Neft buruğu, arxiv şəkli

Azərbaycan avqustdan neft hasilatını artıracaq

24
İclasda iştirak edən energetika naziri Pərviz Şahbazov “OPEC plus”un qlobal neft bazarının balanslaşdırılması prosesinə töhfə verəcək bu yeni qərarına Azərbaycanın dəstəyini ifadə edib.

BAKI, 18 iyul - Sputnik. Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 19-cu iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin avqust-dekabr aylarında hər ay 400 min barrel artırılmasına, gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qəbul edilmiş qərarı Azərbaycan da dəstəkləyib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.

Qeyd olunur ki, yeni “Əməkdaşlıq Bəyannaməsi” Azərbaycanda gündəlik xam neft hasilatının avqustdan ilin sonunadək hər ay müvafiq həcmdə artırılmasını, ixtisarlarla bağlı öhdəliklərinin də uyğun şəkildə azaldılmasını nəzərdə tutur. 2022-ci ilin mayından ilin sonunadək isə Azərbaycanın neft istehsalı üzrə öhdəliklərin hesablanması mövcud baza əsasında davam etdiriləcək. Yəni, ölkəmizdə 2018-ci ilin oktyabrındakı 718 min barrelik gündəlik xam neft hasilatı gələn il də hasilat səviyyəsinin müəyyənləşdirilməsində baza olaraq qalacaq.

İclasda iştirak edən energetika naziri Pərviz Şahbazov “OPEC plus”un qlobal neft bazarının balanslaşdırılması prosesinə töhfə verəcək bu yeni qərarına Azərbaycanın dəstəyini ifadə edib.

Qeyd edək ki, yeni razılaşma “OPEC plus” ölkələri üzrə mövcud 5,8 mln. barrel həcmində ixtisarların 2021-ci ilin sonunadək 2 mln. barrel azaldılmasını nəzərdə tutur.

İclasda OPEC və qeyri-OPEC ölkələri nazirlərinin növbəti iclasının 2021-ci il sentyabrın 1-də keçirilməsi qərara alınıb.

Eləcə də oxuyun:

24
Teqlər:
Azərbaycan, OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsi, OPEC, hasilat, neft
Nicat Hacızadə, iqtisadçı ekspert

Nicat Hacızadə Rusiya ilə ticarətdə atılan addımları açıqlayır

8
(Yenilənib 16:56 23.07.2021)
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə deyir ki, müəyyən qeyri-tarif tənzimləmələrinin aparılması, ixracın ötən illə müqayisədə azalması ilə nəticələndi
Nicat Hacızadə: “Məhdudiyyətlərin götürülməsi pomidor ixracını üstün səviyyəyə qaldırıb”

Rusiya bu ilin birinci yarısında da Azərbaycanın qeyri-neft ixracında lider mövqeyini qoruyub saxlayıb. Statistikaya görə, 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycandan 1 milyard 162 milyon 357 milyon dollarlıq qeyri-neft məhsul ixrac edilib və bu malların 30,8 faizi, yaxud 358 milyon dollarlığı Rusiyaya ixrac edilib.

Sputnik Azərbaycan REAL TV-yə istinadən bildirir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə Azərbaycan-Rusiya ticarət dövriyyəsi barədə danışıb.

O bildirib ki, buvaxta qədər qeyri-neft sektorunda əsas hərəkət verici qüvvə meyvə-tərəvəz məhsulları olub: “Xüsusən də Rusiya ilə ticarət əlaqələrində bu pay daha çoxdur. Müəyyən qeyri-tarif tənzimləmələrinin aparılması, fitosanitar və sanitar qaydalarla bağlı tələblərin müəyyən qədər dəyişməsi ixracın ötən illə müqayisədə azalması ilə nəticələndi. AQTA-nın Rusiyanın aidiyyəti qurumları ilə apardığı səmərəli danışıqların nəticəsi olaraq subyektlər üzərindən məhdudiyyətlərin götürülməsi və mütəmadi fəaliyyətə qayıdış pomidor ixracını üstün səviyyəyə qaldırıb”.

Qeyd edək ki,  Rusiya ilə Azərbaycanın ticarət əlaqələri təkcə ixracatla bitmir. 2021-ci ilin birinci yarısında Azərbaycana Rusiyadan 923 milyon dollarlıq məhsul idxal edilib ki, şimal qonşumuz bu göstərici üzrə də liderdir.

Nicat Hacızadənin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

8
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti bahalaşır

8
Qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı bərpa olunub, qiymətlər artmağa başlayıb.

 

BAKI, 24 iyul — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,92 dollar artaraq 73,95 dollar təşkil edib.

Dünya birjalarında neft qiymətləri bahalaşır

London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,31 dollar artaraq 74,10 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,16 dollar bahalaşaraq 72,07 dollar olub.

Qeyd edək ki, ötən ilin ikinci rübündən vüsət alan pandemiyanın təsiri nəticəsində neft qiymətləri minimum göstəricilərə enmişdi. Lakin qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı bərpa olunub, qiymətlər artmağa başlayıb.

OPEC razılaşması

Xatırladaq ki, OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 19-cu iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin avqust-dekabr aylarında hər ay 400 min barel artırılmasına, gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qəbul edilmiş qərarı Azərbaycan da dəstəkləyib.

Yeni "Əməkdaşlıq Bəyannaməsi" Azərbaycanda gündəlik xam neft hasilatının avqustdan ilin sonunadək hər ay müvafiq həcmdə artırılmasını, ixtisarlarla bağlı öhdəliklərinin də uyğun şəkildə azaldılmasını nəzərdə tutur. 2022-ci ilin mayından ilin sonunadək isə Azərbaycanın neft istehsalı üzrə öhdəliklərin hesablanması mövcud baza əsasında davam etdiriləcək. Yəni, ölkəmizdə 2018-ci ilin oktyabrındakı 718 min barellik gündəlik xam neft hasilatı gələn il də hasilat səviyyəsinin müəyyənləşdirilməsində baza olaraq qalacaq.

İclasda iştirak edən energetika naziri Pərviz Şahbazov "OPEC+"un qlobal neft bazarının balanslaşdırılması prosesinə töhfə verəcək bu yeni qərarına Azərbaycanın dəstəyini ifadə edib.

Yeni razılaşma, "OPEC+" ölkələri üzrə mövcud 5,8 milyon barel həcmində ixtisarların 2021-ci ilin sonunadək 2 milyon barel azaldılmasını nəzərdə tutur.

İclasda OPEC və qeyri-OPEC ölkələri nazirlərinin növbəti iclasının 2021-ci ilin sentyabrın 1-də keçirilməsi qərara alınıb.

Eləcə də oxuyun:

8
Teqlər:
qiymət artımı, qiymət, Azərbaycan, neft
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj
İvan Tixonov

On nəfərə bir qələbə: Azərbaycanlı idmançıların Tokioda ilk günü