniyanın 21 yaşdan aşağı futbolçulardan ibarət milli komandasının baş məşqçisi olub və 1995-1996-cı illərdə Beşiktaş komandasının tərkibində çıxış edib.

BAKI, 20 sentyabr — Sputnik. Türkiyə milli komandasına yeni baş məşqçi təyin olunub. Sputnik Azərbaycan-ın NTV kanalına istinadla verdiyi xəbərə görə, Türkiyə Futbol Fedarasiyası bu məqsədlə alman mənşəli keçmiş futbolçu Stefan Kuntzla razılıq əldə edib.

Federasiyadan verilən açıqlamada "Türkiyə Futbol Fedarasiyası İdarəetmə Heyəti milli komandanın baş məşqçisi vəzifəsi üçün Stefan Kuntzla razılıq əldə edib", – deyə bildirilir.

Yeni baş məqşçi ilə imza mərasimi sabah baş tutacaq.

Qeyd edək ki, Stefan Kuntz Almaniyanın 21 yaşdan aşağı futbolçulardan ibarət milli komandasının baş məşqçisi idi. 1995-1996-cı illərdə isə Beşiktaş komandasının tərkibində çıxış etmişdi.

Xatırladaq ki, Türkiyə Futbol Federasiyası bu günlərdə milli komandanın baş məşqçisi Şenol Günəşlə yollarını ayırıb. Buna səbəb Türkiyə millisinin 2022-ci il Dünya Çempionatının Avropa seçmə oyunları çərçivəsində  G qrupunda Hollandiyaya 6:1 hesabı ilə uduzması olub.

Həmçinin oxuyun:

Şenol Günəş istefaya göndərildi

0
Teqlər:
futbol, Türkiyə, milli