Kassir dollarları sayır, arxiv şəkli

Dünyada dollar bahalaşır: "üzən" manatı xilas edəcək?

142
(Yenilənib 20:40 16.07.2021)
Dollar son zamanlarda əsas valyutalar - avro, funt-sterlinq və s. qarşısında ən çox dəyər qazanan valyutaya çevrilib. İqtisadçılar dünyada dolların bahalaşmasının səbəblərini və Azərbaycana mümkün təsirini şərh ediblər.

BAKI, 16 iyul — Sputnik. Son vaxtlar dünyada dollar digər əsas valyutalar qarşısında möhkəmlənməkdədir. Dollar indeksi son bir həftədə təxminən 2 faizə yaxın artıb. Son 1 ayda dollar avroya nisbətən 4 faizə yaxın dəyər qazanıb.

Bəs dolların bahalaşmasının səbəbləri nədir və Azərbaycana təsirləri necə olacaq?

İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, dünyada dolların möhkəmlənməsi ABŞ Federal Ehtiyat Sisteminin (FED) son toplantısında səslənən fikirlərlə əlaqədardır: "Payız aylarında FED-in bazarlara əlavə likvidlik verməsi azala bilər. Bu da dolları bahalaşdıran amilə çevrildi. Dolların bahalaşmasının digər səbəbi FED-in bəzi üzvlərinin daha tez faiz artımına gedə biləcəklərini deməsidir. Çünki ABŞ-da inflyasiya kifayət qədər sürətlə gedir, son illərin ən yüksək həddinə (5 faizi keçib) çatıb. Onlar inflyasiyanı nəzarət altına almaq üçün faiz dərəcələrini daha tez artıra biləcəklərini söyləyiblər. Hazırda faizlər sıfır səviyyəsindədir. Bu ilin sonu və yaxud gələn ilin əvvəlində uçot dərəcəsini ən azı 0,25 bənd artıra bilərlər. Bu da dollara müsbət təsir göstərdi. Yəni likvidliyin azalacağı, dollar bolluğunun qarşısının alınacağı xəbərləri dollar indeksinin son bir həftədə təxminən 2 faizə yaxın artmasına səbəb olub".

Dolların bundan sonrakı taleyi ilə bağlı FED-in növbəti toplantısına diqqət etmək lazımdır

"Dollar son zamanlarda əsas valyutalar (avro, funt-sterlinq və s.) qarşısında ən çox dəyər qazanan valyutaya çevrilib. Amma dolların bundan sonrakı taleyi ilə bağlı FED-in növbəti toplantısına diqqət etmək lazımdır.

45 gündən sonra keçiriləcək FED toplantısındakı açıqlamaları gözləmək lazımdır. O vaxtadək qapanma ehtimalları güclənərsə, iqtisadiyyat zəifləyərsə, faiz artımına gedilməsi real görünmür. Və ola bilər ki, likvidliyin azalması ilə bağlı gələn il qərar verilsin. Bu zaman dollar yenidən ucuzlaşa bilər.

Yox, əgər FED-in növbəti toplantısında likvidliyin azaldılması, faizlərin artırılması il bağlı işarələr verilərsə, bu ilin sonuna dollar ciddi dəyər qazana bilər", - deyə o qeyd edib.

Dolların bahalaşması Neft Fondundakı ehtiyatların da bahalaşmasına səbəb ola bilər

İqtisadçı bildirib ki, dolların dünyada bahalaşması Azərbaycanda məzənnə siyasətinə birbaşa təsir etmir: "Bizdə Mərkəzi Bank məzənnəni inzibati qaydada müəyyən edir. Artıq 4 ilə yaxındır ki, ölkəmizdə sabit məzənnə rejimidir. Bu, bizdə məzənnəyə birbaşa təsir etmir. Dolların bahalaşması Dövlət Neft Fondundakı ehtiyatların da bahalaşmasına, yəni valyuta ehtiyatların çəkisinin, dəyərinin artmasına səbəb ola bilər. Bu da müsbət nəticədir. Lakin dolların bahalaşması gələcəkdə idxal mallarının qiymət artımını stimullaşdıra bilər. Bu mənada daxili bazarda idxal məhsullarının az da olsa bahalaşmasının şahidi ola bilərik".

Vaksinasiyanın da təsiri var

Millət vəkili Vüqar Bayramov bildirib ki, son 1 ayda dollar avroya nisbətən 4 faizə yaxın dəyər qazanıb: "ABŞ dollarındakı artımlar Birləşmiş Ştatlar iqtisadiyyatı ilə bağlı pozitiv xəbərlər və proqnozlar ilə bağlı olmaqla yanaşı, texnoloji şirkətlərin səhmlərinin dəyərinin yüksəlməsi, valyuta və qiymətli kağızlar bazarı vasitəsi ilə istehlak mallar indeksi göstəriricləri ilə əlaqələndirilir. Digər tərəfdən, ABŞ-da sürətli vaksinasiya da dolların məzənnəsinə təsir göstərir.

335 milyon dozanın bölüşdürüldüyü Birləşmiş Ştatlarda əhalinin yarıdan çoxu artıq vaksinasiya prosesindən keçib. Dolların möhkəmlənməsi bir sıra strateji məhsullar bazarına da təsirsiz ötüşməyib. Son 1 ayda dünya bazarında qızılın qiyməti 2.8 faiz ucuzlaşıb".

Mərkəzi Bankın Azərbaycanın valyuta bazarını mərhələli şəkildə liberallaşdırması məqsədəuyğundur

Millət vəkili qeyd edib ki, dolların dünya bazarında möhkəmlənməsi fonunda region ölkələrinin bazarında ciddi volatillik müşahidə olunmasa da qonşu Rusiyada rubl son 1 ayda 3 faizə yaxın dəyər itirib: "Azərbaycanda üzən valyuta məzənnəsinə tam keçirilmədiyi üçün manatın məzənnəsi yenə də birbaşa Mərkəzi Bankın mövqeyindən asılıdır. Ölkəyə daxil olan valyutada əsas paya malik olan neftin dünya bazar qiyməti məqbul səviyyədədir. Hazırda 1 barel "Brent" markalı neft dünya bazarında 76 dollardan baha satılır. 2021-ci il dövlət büdcəsində neftin qiyməti hər barel üçün 40 dollar nəzərdə tutulsa da qlobal vaksinasiya səbəbindən enerji bazarında tələbin artması müşahidə olundu. Bununla yanaşı, qlobal bazardakı volatilliyi nəzərə alaraq Mərkəzi Bankın Azərbaycanın valyuta bazarını mərhələli şəkildə liberallaşdırması məqsədəuyğundur. Qlobal bazarlarda yeni sıçrayış risklərini nəzərə aldıqda uzun müddətli dövr üçün liberal valyuta bazarı daha sığortalanmış hesab olunur".

Eləcə də oxuyun:

142
Teqlər:
şərh, ekspert, təsir, iqtisadiyyat, Azərbaycan, bahalaşma, manat, dollar

Azərbaycan Respublikasının iqtisadi rayonlarının yeni bölgüsü

19
(Yenilənib 00:54 17.07.2021)
Azərbaycan Respublikasının iqtisadi rayonlarının bölgüsü ilə ətraflı şəkildə Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.
İnfoqrafika: AR iqtisadi rayonlarının yeni bölgüsü
© Sputnik / Elnur Salayev

Prezident İlham Əliyev iyulun 7-də "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, ölkəmizin şəhər və rayonlarının davamlı və tarazlı inkişafının təmin olunması məqsədilə qəbul edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində şəhər, qəsəbə və kəndlərimizin siması köklü şəkildə dəyişib. Regionların iqtisadi potensialı artıb, infrastruktur təminatı, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti, biznes və investisiya mühiti yaxşılaşıb, əhalinin rifah halı yüksəlib. Ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirib və 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaradıb.

"Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirir.

Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edir.

Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yeni Qarabağ iqtisadi rayonunun da yaradılması vacibdir.

Azad olunmuş ərazilərin ölkəmizin iqtisadiyyatına reinteqrasiyası digər iqtisadi rayonlar, o cümlədən Gəncə–Qazax və Aran iqtisadi rayonları üzrə planlaşdırma işinin səmərəliliyinin artırılmasını, iqtisadi idarəetmədə çevikliyin təmin olunmasını və bu məqsədlə həmin iqtisadi rayonların tərkibinə də yenidən baxılmasını tələb edir", - fərmanda deyilir.

Sözügedən fərmanla Azərbaycan Respublikasının iqtisadi rayonlarının bölgüsü təsdiq edilib. Həmin bölgü ilə ətraflı şəkildə Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.

19
Teqlər:
bölgü, rayon, iqtisadi, Azərbaycan
Nicat Hacızadə, iqtisadçı ekspert

Nicat Hacızadə Rusiya ilə ticarətdə atılan addımları açıqlayır

13
(Yenilənib 16:56 23.07.2021)
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə deyir ki, müəyyən qeyri-tarif tənzimləmələrinin aparılması, ixracın ötən illə müqayisədə azalması ilə nəticələndi
Nicat Hacızadə: “Məhdudiyyətlərin götürülməsi pomidor ixracını üstün səviyyəyə qaldırıb”

Rusiya bu ilin birinci yarısında da Azərbaycanın qeyri-neft ixracında lider mövqeyini qoruyub saxlayıb. Statistikaya görə, 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycandan 1 milyard 162 milyon 357 milyon dollarlıq qeyri-neft məhsul ixrac edilib və bu malların 30,8 faizi, yaxud 358 milyon dollarlığı Rusiyaya ixrac edilib.

Sputnik Azərbaycan REAL TV-yə istinadən bildirir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə Azərbaycan-Rusiya ticarət dövriyyəsi barədə danışıb.

O bildirib ki, buvaxta qədər qeyri-neft sektorunda əsas hərəkət verici qüvvə meyvə-tərəvəz məhsulları olub: “Xüsusən də Rusiya ilə ticarət əlaqələrində bu pay daha çoxdur. Müəyyən qeyri-tarif tənzimləmələrinin aparılması, fitosanitar və sanitar qaydalarla bağlı tələblərin müəyyən qədər dəyişməsi ixracın ötən illə müqayisədə azalması ilə nəticələndi. AQTA-nın Rusiyanın aidiyyəti qurumları ilə apardığı səmərəli danışıqların nəticəsi olaraq subyektlər üzərindən məhdudiyyətlərin götürülməsi və mütəmadi fəaliyyətə qayıdış pomidor ixracını üstün səviyyəyə qaldırıb”.

Qeyd edək ki,  Rusiya ilə Azərbaycanın ticarət əlaqələri təkcə ixracatla bitmir. 2021-ci ilin birinci yarısında Azərbaycana Rusiyadan 923 milyon dollarlıq məhsul idxal edilib ki, şimal qonşumuz bu göstərici üzrə də liderdir.

Nicat Hacızadənin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

13
Bakıda klinikaların birində koronavirus testi

Azərbaycanda son sutkada 386 nəfər COVID-19-a yoluxub