Konteyner, arxiv şəkli

Azərbaycanın təbii qaz ixracı artıb

10
(Yenilənib 20:34 19.08.2021)
Ölkə daxilində istehlak edilən təbii qazın 62,2 faizi istehsal ehtiyaclarına sərf edilib, 37,8 faizi isə əhaliyə satılıb. 2021-ci ilin yanvar-iyun aylarında 8992,2 milyon kub metr və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 35,1 faiz çox təbii qaz ixrac edilib

BAKI, 19 avqust — Sputnik. Cari ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla 2021-ci ilin yanvar-iyun aylarında ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 17409,9 milyon kub metr təşkil edib. Ehtiyatların 86,1 faizi hasilatın, 13,9 faizi qalığın hesabına formalaşıb. Sputnik Azərbaycan-ın Dövlət Statistika Komitəsinə istinadən xəbərinə görə, təbii qazın 35,8 faizi istehlak, 51,7 faizi ixrac olunub, 2,8 faizi itkiyə getmiş, 9,7 faizi isə iyul ayının əvvəlinə ehtiyat kimi qalıb.

Ölkə daxilində istehlak edilən təbii qazın 62,2 faizi istehsal ehtiyaclarına sərf edilib, 37,8 faizi isə əhaliyə satılıb. 2021-ci ilin yanvar-iyun aylarında 8992,2 milyon kub metr və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 35,1 faiz çox təbii qaz ixrac edilib.

Əhali tərəfindən 2360,3 milyon kub metr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,7 faiz çox təbii qaz istehlak edilib, onun 37,2 faizi Bakı şəhərinin, 3,5 faizi Naxçıvan Muxtar Respublikasının, 10,7 faizi Abşeron-Xızı, 6,1 faizi Mərkəzi Aran, 6,0 faizi Gəncə-Daşkəsən, 6,0 faizi Lənkəran-Astara, 5,9 faizi Qazax-Tovuz, 5,0 faizi Şəki-Zaqatala, 4,9 faizi Quba-Xaçmaz, 4,6 faizi Qarabağ, 3,9 faizi Mil-Muğan, 3,8 faizi Şirvan-Salyan, 2,4 faizi isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.

Həmçinin oxuyun:

10
Teqlər:
qaz, təbii qaz
Londona mənzərə, arxiv şəkli

Pandemiyanın gözlənilməz nəticələri - dünyada mənzil bazarında kəskin böhran

3
Kanadada əcnəbilərə mənzil satışının müvəqqəti olaraq qadağan edilməsi təklifi irəli sürülüb. Çində qiymətləri aşağı salmaq üçün tikinti sahəsində məhdudiyyətlərin tətbiqi fəal müzakirə olunub.

BAKI, 20 sentyabr — Sputnik. Koronavirus pandemiyası mənzil bazarında kəskin ümumdünya böhranına səbəb olub. Bu barədə "Bloomberg" agentliyi məlumat verib.

Müəllif Alan Kroufordun sözlərinə görə, problemlər təkcə alqı-satqı sahəsinə deyil, həm də ev və mənzillərin icarəsinə də təsir edib.

"Biz bir çox insanların xərclərini ödəyə bilmədiyi üçün evlərini tərk etmək məcburiyyətində qaldıqlarını görürük. Bu, Berlin, London, Paris və Romaya təsir edib", – deyə Almaniya paytaxtının burqomistri Mixail Müller məqalədə bildirib.

Krouford qeyd edib ki, yaranmış vəziyyət pandemiya öncəsi müəyyən edilmiş aşağı faiz dərəcələrinin və COVID-19 nəticəsində baş verən dəyişikliklərin birləşməsinin nəticəsidir. Belə ki, yeni mənzillərin tikinti tempi aşağı düşüb, ailələr daha az xərcləməyə başlayıb və evlərinin satışa çıxarılması dayandırılıb.

Jurnalistin fikrincə, hökumətlər problemin optimal həllini tapa bilməyiblər və hakimiyyət əhali arasında gərginliyin dərəcəsini azaltmaq üçün müvafiq tədbirlərin görülməsini təklif edib. Belə ki, Kanadada əcnəbilərə mənzil satışının müvəqqəti olaraq qadağan edilməsi təklifi irəli sürülüb. Çində qiymətləri aşağı salmaq üçün tikinti sahəsində məhdudiyyətlərin tətbiqi fəal müzakirə olunub.

Həmçinin Krouford bazarda vəziyyətin 2008-2009-cu illərdəki maliyyə böhranından əvvəlki aylara çox bənzədiyini də əlavə edib. Bir çox ölkələrdə daşınmaz əmlak bazarında "köpük" təhlükəsi ortaya çıxıb.

Həmçinin oxuyun:

Kirayə mənzillər - sentyabrda vəziyyət necə olacaq?

3
Teqlər:
mənzil, pandemiya
Edvgerial saytının istifadəçisi

İndiyədək vətəndaşlara qədər ƏDV geri qaytarılıb?

5
Ödənilmiş ƏDV-nin qaytarılması üçün yaradılmış xüsusi portalda  1,5 milyona yaxın istifadəçi qeydiyyatdan keçib.

BAKI, 20 sentyabr — Sputnik. Azərbaycanda pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin geri qaytarılması prosesi 2020-ci ilin may ayından etibarən uğurla tətbiq edilir. Həmin tarixdən bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün yaradılmış xüsusi portalda (www.edvgerial.az) 1,5 milyona yaxın istifadəçi qeydiyyatdan keçib, sentyabrın 1-dək iki müvəkkil bank xətti ilə ümumilikdə 296.851.431 çek üzrə 119 milyon 660 min 913,04 manat həcmində ƏDV məbləği geri qaytarılıb.

Dövlət Vergi Xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, 2020-ci ilin may ayından indiyədək portala çek əlavə edən müştərilərin sayında sürətli artım dinamikası müşahidə edilir. Bu da "ƏDV geri al" layihəsinə olan kütləvi marağın göstəricisidir.

Xatırladaq ki, istehlakçıların sistemə daxil etdiyi nəzarət-kassa aparatı (NKA) çekləri barədə məlumatların Dövlət Vergi Xidmətinin informasiya bazasındakı məlumatlarla uyğunluğu yoxlanılır və çekin təsdiqləndiyi dərhal istehlakçının elektron kabinetində əks olunur. Alınmış mallara görə ödənilmiş ƏDV istehlakçının portala müraciətinin daxil edildiyi tarixdən 30 gün müddətində müvəkkil bank tərəfindən qaytarılır. Bu müddət ərzində fiziki şəxs olan istehlakçılara pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə (neft və qaz məhsulları istisna olmaqla) nağdsız qaydada ödədikləri ƏDV-nin 15 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizi qaytarılır.

Qaydalara əsasən, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı bir neçə məqama diqqət yetirilməlidir. İlk növbədə istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. İkincisi, satıcı və ya xidmət göstərən tərəfin ƏDV ödəyicisi olması mütləqdir. Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb edilməlidir. Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür.

Bununla belə, elektron sistemə daxil edilən çeklər üzrə bir sıra hallarda ƏDV-nin geri qaytarılmasından imtina halları da müşahidə edilir. Vergi Məcəlləsində nəzarət-kassa aparatının çeklərindəki məlumatlarla bağlı konkret tələblər mövcuddur. Yəni fiskal çeklərdə məhsulun adının qeyd edilməməsi, çeklərin ümumi tələblərə uyğun olmaması (malın və ya xidmətin adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin məbləği); nəzarət-kassa aparatının markası və zavod nömrəsi; nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti); malın sürətli məlumat kodu (Quick Response Code) və s.) ƏDV-nin geri alınması üçün imtinaya səbəb ola bilər.

Araşdırmalar göstərir ki, 2 min manatdan aşağı olan çeklər üzrə imtina hallarına səbəblər, əsasən, satıcının ƏDV ödəyicisi olmaması, alıcılar tərəfindən alınmış malların geri qaytarılması və ya çekin tərtib edildiyi vaxtdan 90 gün keçdikdən sonra sistemə daxil edilməsidir. Həmçinin, təcrübədə dəyəri 2 min manatdan yuxarı olan çeklər üzrə də müraciətlərin öz təsdiqini tapmaması hallarına rast gəlmək mümkündür. Buna səbəb məlumatların kassa çeklərində əks etdirilməli olan məlumatlarla uyğun gəlməməsi, malın adının "Sərbəst satış", "Satış", "Məhsulun adı" və s. bu kimi ümumi sözlər, bir hərf, rəqəm və ya yalnız rəqəmlərlə qeyd edilməsi, o cümlədən digər kod və rekvizitlərin tam şəkildə əks olunmamasıdır.

Bundan başqa, ƏDV-nin qaytarılması üçün NKA çekinin fiskal İD-sinin www.edvgerial.az portalına daxil edilməsi zamanı yeni nəsil NKA-nın quraşdırıldığı obyektin fəaliyyətinin pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyətinə uyğun olmadığı hallarda da müraciət sistem tərəfindən qəbul edilmir.

Qeyd edək ki, "Kapital Bank"ın "BirBank" və ya Azərbaycan Beynəlxalq Bankının "Iba mobile" tətbiqlərinə malik olan və onu müvafiq qaydada yükləyən bütün istifadəçilər bu tətbiqlər vasitəsilə də çekin üzərində olan QR kodu (çekin sonunda yerləşdirilmiş sürətli məlumat kodu) oxudaraq alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsini daha rahatlıqla geri ala bilərlər.

Həmçinin oxuyun:

ƏDV ilə bağlı manipulyasiyalar: Pulumuzu kəsənlərlə necə mübarizə aparmalı

5
Teqlər:
ƏDV, vergi
Stefan Kuntz, arxiv şəkli

Türkiyə milli futbol komandasının yeni baş məşqçisi məlum oldu

0
(Yenilənib 22:54 20.09.2021)
Stefan Kuntz Almaniyanın 21 yaşdan aşağı futbolçulardan ibarət milli komandasının baş məşqçisi olub və 1995-1996-cı illərdə Beşiktaş komandasının tərkibində çıxış edib.

BAKI, 20 sentyabr — Sputnik. Türkiyə milli komandasına yeni baş məşqçi təyin olunub. Sputnik Azərbaycan-ın NTV kanalına istinadla verdiyi xəbərə görə, Türkiyə Futbol Fedarasiyası bu məqsədlə alman mənşəli keçmiş futbolçu Stefan Kuntzla razılıq əldə edib.

Federasiyadan verilən açıqlamada "Türkiyə Futbol Fedarasiyası İdarəetmə Heyəti milli komandanın baş məşqçisi vəzifəsi üçün Stefan Kuntzla razılıq əldə edib", – deyə bildirilir.

Yeni baş məqşçi ilə imza mərasimi sabah baş tutacaq.

Qeyd edək ki, Stefan Kuntz Almaniyanın 21 yaşdan aşağı futbolçulardan ibarət milli komandasının baş məşqçisi idi. 1995-1996-cı illərdə isə Beşiktaş komandasının tərkibində çıxış etmişdi.

Xatırladaq ki, Türkiyə Futbol Federasiyası bu günlərdə milli komandanın baş məşqçisi Şenol Günəşlə yollarını ayırıb. Buna səbəb Türkiyə millisinin 2022-ci il Dünya Çempionatının Avropa seçmə oyunları çərçivəsində  G qrupunda Hollandiyaya 6:1 hesabı ilə uduzması olub.

Həmçinin oxuyun:

Şenol Günəş istefaya göndərildi

0
Teqlər:
futbol, Türkiyə, milli