CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekspertlər: Azərbaycan turizm infrastrukturuna görə Xəzər regionunda birinci yerdədir

© Sputnik / Murad OrujovОдин из объектов расположенный на территории туристического комплекса Sea Breeze
Один из объектов расположенный на территории туристического комплекса Sea Breeze - Sputnik Azərbaycan, 1920, 16.07.2021
Abunə olmaq
Aparıcı beynəlxalq ekspertlər Xəzər regionunun turizm potensialını qiymətləndirərək beş dövlətin əməkdaşlığının regionda bu sahəni necə inkişaf etdirə biləcəyi barədə danışıblar.

Pandemiya vaxtı, sərhədlərin hələ də bağlı olduğu dövrdə daxili turizm getdikcə daha çox inkişaf edir və Xəzər dənizi regionunun potensial turizm istiqaməti kimi imkanları açılıb. Xəzər regionunun turizm potensialı necədir və ölkələrin turizmin inkişaf etdirilməsi yolu ilə xarici investisiyaları necə cəlb edə biləcəyi barədə ekspertlər Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində danışıblar.

"Şimal-Cənub" politoloji mərkəzi, Trend informasiya agentliyi və BakuNetwork-ün təşkil etdiyi tədbirdə onlayn formatda Xəzərdə daha çox prioritet olan turizm sahələri və turizm infrastrukturunun inkişaf etdirilməsi yolları müzakirə olunub.

Qapalı sərhədlər yeni istiqamətlərin inkişaf etdirilməsi imkanı kimi

Həştərxandakı Sky Travel turizm agentliyinin direktoru Alyona Panasenko hesab edir ki, Xəzər regionunun yaxşı turizm meydanına çevrilməsi üçün bütün imkanlar var.

"Pandemiya turizm və onun inkişafına müəyyən düzəlişlər edib. Sərhədlər bağlıdır və bu, yeni istiqamətlərin inkişaf etdirilməsi üçün imkandır. Qazaxıstan və Azərbaycan kimi istiqamətlər getdikcə daha çox maraq doğurur. Bu ölkələrdə turizm infrastrukturu yaxşı inkişaf edib. Turistləri cəlb etmək üçün də, sahəni inkişaf etdirmək üçün də xeyli imkanlar var", - deyə Panasenko bildirib.

Onun fikrincə, hazırda Xəzər regionuna turistlərin cəlb olunması üçün çoxsaylı proqramlar həyata keçirilir və bu region xarici qonaqlar üçün cəlbedicidir. Region ölkələrini bir səyahətdə birləşdirmək olar, bu halda turist mümkün qədər daha çox təəssürat əldə edəcək. Həm də Xəzər regionu müxtəlif mədəniyyətlərlə çox zəngindir.

Dayvinq, balıqçılıq və Xəzərdə turizmin digər istiqamətləri

Azərbaycan Otellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndi deyib ki, Xəzərdə prioritet turizm istiqamətlərindən biri dayvinqdir. Dənizin dibində batmış gəmilər var və bu cür dayvinq xarici turistlər üçün çox cəlbedicidir.

"Digər tərəfdən balıqçılığın bəzi növlərini inkişaf etdirmək olar. Bundan əlavə, yaxt-klublar vasitəsilə yelkənli qayıq turizmi də inkişaf edir. Bir vaxtlar Azərbaycanın yaxt-klubları məşhur olub, hazırda bu istiqamət bərpa olunur. Bunlardan əlavə, "Daş yolu" da qeyd etmək lazımdır. Bu, təbiətin möcüzəsidir, alimlər hələ də onun necə əmələ gəldiyi üzərində baş sındırırlar. Həmin silsilə Abşeron yarımadasından keçir və bəzi yerlərdə dənizə batır. Bakıya gələn turistlər bununla maraqlanırlar", - deyə Dübəndi bildirib.

Ekspert bildirib ki, son illər bir səyahət daxilində bir neçə ölkəyə getmək mümkün olan turlar geniş yayılıb. Konkret olaraq bu cür təcrübə Azərbaycan və Gürcüstan arasında mövcuddur.

"Bu mənada əvvəllər Həştərxana da marşrutların olduğunu qeyd etmək lazımdır – dənizlə Həştərxandan Bakıya gələ bilən gəmilər işləyirdi. Onlar burada sərnişinləri götürə, Həştərxana yola sala, sonra isə Volqa ilə Moskvayadək üzə bilirdilər.

Hazırda bu marşrut tam həcmi ilə işləmir. Son bir neçə il ərzində biz bu marşrut barədə danışmışıq. Həştərxanda infrastruktur məsələlərinin müzakirə olunduğu forum keçirilib və orada həmin bu köhnə marşrutdan da söhbət açılıb", - deyə Dübəndi bildirib.

Azərbaycan Xəzərdə turizmin inkişafı üzrə liderdir

Qazaxıstanın Vətəndaş Alyansının direktoru, "Avrasiya monitorinqi" analitik tədqiqatlar mərkəzinin rəhbəri Alibek Tacibayevin sözlərinə görə, Azərbaycan Xəzər regionunda turizm sənayesinin formalaşmasında inteqrasiya proseslərinin lideridir.

"Turizm infrastrukturunun inkişafı məsələsində Qazaxıstan Azərbaycandan nümunə götürməlidir. Azərbaycan elə bir nümunədir ki, ona diqqət yetirilməlidir", - deyə Tacibayev dəyirmi masa zamanı bildirib.

Ekspertin sözlərinə görə, Aktau şəhərinin nümunəsində ümumi inkişafda, o cümlədən turizm sənayesinin inkişafında infrastrukturun inkişafının katalizator rolu oynadığını görmək mümkündür.

"Əgər hələ on il əvvəl Aktauya gələrkən biz yerləşməklə, infrastrukturla bağlı problemlərlə rastlaşırdıqsa, hazırda biz şəhərin inkişafı və genişləndirilməsi ilə bağlı hədəfləri görürük. Sahilyanı zona güclü inkişaf edir", - deyə Tacibəyev bildirib.

Onun sözlərinə görə, yaddan çıxarmaq olmaz ki, turizm potensialının olması regiona xarici investisiyaların cəlb edilməsi üçün maqnitdir.

Turizmin inkişafına ümumi yanaşma vacibdir

Belarus Turizm Sənayesi İttifaqının idarə heyətinin sədri Filip Qulı bildirib ki, regionun inkişafı institutunun başa düşülməsinə, investisiya siyasətinin vahid dialoq mexanizminə ümumi yanaşma lazımdır. İnkişafa və investisiya cəlb olunmasına ümumi yanaşmadan beş dövlətin hamısı udacaq.

"Xəzər regionunda mövcud olan əsas problem – yerli biznesin inkişafı üçün şəraitin yaradılmasına dair vahid sistem şəkildə yanaşmanın olmamasıdır. Bu, infrastruktura güzəştli sərmayə qoyuluşuna da aiddir", - deyə Qulı bildirib.

Onun sözlərinə görə, beş, bir-birindən fərqli və özünəməxsus xüsusiyyətlərə malik Xəzəryanı dövlət birlikdə güclü potensiala malikdir.

"Yaxın iyirmi illik perspektiv üçün bu, dünya səviyyəli, ciddi ziyarət yerlərindən biridir. Xəzər dənizində istirahət edərkən turistin beş fərqli mədəniyyətlə və landşaftla tanış olmaq, beş fərqli dövlətin ab-havasına baş vurmaq imkanı olur. İnfrastruktur ciddi şəkildə çatışmır, lakin onun yaradılması üçün zaman var. Xəzər dünya səviyyəsində hələ qiymətini almayıb, lakin onun perspektivləri çox yüksəkdir, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, kreativ təcrübəsi sayəsində Bakı regionda turizmdə flaqman və dominantdır. Lakin 15-20 il sonra meydana gəlməli olan əsas turizm məhsulu - haradasa istirahət etməklə beş fərqli ölkəni görmək imkanı, sonra isə Xəzərlə kruiz gəmilərində gəzmək imkanıdır.

Qulı həmçinin daxili turizmin inkişafında pandemiyanın rolunu da qeyd edib. Ekspertin fikrincə, əgər pandemiya olmasaydı, Xəzər regionunun, eləcə də istənilən digər daxili turizm növünün də inkişaf sürəti daha aşağı olardı.

Eləcə də oxuyun:

Xəbər lenti
0