Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Oklahoma ştatının qubernatoru Con Kevin Stittin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

ABŞ qubernatorunu Zəngilana aparan maraq: bu gün Azərbaycan Prezidenti ilə görüşdü

41
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Amerika Birləşmiş Ştatlarının Oklahoma ştatının qubernatoru Con Kevin Stittin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

BAKI, 27 iyul — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Amerika Birləşmiş Ştatlarının Oklahoma ştatının qubernatoru Con Kevin Stittin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Amerika Birləşmiş Ştatlarının Oklahoma ştatının qubernatoru Con Kevin Stittin Azərbaycana səfərinin əhəmiyyətinə toxunuldu. Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirildi, ölkəmizin ABŞ-nın ayrı-ayrı ştatları, o cümlədən 2000-ci ilin əvvəllərindən Oklahoma ştatı ilə əməkdaşlığından məmnunluq ifadə olundu.

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Oklahoma ştatının qubernatoru Con Kevin Stittin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    © Official website of President of Azerbaijan Republic
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Oklahoma ştatının qubernatoru Con Kevin Stittin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    © Official website of President of Azerbaijan Republic
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Oklahoma ştatının qubernatoru Con Kevin Stittin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    © Official website of President of Azerbaijan Republic
1 / 3
© Official website of President of Azerbaijan Republic
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Oklahoma ştatının qubernatoru Con Kevin Stittin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Con Kevin Stitt Zəngilan rayonuna edəcəyi səfərinin Azərbaycanın həmin ərazilərdə icra etdiyi “yaşıl enerji” və “ağıllı kənd” layihələri ilə yaxından tanış olmağa imkan yaradacağına ümid etdiyini bildirdi.

Oklahoma Milli Qvardiyası ilə Azərbaycanın Müdafiə Nazirliyinin təxminən 20 ildir əməkdaşlıq etdiyi və indi bu əməkdaşlığın daha geniş tərəfdaşlıq formatına çevrildiyi vurğulandı.

Söhbət zamanı Oklahoma ştatı ilə kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərinə toxunuldu, azərbaycanlı tələbələrin bu ştatda kənd təsərrüfatı üzrə təhsil aldıqları məmnunluqla qeyd edildi.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Sonda xatirə hədiyyələri təqdim olundu.

41
Spirtli içki

Alkoqollu içkilərə xərclədiyimiz pullar artıb - 51 milyon dollar

4
(Yenilənib 19:54 18.09.2021)
Hesabat dövründə alkoqollu və alkoqolsuz içkilər və sirkə üzrə idxal Azərbaycanın ümumi idxalının 0,7 %-i, ixrac isə ümumi ixracın 0,07 %-i təşkil edib.

BAKI, 18 sentyabr — Sputnik. Bu ilin yanvar-avqust aylarında Azərbaycan 51,408 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə idxal edib.

Sputnik Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,779 milyon ABŞ dolları (17,8 %) çoxdur.

Səkkiz ay ərzində Azərbaycanın alkoqollu və alkoqolsuz içkilər və sirkə ixracının dəyəri isə 8,902 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 0,531 milyon ABŞ dolları (6,3 %) çoxdur.

Hesabat dövründə alkoqollu və alkoqolsuz içkilər və sirkə üzrə idxal Azərbaycanın ümumi idxalının 0,7 %-i, ixrac isə ümumi ixracın 0,07 %-i təşkil edib.

Eləcə də oxuyun:

4
Teqlər:
alkoqol, alkoqollu içki, qiymət, idxal, bahalaşma
İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin (İSAY İB) sədri Eyyub Kərimli

Ekspert Azərbaycana xarici investisiya qoyuluşundakı azalmanın səbəblərini açıqlayır

7
(Yenilənib 15:07 18.09.2021)
İqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, pandemiyanın yaratdığı gərgin iqtisadi durum investorları investisiya portfellərinə daha diqqətlə yanaşmağa məcbur etdi
Eyyub Kərimli: “Bu azalma müvəqqəti haldır”

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 2 milyard 924,4 milyon manat vəsait yönəldilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 % azdır.

İqtisadçı ekspert Eyyub Kərimli Sputnik Azərbaycan-a xarici investisiyaların azalma səbəblərini açıqlayıb. Ekspert bildirib ki, investisiya qoyuluşundakı azalmanın bir neçə önəmli səbəbi var: “İlk olaraq onu deməliyəm ki, pandemiyanın yaratdığı gərgin iqtisadi durum investorları investisiya portfellərinə daha diqqətlə yanaşmağa məcbur etdi. Pandemiyanın iqtisadi fəsadları Avropa ölkələrinə də təsirsiz ötüşmədi. İkinic bir tərəfdən hesab edirəm ki, ölkəmizin ötən il apardığı 44 günlük Vətən Müharibəsi də investisiya qoyuluşlarına öz təsirini göstərib. Belə ki, müharibə gedən ölkələr investorlar üçün risk zonası hesab edilir. Bu da xarici investisiyaların həcminə təsirini göstərə bilər. Amma hesab edirəm ki, bu azalma müvəqqəti haldır və tezliklə işğaldan azad edilmiş ərazilərimizdə investisiya imkanları genişlənəcək”.

Eyyub Kərimlinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

7
Koronavirus testi, arxiv şəkli

Əzmli koronavirus: daha sürətli yayılmaq üçün mutasiya edir

0
Tədqiqat nəticələrinə görə, "alfa" ştammına yoluxmuş insanlar havaya digər ştammlara yoluxmuşlara nisbətən 43-100 dəfə çox virus hissəciyi yayırlar.

BAKI, 18 sentyabr - Sputnik. Merilend Universitetinin İctimai Səhiyyə məktəbinin alimləri belə nəticəyə gəliblər ki, koronavirus ona görə mutasiyaya uğrayır ki, hava ilə daha aktiv yayıla bilsin.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Britaniyanın Daily Mail nəşri yazır.

Ekspertlərin məlumatına görə, "alfa" ştammının hissəcikləri hava-damcı yolu ilə COVID-19-un Uhan ştammına nisbətdə 1000 dəfə sürətli yayılır. "Alfa" ştammı Böyük Britaniyada 2021-ci ilin yanvarında dominant olduğu üçün alimlər diqqətlərini onun tədqiqatına yönəldiblər. 

2020-ci ilin mayından 2021-ci ilin aprelinədək aparılan tədqiqatda "alfa" ştammına yoluxmuş 49 nəfər iştirak edib. Könüllülər xüsusi aparat vasitəsilə 30 dəqiqə maskasız, 30 dəqiqə isə maska ilə nəfəs alırdılar.

Nəticədə müəyyən edildi ki, "alfa" ştammına yoluxmuş insanlar havaya digər ştammlara yoluxmuşlara nisbətən 43-100 dəfə çox virus hissəciyi yayırlar.

Ötürülən hissəciklərin çoxalması hələ "delta" ştammından əvvəl qeydə alınıb. Araşdırmaçılar əmindirlər ki, COVID-19 mutasiyaya uğramasının sayəsində hava ilə daha tez və effektiv yayılmağa başlayıb. Bundan başqa, o da bəlli olub ki, adi tibbi maska virus hissəciklərinin 48%-ni tutub saxlamağa qadirdir.

Eləcə də oxuyun:

0
Teqlər:
COVID-19, epidemiya, Koronavirus, ştamm, mutasiya, hava