Bakıda bal yarmarkası, arxiv şəkli

Kiloqramı yüz əlli dollara bal: belə imkan varkən niyə yerli bazara çalışırıq?

131
(Yenilənib 01:06 19.08.2021)
,
Azərbaycana bal idxalını, istehsaldakı vəziyyəti, perspektivləri Sputnik Azərbaycan araşdırıb. 2021-ci il yanvar ayının 1-nə ölkəmizdə arı ailələrinin sayı 596 min 700-ə çatıb. Bal idxalı artıb.

BAKI, 20 avqust — Sputnik. Azərbaycan Rusiyanın bal ixrac etdiyi ölkələrin siyahısında doqquzuncu yerdədir. Rusiyadan bal ixrac olunan ölkələrin sayı 17-dən 31-ə çatıb. Bu ilin yanvar-may ayları ərzində Azərbaycan Rusiyadan bal idxalını 5,32 dəfə artıraraq 23 tona çatdırıb. Bu barədə RİA Novosti-yə Rusiya Kənd Təsərrüfatı Bankından ("Rosselxozbank" ) məlumat verilib.

Bəs hazırda Azərbaycanda bal istehsalında vəziyyət necədir, idxal-ixrac statistikası nə göstərir? Ölkəmizdə bu sahənin perspektivləri varmı? 

İşğaldan azad edilmiş ərazilərdə gələcəkdə 300 min arı ailəsinin saxlanması mümkündür

Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanda arı artımı sürətlə gedir. Təxminən 5 il əvvəl ölkədə 250 min arı ailəsi var idi, bu gün isə 500 mini keçib. Bizdə ölkəni balla təmin edəcək qədər məhsul istehsal olunur. Bizim təxminən 5 min ton illik bal tələbatımız var. Bu il hələ ki, bal süzümü davam edir, artıq 6 min ton bal süzmüşük. Bu il məhsuldar ildir. İşğaldan azad edilmiş ərazilərdə gələcəkdə 300 min arı ailəsinin saxlanması mümkündür. Ötən il balın orta bazar qiyməti 25 manat idi, amma bu il 20 manata enib. Bolluq olanda məhsul ucuzlaşacaq. İstehsal artdıqca qiymət də aşağı düşəcək. Bu il 1 kiloqram bal bizə 7-8 manata başa gəlir, ötən il 10 manat idi. Azərbaycanın arıçılıq sahəsinin potensialı böyükdür.

Rusiyadan gətirilən bal daha ucuz başa gəlir

Bədrəddin Həsənovun sözlərinə görə, Rusiyada böyük əkin sahələri var və o sahələrdə kütləvi bal istehsal olunur. Amma bu balın keyfiyyəti bizim təbiətdən yığılan balın keyfiyyətinə çatmır. Rusiyadan gətirilən bal daha ucuz başa gəlir. Bir çox ölkələrdə daxili bazarı qorumaq üçün idxal balın gətirilməsinə müəyyən məhdudiyyət qoyulur. Məsələn, Türkiyədə balın idxal rüsumu yüksəkdir. İsrail bal idxalını qadağan edib. Biz də bunu tətbiq etməliyik ki, daxili bazarı qoruyaq. Gələcəkdə bizim bazarı xarici ballar tutsa, onlarla rəqabət apara bilməyəcəyik. Biz yerli bazarı qorumaq üçün balın idxal rüsumunu artırmalıyıq və yaxud digər alətlərdən də istifadə edilə bilər. Aidiyyəti qurumlar isə bizə deyirlər ki, rəqabət aparmaq lazımdır.

"Azərbaycanda bal vəhşi təbiətin balıdır. Məsələn, ərəb ölkələrinin bazarında bizim bal kimi ballar 140-150 dollardan başlayır. Amma Rusiya, Ukrayna balını 20 dollara da satırlar. Biz hələ ki, məhsulumuzu xaricdə tanıda bilmirik. Az miqdarda ərəb ölkələrinə, Yaponiyaya ixrac edirik", - deyə o əlavə edib.

İlin əvvəlində ölkədə arı ailələrinin sayı yarım milyondan çox olub

Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Eldar Həsənov isə Sputnik Azərbaycan-a deyib ki, "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" Azərbaycan Prezidentinin 2019-cu il 27 iyun tarixli fərmanına əsasən, hər bir arı ailəsinə görə subsidiya məbləği müəyyən edilib və bu subsidiya hər il aparılmış monitorinqlərə uyğun olaraq arıçılıqla məşğul olan fermerlərə verilir. Subsidiya mexanizmi tətbiq edildikdən sonra ölkədəki bütün arı ailələrinin (pətəklərin) identikləşdirilməsi və elektron məlumat bazasının yaradılması həyata keçirilib. Bunun təsiri nəticəsində 2021-ci il yanvar ayının 1-nə ölkəmizdə arı ailələrinin sayı 596 min 700-ə çatıb. Orta məhsuldarlıq təxminən 10-12 kiloqram təşkil edir.

Kəlbəcər və Laçın balı daha keyfiyyətlidir

E.Həsənov vurğulayıb ki, bu il pilot layihə çərçivəsində işğaldan azad edilmiş Kəlbəcər və Laçın yaylaqlarına ümumilikdə 4068 arı ailəsinin köçürülməsi təmin edilib. Orta məhsuldarlıq 30-40 kiloqramdır. Pilot layihənin məqsədi ilkin mərhələdə işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Laçın rayonunda yaylaqlardan istifadə imkanlarını dəyərləndirmək, riskləri müəyyənləşdirmək, buna uyğun olaraq növbəti illərdə daha çox sayda təsərrüfatın bu yaylaqlara köçünü təmin etməkdir.

"Əgər Rusiyadan Azərbaycana bal idxalı artıbsa, bu, müvəqqəti xarakter daşıyır. İşğaldan azad edilmiş ərazilərdə arıçılığın inkişafı üçün böyük potensial mövcuddur. Növbəti illərdə yerli bal istehsalını artıracağıq", - deyə o qeyd edib.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadənin də sözlərinə görə, istehsal olunan balın bol məhsuldarlığı və ən yaxşı keyfiyyəti azad edilmiş ərazilərdə, xüsusən də Kəlbəcər və Laçında müşahidə olunur.

“Təsəvvür edin ki, Azərbaycan üzrə orta göstərici bir arı şanından alınan bal 16 kiloqram olduğu halda, Kəlbəcərə daşınan arı pətəkləri hər biri 30-35 kiloqram bal verir. Bundan əlavə, floranın müxtəlifliyi ilə orada istehsal olunan balın keyfiyyəti daha yaxşıdır”, - deyə Fikrətzadə Sputnik Azərbaycan-a bildirib.

Azərbaycan balının xarici bazarlara daha çox çıxarılması üçün marketinq işləri artırılmalıdır

Eldar Həsənovun sözlərinə görə, Azərbaycan balının xarici bazarlara daha çox çıxarılması üçün marketinq işləri artırılmalıdır və bu istiqamətdə işlər görülür: "Bizim bal keyfiyyətli baldır. Yerli balın qorunması üçün balın idxal rüsumunun qaldırılmasına ehtiyac yoxdur, alıcı balın keyfiyyətinə baxır. Gələcəkdə Azərbaycanda istehsal olunan ekeoloji təmiz kənd təsərrüfatı məhsullarının, xüsusən də balın Avropa bazarlarına çıxarılması üçün hazırda danışıqlar aparılır. Bundan başqa, nazirlik yerli arı cinslərinin genofondunu qorumaq məqsədilə iki təsərrüfatı damazlıq dövlət reyestrinə salıb".

Firdovsi Fikrətzadənin fikrincə isə daxili bazar daha sərfəlidir: "Azərbaycan ilk növbədə daxili bazar üçün kifayət qədər bal istehsal etməlidir. Bundan əlavə, dünya bazarında balın qiyməti Azərbaycan qiymətlərindən aşağı olduğu halda, ölkədə istehsal olunan bal daxili bazarda kifayət qədər yaxşı qiymətə satılır”.

Onun sözlərinə görə, dünya bazarlarında balın ixrac qiyməti kiloqramı 3-4 dollar təşkil edir. Məsələn, Avropa ölkələrində ən bahalı bal növü kiloqramı 5-10 dollara başa gəlir. Ekspert qeyd edib ki, daxili bazarda tələbatın yüksək olması səbəbindən azərbaycanlı istehsalçılara yerli bazarda bal satmaq daha sərfəlidir.

Yeddi ayda ölkəyə 78.7 ton təbii bal idxal edilib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin Analitika Departamentinin müdiri Səadət Hacıyeva Sputnik Azərbaycan-a deyib ki, 2021-ci ilin yanvar-iyul aylarında ölkəyə 78.7 ton və ya 401.0 min ABŞ dollar dəyərində təbii bal idxal edilib (ötən ilin eyni dövründə 54.6 ton və ya 200.6 min ABŞ dolları). İdxal edilən balın 26.4 tonu Rusiyadan (2020-ci ilin 7 ayında 4.38 ton), 23.7 tonu İrandan (2020-ci ilin 7 ayında 28.7 ton), 21.9 tonu Türkiyədən (2020-ci ilin 7 ayında 17.6 ton) gətirilib. Ölkədən bal ixracı isə cüzi həcmdə olmaqla 2020-ci ildə 0.29 ton və ya 5.61 min ABŞ dolları, 2021-ci ilin ilk 7 ayında isə 0.10 ton və ya 2.13 min ABŞ dolları təşkil edib.

"2020-ci ildə ölkədə bal istehsalı 6647.2 ton olub. Bal ilə özünütəminetmə səviyyəsi isə 98.2 faiz təşkil edib", - deyə Səadət Hacıyeva əlavə edib.

Balın 1 kiloqramının orta satış qiyməti 24,9 manat olub

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə 32 min 340 təsərrüfatda mövcud olan 596,7 min arı ailəsindən 6647,2 ton bal, 157,6 ton mum, 14,6 ton vərəmum, 14,7 ton güləm və 366,1 kq arı südü əldə olunub. Balın 1 kiloqramının orta satış qiyməti 24,9 manat, mumun - 12,7 manat, vərəmumun - 131,6 manat, güləmin - 127,2 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 5,0 manat olub.

"Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında" Azərbaycan Prezidentinin 2018-ci il 5 mart tarixli sərəncamına əsasən arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat subsidiya müəyyən edilib. Bu da ölkədə arıçılığın inkişafına öz müsbət təsirini göstərməklə yanaşı kənd yerlərində məşğulluğun təmin edilməsi və əhalinin gəlirlərinin artımı baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, 2017-ci illə müqayisədə 2020-ci ildə arı ailələrinin sayı 325,0 min, bal istehsalı isə 3604,1 ton artıb. Ümumiyyətlə, "Arıçılıq haqqında" qanunun qəbul edildiyi dövrdən sonrakı 12 ildə bal istehsalı 4,7 dəfə, arı ailələrinin sayı 4,2 dəfə artıb, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 11,1-dən 18,5-dək yüksəlib.

Eləcə də oxuyun:

131
Teqlər:
bal, idxal, ixrac, Azərbaycan, Kəlbəcər, Laçın, işğaldan azad edilmiş ərazilər
Bakı şəhərinə mənzərə, arxiv şəkli

Sorğuda iştirak etmiş xarici şirkətlər: Azərbaycanda əlverişli biznes mühiti formalaşıb

3
(Yenilənib 17:41 23.09.2021)
Mikayıl Cabbarov pandemiyanın ölkəmizdə iqtisadiyyata təsirinin müəyyənləşdirilməsi, təhlil edilməsində, həmçinin mənfi təsirlərin minimuma endirilməsi istiqamətində həyata keçirilən islahatların qiymətləndirilməsində faydalı platforma olduğunu deyib.

BAKI, 23 sentyabr — Sputnik. Sentyabrın 23-də Alman-Azərbaycan Xarici Ticarət Palatasının təşkilatçılığı ilə cari iqtisadi vəziyyət və biznesin inkişaf perspektivləri, ölkədə investisiya mühiti və həyat keçirilən iqtisadi islahatların səmərəliliyi haqqında "Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2021" hesabatının təqdimatı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov pandemiyanın ölkəmizdə iqtisadiyyata təsirinin müəyyənləşdirilməsi, təhlil edilməsində, həmçinin mənfi təsirlərin minimuma endirilməsi istiqamətində həyata keçirilən islahatların qiymətləndirilməsində faydalı platforma olduğunu deyib.

Nazir ölkədə biznes mühitinin yaxşılaşdırılması, işğaldan azad edilmiş ərazilərimizdə yeni investisiya imkanları, qeyri-neft sektorunun, regionların və sahibkarlığın inkişafı ilə bağlı görülmüş işlər barədə məlumat verib.

Nazir bildirib ki, "Azərbaycanda Xarici Biznes: Biznes Mühiti sorğusu 2021" hesabatının sorğusunda iştirak etmiş xarici şirkətlərin 68 faizi Azərbaycan iqtisadiyyatının mövcud vəziyyətinin sabit olduğuna inanır, 60 faizi ölkəmizdə əlverişli biznes mühitinin formalaşdığını qeyd edir.

Nazir qeyd edib ki, şirkətlərin 57 faizi fəaliyyətini genişləndirmək və ya yeni investisiya qoymaq niyyətində olduqlarını, 43 faizi məşğul olduqları sahələrdən asılı olaraq işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak edə biləcəklərini, 22 faizi bu layihələrdə iştirakının mümkünlüyünü, 17 faizi isə yüksək maraq göstərdiklərini bildiriblər.

O qeyd edib ki, son 15 ayda 5 mindən çox KOB (Kiçik və Orta Biznes) 1 milyard manat məbləğində kredit üçün müraciət edib. Kommersiya banklarının əsasında onların bir çoxuna 123 milyon manatlıq kreditlər verilib.

Həmçinin oxuyun:

* Qarabağda ofşor və onşor layihələr icra ediləcək - Mikayıl Cabbarov

 

3
İqtisadiyyat naziri Mikayıl Cabbarov

Mikayıl Cabbarov: “İnvestisiyalar üçün hələ böyük potensial mövcuddur”

5
İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, sənaye parklarında idxal-ixrac əməliyyatları üçün stimullaşdırıcı tədbirlər, gömrük və vergi güzəştləri tətbiq ediləcək
Mikayıl Cabbarov: “Xarici şirkətləri həyata keçirilən layihələrdə iştiraka dəvət edirik”

“Gələn il Azərbaycan hökumətinin əsas prioritetləri islahatlar və rəqabətədavamlı mühitin inkişafı olacaq”. Sputnik Azərbaycan “Report”a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Alman-Azərbaycan Xarici Ticarət Palatasının "Azərbaycanda Xarici Biznes: Biznes Mühiti üzrə Sorğu 2021" adlı hesabatının növbəti nəşrinin təqdimatı zamanı bildirib.

“Hazırda ölkədə iqtisadiyyatın müxtəlif sahələrinə investisiyalar üçün hələ də böyük potensial mövcuddur. Xarici şirkətləri müxtəlif layihələrdə, o cümlədən Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən layihələrdə iştiraka dəvət edirik. Qarabağda ixtisaslaşmış iqtisadi zonaların yaradılması gözlənilir. Sənaye parklarında idxal-ixrac əməliyyatları üçün stimullaşdırıcı tədbirlər, gömrük və vergi güzəştləri tətbiq ediləcək ki, bu da öz növbəsində gələcəkdə ölkənin qeyri-neft sektorunun inkişafına öz töhfəsini verəcək. Bu seqmentdə malların ixrac həcmini 2,2 milyard ABŞ dolları səviyyəsinə çatdırmaq planlaşdırılır” – deyə nazir bildirib.

Mikayıl Cabbarovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

5
Lənkəranda magistraturaya qəbul imtahanının ikinci cəhdi, 26 may 2021-ci il

Universitetlərdə dərs saatı 80 dəqiqəyə endirilir