Yanacaqdoldurma məntəqəsində BP şirkətinin loqosu, arxiv şəkli

Xəzərdə "Rəqəmsal əkiz" layihəsinin icrasına başlanıb

13
BP bu ilin sonunadək Azəri-Çıraq-Günəşli yatağındakı bütün dəniz qurğularının 3D vizuallaşdırmasını həyata keçirməyi planlaşdırır.

BAKI, 18 avqust — Sputnik. Bu yaxınlarda BP şirkəti Şərqi Azəri və Qərbi Çıraq platformalarında üçölçülü (3D) vizuallaşdırma texnologiyasının tətbiqinə başlayıb. Bununla şirkət regionda əməliyyatçısı olduğu bütün obyektlərin rəqəmsal modelləşdirilməsinin birinci mərhələsinə start verib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "BP Azerbaijan" məlumat yayıb.

Bildirilir ki, bu yeni texnologiya ölçmə qabiliyyətinə malik yüksək dəqiqlikli təsvirlərdən uzaq məsafədən istifadə etməklə təftiş, planlaşdırma və yoxlama kimi bir sıra mühüm fəaliyyətləri yerinə yetirməyə imkan verir. O, həmçinin virtual rejimdə baxış imkanına malikdir və işçilərin uzaq məsafədən obyektlərə baxış keçirməsinə imkan yaradır. Bu da öz növbəsində bir sıra iş proseslərinin sadələşdirilməsinə, vaxt və xərclərin optimallaşdırılmasına, texniki təhlükəsizliyin təkmilləşdirilməsinə və komandalar arasında daha yaxın əməkdaşlığa şərait yaradır.

Şərqi Azəri platformasının 3D rəqəmsal modeli Xəzərdə BP-nin operatoru olduğu qurğuların bu vaxtadək ilk 3D modelidir. Onun hazırlanması üçün fotoqrammetrik çəkiliş aparılıb, platformanın sferik təsvirlərinin hazırlanması prosesi tamamlanıb və yekun təsvirlər emal edilərək istifadə üçün sistemə yüklənib.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda hasilat üzrə vitse-prezidenti Elxan Məmmədov bildirib ki, 3D vizuallaşdırma vasitəsinin tətbiqi layihə üzərində çalışan heyətin nailiyyətidir və regiondakı əməliyyatlarımızı texnologiyaların inkişafı və rəqəmsal transformasiya baxımından qabaqcıl mövqeyə çıxarır. Bu vasitənin istifadə imkanları çox genişdir. Hazırda bu texnologiya işlərin planlaşdırılması və icrasında daha səmərəli olmağımıza yardım etməklə yanaşı, əməliyyatlarımızın təhlükəsiz şəkildə davam etməsini təmin edir. Gələcəkdə bu yeni texnologiya sahədəki iş yükünü azaltmaqla əməyin təhlükəsizliyinin gücləndirilməsinə daha geniş imkanlar yaradacaq.

Onun sözlərinə görə, BP bu ilin sonunadək Azəri-Çıraq-Günəşli (AÇG) yatağındakı bütün dəniz qurğularının 3D vizuallaşdırmasını həyata keçirməyi planlaşdırır. Növbəti bir neçə ildə özünün regionda əməliyyatçısı olduğu digər dəniz qurğularında və Səngəçal terminalında da bu rəqəmsal texnologiyanı tətbiq etməyi nəzərdə tutur.

O bildirib ki, 3D vizuallaşdırma texnologiyasının tətbiqi çoxmərhələli "Rəqəmsal əkiz" layihəsinin icrasında atılan ilk addımdır. "Rəqəmsal əkiz" obyektin və ya sistemin virtual modelidir və onun bütün istismar müddətini əhatə etməklə qərarların qəbul edilməsinə, həmçinin işin məsafədən hazırlanması və icrasına yardım edir.

13

SOCAR benzinin bahalaşmasına münasibət bildirib

9
(Yenilənib 13:02 16.09.2021)
SOCAR-ın bildirdiyinə görə, 2022-ci və 2023-cü illərdən etibarən biz "Avro 5" standartına uyğun olan dizelin və benzinin istehsalına nail olacağıq.

BAKI, 16 sentyabr — Sputnik. Azərbaycanda Aİ-95 ("Premium") və Aİ-98 ("Super") markalı benzinin qiyməti ildə bir neçə dəfə dəyişir. Başqa ölkələrdə isə qiymət bəzən həftədə bir neçə dəfə dəyişir, yəni qiymətlər həm qalxır, həm də düşür. Ötən il Aİ-95 markalı benzinin qiyməti 1.50 qəpikdən 1.10-a qədər düşmüşdü. Sonra isə tədricən artmağa başladı. Dəyişikliyin səbəbi əsasən dünya bazarlarında neft və neft məhsullarının qiymətinə bağlıdır.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov İctimai TV-nin efirində bu markalı benzinlərin qiymətinin bahalaşmasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, Azərbaycanda ümumi yanacaq istehlakını götürsək, 2020-ci ildə ölkə daxilində istehlak edilmiş yanacağın təxminən 98 faizi dizel və Aİ-92 markalı benzinin üzərinə düşür: "Bu yanacaq növləri ölkə daxilində istehsal olunur. Dizelin hətta bir hissəsi də ixrac olunur. "Premium" və "Super" markalı benzinin üzərinə isə cəmi istehlakın 2 faizi düşür. Ölkədə istifadədə olan avtoparkın əsas hissəsi də məhz dizel və Aİ-92 markalı benzinə uyğundur. Lakin tədricən "Premium" və "Super" markalı benzin növlərinin də istehlakı artmaqdadır. Çünki ölkəyə idxal edilən bir çox benzin növləri ilə işləyən yeni avtomobillər məhz "Premium" və ya "Super" markalı benzin üçün nəzərdə tutulub. Bu avtomobillərin yanacaq doldurma yerində göstərilir ki, hansı yanacağın ona vurulması uyğundur".

""Premium" və "Super" markalı benzinlər ölkədə əsasən orta və nisbətən zəngin insanlar tərəfindən istifadə olunur. Məhz ona görə də onların sayı nisbətən azdır. "Premium" və "Super" markalı benzinə alternativlər məsələn, elektromobillər ola bilər. Məsələn, "Premium" markalı benzin kimin üçün isə bahalı hesab edilirsə, fikrimcə, onlar elektromobillərə keçmək barədə düşünə bilərlər"-deyə o qeyd edib.

Onun sözlərinə görə, 2022-ci və 2023-cü illərdən etibarən biz "Avro 5" standartına uyğun olan dizelin və benzinin istehsalına nail olacağıq. İlk dövrlərdə Aİ-92 markalı və Aİ-95 markalı benzin "Avro 5" standartına uyğun istehsal olunacaq.

Qeyd edək ki, sentyabr ayının 15-dən etibarən "Super" və "Premium" markalı yanacaq növlərinin qiymətində artım baş verib. Aİ-95 markalı benzinin qiyməti 1,60 AZN, Aİ-98 markalı benzinin qiyməti isə 1,90 AZN olub.

Xatırladaq ki, son qiymət dəyişikliyinə qədər respublikamıza xaricdən idxal edilən Aİ-95 markalı benzinin qiyməti 1,45 AZN, Aİ-98 markalı benzinin qiyməti 1,60 AZN təşkil edirdi.

9
Neft platforması, arxiv şəkli

Qazın qiymətləri qalxandan sonra neft bahalaşdı

11
(Yenilənib 13:29 16.09.2021)
Dünya bazarlarında neftin qiymətləri yüksəlir. "Azeri Light"ın son iki ildə maksimum qiyməti bu il iyulun 5-də qeydə alınıb.

BAKI, 16 sentyabr — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 2,93 dollar artaraq 77,19 dollar təşkil edib.

Qeyd edək ki, COVID-19 pandemiyasının təsiri nəticəsində Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprelin 21-də 15,81 dollara enmişdi. Sonradan qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı tədricən bərpa olunmağa, qiymətlər artmağa başlayıb. "Azeri Light"ın son iki ildə maksimum qiyməti bu il iyulun 5-də (78,35 dollar) qeydə alınıb.

London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,06 dollar artaraq 75,52 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,05 dollar bahalaşaraq 72,66 dollar olub.

Azərbaycan avqustda OPEC+ öhdəliyini artıqlaması ilə yerinə yetirib

Bu ilin avqust ayında Azərbaycan üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 711,6 min barel olub. Bunun 596,1 min barelini xam neft, 115,5 min barelini isə kondensat təşkil edib.

OPEC+ ölkələri nazirlərinin bu ilin iyul ayında qəbul edilmiş qərarına əsasən, Azərbaycanın hasilatın azaldılması üzrə öhdəliyinin avqustda 91 min barel təşkil etməsi, gündəlik xam neft hasilatının isə iyul ayına nisbətən 7 min barel artırılmaqla 627 min barel həcminə çatdırılması nəzərdə tutulurdu.

OPEC+ ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında qəbul edilən razılaşmaya görə, avqustdan başlayaraq OPEC+ ölkələrinin gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılması, 5,8 mln. barel həcmində ixtisarların 2022-ci ilin sentyabrında başa çatdırılması və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin 2022-ci ilin sonunadək uzadılması nəzərdə tutulub. Qərarın qüvvəyə minməsi ilə Azərbaycan gündəlik xam neft hasilatını hər ay, təxminən, 7 min barel artırmaq, müvafiq olaraq da ixtisarlarla bağlı öhdəliklərini azaltmaq imkanı əldə edib.

Həmçinin oxuyun:

* Azərbaycanın Avropaya ixrac etdiyi qazın dəyəri 1 mlrd. dollara yaxınlaşır

* Azərbaycanın qaz ixracından gəlirləri kəskin artıb: Qiymət artımı bizim üçün əlverişlidir

11
Bakı məktəblərində əyani tədris prosesinin başlanması, 1 fevral 2021-ci il

Məktəblərdə yeni dərslik tətbiq olunacaq

0
(Yenilənib 14:38 16.09.2021)
Növbəti tədris ilindən V siniflərdə 132 məktəbdə pilot olaraq yeni dərslik tətbiq olunacaq ki, bu da "Təbiət" dərsliyidir.

BAKI, 16 sentyabr — Sputnik. Növbəti illərdə kurikulum daha da sadələşdiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə Təhsil İnstitunun direktoru Rüfət Əzizov bildirib.

O, bildirib ki, ümumtəhsildə qiymətləndirmə konsepsiyasına da yenidən baxılır: "Ola bilər ki, həmin tədqiqatlar zamanı təkcə ibtidai siniflərdə deyil, digər siniflərdə də müxtəlif imtahanların sayı azaldılsın. Onların əvəzinə daha az sayda olan mərkəzləşmiş imtahanlar olsun.Məktəblərdə şagirdlərin qiymətləndirməsinə yenidən baxılır".

R.Əzizov qeyd edib ki, növbəti tədris ilindən V siniflərdə 132 məktəbdə pilot olaraq yeni dərslik tətbiq olunacaq. Bu, "Təbiət" dərsliyidir. Burada təbiət fənlərinin inteqrasiyasından söhbət gedir".

Onun sözlərinə görə, yeni dərslik tamamilə bacarıq, tədqiqat istiqamətdə dərslərin keçirilməsinə əsaslanır: "Dərslik gənc müəlliflər tərəfindən hazırlanıb. Bu dərsləri tədris edəcək sinif müəllimləri üçün dərslik müəllifləri tərəfindən təlimlər təşkil olunub. Dərsliyin gələcəkdə VI siniflərdə də keçirilməsi nəzərdə tutulur. VII sinifdən isə təbiət fənləri Kimya, Biologiya və Fizika fənləri olaraq ayrılacaq".

0