Большегрузные автомобили, фото из архива

Rusiya ilə ticarətimiz arta bilər: Putin xüsusi göstəriş verib

2923
Rusiya Federal Antiinhisar Xidmətinə isə ticarət şəbəkələrinin satdığı ərzaq məhsullarının qiymətinin formalaşdırılmasının monitorinqini aparmaq həvalə olunub.

BAKI, 9 avqust – Sputnik. Rusiya Prezidenti Vladimir Putin ərzaq məhsullarının qiymətlərinin stabilləşdirilməsi üçün hökumətə MDB ölkələrindən kənd təsərrüfatı məhsullarının idxalını artırmaq üçün tapşırıq verib.

Sputnik Azərbaycan bildirir ki, tapşırıqların müvafiq siyahısı Kremlin saytında dərc olunub.

Rusiya Federal Antiinhisar Xidmətinə ticarət şəbəkələrinin satdığı ərzaq məhsullarının qiymətinin formalaşdırılmasının monitorinqini aparmaq həvalə olunub.

Rusiya Federasiyası subyektlərinin vəzifəli şəxslərinə (dövlət idarəçiliyinin ali icra orqanlarının rəhbərlərinə) RF hökuməti ilə birlikdə yerli kənd təsərrüfatı malları istehsalçılarının pərakəndə satış bazarlarına, yarmarkalara, qeyri-stasionar və səyyar ticarət obyektlərinə maneəsiz çıxışını, eləcə də əhali üçün əlçatanlığı yüksəltmək və yerli kənd təsərrüfatı istehsalçılarının məhsullarını satma imkanlarını genişləndirmək üçün müvafiq pərakəndə satış obyektlərinin sayının artırılmasını təmin etmək tapşırılıb.

Qeyd olunur ki, bu məsələyə dair məruzə avqustun 15-dək, sonra isə hər yarımildə bir dəfə olmaqla təqdim olunmalıdır.

Xatırladaq ki, yay mövsümü başlayar-başlamaz Azərbaycanda əkinçilik, xüsusən tərəvəzçiliklə məşğul olan fermerlərin problemləri də baş qaldırıb.

Öncə Göyçay fermerləri istixanalardan toplanan məhsulun bol olması səbəbindən onu yerli bazarda satıb qurtara bilmədiklərindən şikayətləndilər. Pandemiyaya görə şadlıq evlərinin, kafe-restoranların, dönərxanaların və digər obyektlərin fəaliyyət göstərməməsi də daxili alıcıları yox səviyyəsinə endirmişdi.

Sonra gömrük problemləri səbəbindən Rusiya sərhədində yük maşınlarının yığılması məsələni bir qədər də qəlizləşdirdi. Həftələrlə davam edən tıxac iyunun 14-də aradan qaldırıldı.

İyunun sonlarında Şəmkirdə fermerlər, demək olar ki, hər gün 1-2 ton tomatı zibilliyə tullamağa başladılar. Yerli bazarda mallarını sata bilməyən təsərrüfat sahibləri məhsulu ölkə xaricinə çıxarmağın da mənasız olduğunu bildirdilər. Ən yaxşı malı 10 qəpiyə zorla satdıqlarını deyən təsərrüfat sahibləri Rusiyadakı qiymətlərin də həddən artıq ucuz olduğunu bildirdilər.

Kartof əkənlərin də bu il bəxti gətirmir. Tovuzlu fermerlər məhsulun bol olmasına rəğmən, hələ ki üfüqdə alıcıların görünməməsindən şikayətçidirlər.

Müntəzəm olaraq “Rosselxoznadzor” Azərbaycandan meyvə və tərəvəz ixrac edən müəssisələrin üzərindən xəstəliklər səbəbindən qoyulan qadağaların götürüldüyünü elan edir.

Sonuncu dəfə bu qurum avqustun 3-də Azərbaycandan olan daha 34 müəssisəyə yetişdirdikləri pomidoru Rusiyaya göndərməyə icazə vermiş və beləliklə, şimal qonşumuza tomat göndərmək icazəsi olan Azərbaycan müəssisələrinin sayı 187-yə yüksəlmişdi.

Eləcə də oxuyun:

2923
Teqlər:
Rusiya, Azərbaycan, MDB, kənd təsərrüfatı məhsulları, idxal, ixrac, artım
Elektrik xətləri, arxiv şəkli

İES-lərin enerji hasilatında artım, SES-lərin hasilatında isə azalma var

9
(Yenilənib 23:07 25.09.2021)
Avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 611,2 milyon kilovat/saat artaraq 2 milyard 767,4 milyon kilovat/saat olub.

BAKI, 25 sentyabr — Sputnik. Yanvar-avqust aylarında istilik elektrik (İES) və su elektrik stansiyalarında (SES) istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb.

Energetika Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 8 ayda respublikada elektrik enerjisinin istehsalı 18 milyard 612,4 milyon kilovat/saat olub.

Hesabat dövründə ötən ilin eyni aylarına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 994,2 milyon kilovat/saat artaraq 17 milyard 409,7 milyon kilovat/saat, SES-lərdə 120,3 milyon kilovat/saat çoxalaraq 966,9 milyon kilovat/saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 4,8 milyon kilovat/saat azalaraq 235,8 milyon kilovat/saat olub.

Qeyd edək ki, təkcə avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 611,2 milyon kilovat/saat artaraq 2 milyard 767,4 milyon kilovat/saat olub.

Ay ərzində elektrik enerjisinin ixracı 150,6 milyon kilovat/saat, idxalı isə 10,5 milyon kilovat/saat təşkil edib.

Həmçinin oxuyun:

Bərpa olunan Laçın SES kimə işıq verəcək?

9
Teqlər:
İES, SES
Neft buruğu, arxiv şəkli

İraqın neft naziri: Azərbaycanla neft-qaz sahəsində əməkdaşlıqda maraqlıyıq

237
(Yenilənib 21:36 25.09.2021)
Azərbaycan və İraqın energetika nazirləri görüşüb. İki ölkə arasında neft-qaz sahəsində əməkdaşlığın inkişafına dair məsələlər müzakirə edilib.

BAKI, 25 sentyabr — Sputnik. Bakıda Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə ölkəmizdə səfərdə olan İraqın neft naziri İhsan Abdul-Cabbar İsmail Əl-Səid arasında görüş keçirilib.

Nazirlikdən Sputnik Azərbaycan-a bildirilib ki, görüşdə əsasən iki ölkə arasında neft-qaz sahəsində əməkdaşlığın inkişafına dair məsələlər müzakirə edilib.

Nazir Pərviz Şahbazov Azərbaycanın neft-qaz sektorunda nailiyyətləri, şaxələndirilmiş infrastruktur sisteminin yaradılması ilə ölkəmizin regional və beynəlxalq enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələr, həmçinin qaz hasilatı və ixracının artımında "Cənub Qaz Dəhlizi"nin rolu barədə ətraflı məlumat verib. Eyni zamanda, müasir trendlərə uyğun olaraq bərpa olunan enerjidən istifadənin genişləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji" məkanlarına çevrilməsi istiqamətində görülən tədbirlər diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi milli prioritetinin növbəti onillikdə reallaşdırılmasını, işğaldan azad edilmiş ərazilərimizdə "yaşıl enerji" zonasının yaradılmasını təşviq edən strateji qərarları enerji əməkdaşlığı üçün yeni imkanlar açır.

Azərbaycanın neft sektorundakı xarici investorlarla uğurlu əməkdaşlıq təcrübəsinin artıq bərpa olunan enerji sahəsinə doğru genişləndiyini vurğulayan nazir yeni imkanları ölkələrimiz arasında enerji əməkdaşlığının inkişafı kontekstində qiymətləndirib:

"Hər iki ölkə arasında münasibətlərin yüksək səviyyəsi və qlobal neft bazarının tənzimlənməsi prosesində birgə iştirak gələcək əməkdaşlığımız üçün təməldir. SOCAR tərəfindən İraq mənşəli xam neft və neft məhsullarının dünya bazarına təchizatı və OPEC+ formatı çərçivəsində mövcud olan enerji əməkdaşlığını genişləndirmək üçün perspektivləri dəyərləndirə bilərik".

İraqın neft naziri İhsan Abdul-Cabbar İsmail Əl-Səid isə ölkəsinin neft-qaz sahəsində mövcud təcrübəsini bölüşüb, Azərbaycanın neft bazarının balanslaşdırılmasına verdiyi dəstəyi yüksək qiymətləndirib. Bildirilib ki, İraq Azərbaycanla neft-qaz və emal sahələri üzrə intensiv əməkdaşlıqda maraqlıdır.

Görüşdə, həmçinin İraqın bərpa olunan enerji ilə bağlı kursuna və dünya enerji bazarında mövcud vəziyyətə dair fikir mübadiləsi aparılıb.

Həmçinin oxuyun:

İraq SOCAR-la əməkdaşlıq etmək niyyətini açıqladı

237
Teqlər:
İraq