CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vergi və sosial sığorta daxilolmaları artıb - DETALLAR

© Sputnik / Murad OrujovПересчет денег, фото из архива
Пересчет денег, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.08.2021
Abunə olmaq
Dövlət büdcəsinə 5 milyard 273,7 milyon manat vergi daxil olub, proqnoza 126,2 faiz əməl edilib. Vergi daxilolmaları 14,2 faiz artıb.
BAKI, 19 avqust — Sputnik. 2021-ci ilin yanvar-iyul ayları ərzində dövriyyələrin şəffaflaşdırılması istiqamətində aparılan işlər, vergi inzibatçılığının daha da təkmilləşdirilməsi, iqtisadiyyatın ayrı-ayrı sektorlarında müşahidə edilən bərpa templəri vergi və sosial sığorta daxilolmalarının artımına səbəb olub.
Vergi daxilolmaları
2021-ci ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 5 milyard 273,7 milyon manat vergi daxil olub, proqnoza 126,2 faiz əməl edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 14,2 faiz və ya 655,9 milyon manat artıb. Bu barədə Vergi Xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib.
Cari ilin 7 ayında qeyri-neft-qaz sektorundan daxilolmalar 3 milyard 813,2 milyon manat olub, proqnoza 119,7 faiz əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 628,1 milyon manat daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 11,1 faiz və ya 382,2 milyon manat artıb.
Qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə cəmi vergi daxilolmaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,6 faiz artaraq 2 milyard 926,8 milyon manat təşkil edib. Regionlar üzrə daxilolmalar 549,4 milyon manat olmaqla, proqnoz 118,3 faiz icra edilib, ötən illə müqayisədə bu mənbədən daxilolmalar 4,8 faiz artıb.
Ödənilən vergilərin 72,3 faizi qeyri-neft-qaz sektorunun, 27,7 faizi neft-qaz sektorunun payına düşüb.
Sosial sığorta ödəmələri
Sığortaedən və sığortaolunan arasında əmək münasibətlərinin şəffaflaşdırılması, əmək müqavilələrinin bağlanması və bu müqavilələrdə əmək haqlarının real məbləğinin əks etdirilməsi məqsədilə qanunvericilikdə stimulların yaradılması nəticəsində ölkənin əmək bazarında muzdlu işçilərin və bağlanmış əmək müqavilələrinin sayında, həmçinin əməkhaqqı fondunda artım qeydə alınıb. Bu artımın böyük hissəsi özəl sektorun payına düşüb.
2021-ci il avqustun 1-nə qeyri-dövlət sektorunda bağlanmış əmək müqavilələrinin sayı 748.309 təşkil edib ki, bu da əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində islahatların başlandığı 2019-cu ilin əvvəli ilə müqayisədə 208,4 min nəfər çoxdur. Təkcə 2021-ci ilin iyul ayı ərzində qeyri-dövlət bölməsində əmək müqavilələrinin sayında 9.800-dən çox artım qeydə alınıb.
Nəticə etibarilə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmalarda əhəmiyyətli artım müşahidə olunur ki, bu da əmək bazarında şəffaflaşma proseslərinin göstəricisidir və gəlir vergisi üzrə güzəştin tətbiqinin fiskal səmərəsinə dəlalət edir.
2021-cu ilin yanvar-iyul aylarında muzdu işçi sayının və əməkhaqqı fondunun "ağarması" prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaları 2 milyard 218,2 milyon manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4 faiz artıb, daxilolmalar üzrə proqnoz 110,8 faiz və ya 215,7 milyon manat artıq icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 faiz artaraq 1 milyard 386 milyon manat təşkil edib, proqnoz 113,8 faiz icra olunub.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz artaraq 76,4 milyon manat olub, proqnoz 110,5 faiz icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 16,0 faiz artaraq 55,3 milyon manat təşkil edib, daxilolmalar üzrə proqnoz 111,9 faiz icra olunub.
Qeydiyyata alınmış vergi ödəyiciləri
Cari il avqustun 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 4,4 faiz artaraq 643.504 təşkil edib. Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 10,6 faiz artıb və 32.233-ə çatıb. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 6,2 faiz artaraq 177.385-ə çatıb.
Onlayn nəzarət-kassa aparatlarının tətbiqi
Dövlət Vergi Xidməti tərəfindən Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 42.964 ədəd yeni nəsil NKA quraşdırılıb.
Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2021-ci ilin yanvar-iyul aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 8,26 mlrd. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.
Həmçinin oxuyun:
Azərbaycanın qeyri-neft ixracatında rekord artım
Xəbər lenti
0