Prezident Qərb istiqamətində yolların tikintisinə 9 milyon ayırdı

40
(Yenilənib 16:34 23.07.2021)
Prezident İlham Əliyev Daşkəsən rayonunun Daşkəsən–Xoşbulaq–Astaf, Goranboy rayonunun Dəliməmmədli–Düzqışlaq–Bağçakürd–Dəyirmanlar–Azad–Nizami avtomobil yolunun tikintisinə, Naftalan şəhərinin yollarının təmirinə vəsait ayırıb.

BAKI, 23 iyul - Sputnik. Prezident İlham Əliyev "Daşkəsən rayonunun Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncamla yeddi min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalıdır.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Prezident İlham Əliyev Naftalan şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla Naftalan şəhərində avtomobil yollarının əsaslı təmiri məqsədilə 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,0 (üç) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Prezident İlham Əliyev Goranboy rayonunun Dəliməmmədli–Düzqışlaq–Bağçakürd–Dəyirmanlar–Azad–Nizami avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən on dörd min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Dəliməmmədli–Düzqışlaq–Bağçakürd–Dəyirmanlar–Azad–Nizami avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3 milyon manat ayrılıb.

19.07.2021

Prezident Tərtərdə yol tikintisinə pul ayırdı

Prezident İlham Əliyev Tərtər rayonunun Evoğlu-Aşağı Qapanlı-Azad Qaraqoyunlu-İlxıçılar-Köçərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan bildirir ki, sərəncama əsasən, yeddi min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Evoğlu-Aşağı Qapanlı-Azad Qaraqoyunlu-İlxıçılar-Köçərli avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 4,8 mln. manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Eləcə də oxuyun:

40
Teqlər:
sərəncam, Tərtər, tikinti, yol
İqtisadçı-ekspert Rəşad Həsənov

Manatın dövretmə sürətinə hansı amillər təsir edib? ekspert şərh edir

14
(Yenilənib 16:28 26.07.2021)
İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, biz bu sürət artımını əvvəlki illərlə müqayisə etsək, o qədər də çox böyük artımdan söhbət getmir
Rəşad Həsənov: “Qeyri-neft iqtisadiyyatında nisbətən daha sürətli artım qeydə alınır”

Bu il iyulun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,72 bənd təşkil edib. Bu, iyunun 1-i ilə müqayisədə 0,22 bənd çox, yanvarın 1-nə nisbətən 0,15 bənd çox, ötən il iyulun 1-i ilə müqayisədə isə 0,22 bənd azdır.

İqtisadçı ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyir ki, manatın dövretmə sürətinin artması müəyyən qədər pandemiyanın təsirlərinin aradan qalxması ilə bağlıdır: “Bura həm də şəffaflaşma ilə bağlı görülən tədbirlərin təsirini də aid etmək olar. Bu baxımdan müəyyən qədər artım müşahidə edilməkdədir. Amma biz bu sürət artımını əvvəlki illərlə müqayisə etsək, o qədər də çox böyük artımdan söhbət getmir. Son illərdə qeyri-neft iqtisadiyyatında nisbətən daha sürətli artım qeydə alınır. Burada manatın dövretmə sürəti neft sektoru ilə müqayisədə daha yüksəkdir. Amma düşünürəm ki, maliyyə, bank sektorunun tam inkişaf mərhələsinə daxil ola bilməməsi, iqtisadiyyatın müəyyən qədər risklər qarşısında olması manatın dövretmə sürətini orta göstəriciyə yaxınlaşdırmasının qarşısını alan məsələlərdir”.

Rəşad Həsənovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

14
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı

Vüsal Qasımlı: “Azərbaycanda iqtisadi artımın əsas drayveri qeyri-neft sənayesidir”

28
(Yenilənib 16:04 23.07.2021)
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyir ki, bu dövrdə manatın məzənnəsi sabit qalmış, inflyasiya isə 4,3 %-ə çatmaqla Mərkəzi Bankın müəyyənləşdirdiyi koridorda olub
Vüsal Qasımlı: “Azərbaycan iqtisadiyyatı miqyas və keyfiyyət dəyişikliyi ərəfəsindədir”

“Bu ilin ilk yarısında Azərbaycanda iqtisadi artım bərpa olunaraq 2,1 %-ə çatıb”. Sputnik Azərbaycan xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

Onun sözlərinə görə, Azərbaycanda iqtisadi artımın əsas drayveri qeyri-neft sənayesidir: “Ümumiyyətlə, qeyri-neft sektorunda 5,1 %-lik artım qeydə alınıb. Bu dövrdə manatın məzənnəsi sabit qalmış, inflyasiya isə 4,3 %-ə çatmaqla Mərkəzi Bankın müəyyənləşdirdiyi koridorda olub. Baxmayaraq ki, dünya bazar qiymətlərinin yüksəlməsilə idxal inflyasiyası təzyiqi yaranıb, mәzәnnә, pul tәklifi vә faiz dәrәcәlәrindən istifadə etməklə qiymətlərin sabitliyi qorunur. Fiskal vә monetar siyasәtin səmərəli koordinasiyası makroiqtisadi sabitliyi təmin edir. Azərbaycan iqtisadiyyatı Qarabağın reinteqrasiyası və regional kommunikasiyaların açılması perspektivi, habelə ölkənin müdafiə və rəqabət qabiliyyətinə qarşı yeni tələblərin müəyyənləşməsilə yeni miqyas və keyfiyyət dəyişikliyi ərəfəsindədir”.

Vüsal Qasımlının fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

28
Poçt markaları

Poçt markası: nadir bir nümunəsi əntiq əşyaya bərabər tutulur

0
(Yenilənib 08:20 27.07.2021)
Azərbaycanda da marka həvəskarı vaxtilə çox olub. Marka-marka oynayan uşaqların bir hissəsi sonra filatelistlərin sırasına qoşuldu.

BAKI, 27 iyul — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeli qurum "Azərmarka" MMC "Azərpoçt" MMC-yə birləşdirilir. Məlumatı nazirlik yayıb.

Yeni qaydaya əsasən, Mülki Məcəllə və digər normativ hüquqi aktlara uyğun olaraq "Azərpoçt" yenidən təşkil ediləcək, yəni "Azərmarka" "Azərpoçt"un struktur bölməsi kimi fəaliyyət göstərəcək. Bu yerdəyişmədə məqsəd qurumların işinin daha səmərəli qurulması, resurslardan effektiv istifadənin gücləndirilməsidir.

Markanı həm satmaq olardı, həm də nəyəsə dəyişmək

Marka deyəndə hər bir yaşlı insanın yadına ilk növbədə sovet dövründə oynadığı marka-marka oyunu yada düşür. İnternetin və hazırkı sosial şəbəkələrin hələ mövcud olmadığı, ortalıqda cəmi bir neçə televiziya kanalı və radio stansiyasının fəaliyyət göstərdiyi zamanda marka toplamaq olduqca populyar bir məşğuliyyət idi. Marka yığmaq bir tərəfdən maraqlı bir proses olduğu qədər həm də gəlirli bir sahə idi. Filatelistlər qiymətli bir marka növü üçün nə qədər desən pul ödəməyə hazır idilər.

Marka-marka oynayan uşaqlar isə həm də bu oyunda qazandıqları markanı bir növ kapital kimi toplayırdılar. Yəni markanı həm satmaq olardı, həm də nəyəsə dəyişmək. Kimsə idman markası toplayırdı, kimsə də avtomobil markası. Sənə lazımsız olanını sinif yoldaşınla asanlıqla dəyişə bilərdin. Marka qazanmaq üçün keçirilən oyunun bir qaydası vardı: üst-üstə qalaqlanan markaya yüngülcə zərbə endirməklə onu çevirmək lazım gəlirdi. Çevrildisə, deməli uddun. Məktəb rəhbərliyi uşaqların bu işinin qarşısını almaq üçün xeyli güc sərf etsə də, qarşısını tam almaq olmurdu.

Markanı alırdın, pozan-pozan oynayırdılar, pozanı götürürdün, saqqız kağızından çıxan etiketlə oynayırdılar. Bəzən bəxti gətirən uşağın cibindən 20-30 pozan tapılırdı. Amma pozan bir həvəs idi, heç vaxt markanın yerini verməzdi. Marka həm bahalı idi, həm də daha cəlbedici. O dövrdə hər poçt məntəqəsində, həmçinin müxtəlif dükanlarda marka almaq olurdu. Qiymətli markalar isə heç vaxt satışa çıxarılmazdı, onlar xüsusi adamların vasitəsilə əldə edilirdi.

Zərfi marka ilə birgə də almaq olardı, markasız da

Filateliya, yəni marka yığmaq sahəsi, yunan mənşəli sözdən yaranıb. Bir növ vergidən azad olunma mənasını verir. Əgər poçtla göndərilən məktubda marka varsa, deməli ödənişə ehtiyac yoxdur bir növ. Poçt sisteminin yaradılması, dünyanın bir başından o biri başına poçtla məktub yollamaq prosesi markanın yaranmasına bir təkan verib. Bir çox mənbə markanın məhz Böyük Britaniyada yarandığını göstərir, çünki 19-cu əsrdə dünyanın qlobal imperiyası olan Britaniyanın poçt sistemi olduqca mükəmməl idi. Məktub yollayırsansa, deməli bunun pulunu nə yollasa ödəməlisən. Məktub üzərindəki