Energetika naziri AİB-in ölkə üzrə direktorunu qəbul edib

AİB Qarabağ üzrə Azərbaycanla əməkdaşlığın davam etdirilməsində maraqlıdır

13
(Yenilənib 22:24 13.07.2021)
Asiya İnkişaf Bankının (AİB) ölkə üzrə direktoru hazırda icra edilən "Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi" adlı pilot layihə üzrə görülən işləri uğurlu əməkdaşlıq nümunəsi kimi qiymətləndirib.

BAKI, 13 iyul — Sputnik. Energetika naziri Pərviz Şahbazov Asiya İnkişaf Bankının (AİB) ölkə üzrə direktoru Kendis Makdeyqanı qəbul edib.

Sputnik Azərbaycan xəbər verir ki, energetika sektorunda aparılan islahatlar, o cümlədən bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində həyata keçirilən layihələrdən danışan energetika naziri bu prosesdə beynəlxalq maliyyə qurumları, o cümlədən AİB-in dəstəyinin vacibliyini qeyd edib.

O bildirib ki, təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi prioritetləri Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair müəyyən edilmiş milli prioritetlər sırasına daxil edilib. "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanunun qüvvəyə mindiyi vurğulanıb. ADB ilə uzunmüddətli və səmərəli əməkdaşlıq əlaqələrinin bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalının təşviq edilməsi üçün dəstək mexanizmlərini müəyyən edən və bu sahədə yaranan münasibətləri tənzimləyən qanunun imzalanmasından sonrakı inkişaf mərhələsində də görüləcək işlərə töhfə verəcəyinə inam ifadə olunub.

K.Makdeyqan isə öz növbəsində ADB-nin Azərbaycanda enerji sektorunda, o cümlədən "yaşıl enerji" sahəsində, xüsusi ilə işğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerjidən istifadənin genişləndirilməsi istiqamətində əməkdaşlığın inkişafına dəstəyin davam etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Hazırda icra edilən "Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi" adlı pilot layihə üzrə görülən işlər uğurlu əməkdaşlıq nümunəsi kimi qiymətləndirilib.

Eləcə də oxuyun:

13
SOCAR işçisi

Avropa Azərbaycandan əlavə qaz almağa niyə tələsmir?

25
(Yenilənib 23:24 28.07.2021)
Avropalı istehlakçılar iri tədarüklər istəyirlər, lakin qazı maksimal qısa müddətdə almaq istəyirlər. Uzunmüddətli sazişlər onların maraqlarına cavab vermir.

BAKI, 28 iyul — Sputnik. Avropa ölkələri Azərbaycan qazını Avropaya çatdıran Transadriatik qaz kəməri üçün əlavə güclər sifariş etməyiblər. Alıcıların tədarükün artırılmasında maraqlı olmaması Bakının magistralın genişləndirilməsi üzrə planlarını təhlükə altına qoyur.

Niyə Avropa hətta kəskin çatışmazlıq şəraitində Azərbaycandan “mavi yanacaq” almaq istəmir – Bu barədə  Sputnik-in materialında.

Uğursuz hərraclar

Azərbaycan qazını Aİ bazarına daşıyan Transadriatik qaz kəməri (TAP) vasitəsilə əlavə qaz həcmlərinin satılması üçün 2019-cu ildə elan olunmuş hərraclar uğursuzluqla nəticələndi: Avropa şirkətləri onlarda iştirak üçün heç bir maraq göstərmədilər.

“Biz təsdiq edirik ki, bazar testi çərçivəsində heç bir sorğu almadıq”, - S&P Global Platts beynəlxalq analitik agentliyi TAP operatorunun nümayəndəsinin sözlərini sitat kimi gətirib.

Bazarın test edilməsinin boru kəmərinin gücünü genişləndirməyə imkan verəcəyi nəzərdə tutulurdu. Tam həcmdə hazırkı 10 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırmaq planlaşdırılırdı. Lakin Avropada “etibarlı və uzunmüddətli qaza” tələb olmadı.

TAP konsorsiumunda hərracların nəticələrini avropalı istehlakçıların qazı uzunmüddətli sazişlərlə almaq istəməmələri ilə izah ediblər. Əgər “mavi yanacaq” transsərhəd karbohidrat nizamlanması qanunlarına “ilişsə”, onda onun qiyməti xeyli artacaq.

“Təbii qazın statusu hələ dəqiqləşdirilməyib. Qaz layihələrinin Avrokomissiya tərəfindən maliyyə dəstəyi almamasının tərəfdarı çoxdur. Onların opponentləri qeyd edirlər ki, təbii qaz keçid dövründə lazım olacaq. Bütün bu məsələlər üzrə bazarın iştirakçıları kompromis tapmağa cəhd edirlər. Bütün bunlar alıcılar və daşıyıcılar üçün qeyri-müəyyənlik yaradır”, - Konsorsiumun direktorlar şurasının üzvü Murad Heydərov Report-a bildirib.

Defisit bazarı

Sorğuların olmamasına baxmayaraq, iyulun ikinci yarısında TAP, demək olar ki, tam həcmdə dolub: 24 və 25 iyulda magistral 95% dolub. Bu göstərici onun keçən il istismara verilməsindən sonra rekord olub – daha öncə bu göstərici 88%-i keçməyib.

Avropa istiqamətində tədarükün artması qanunauyğundur – bölgədə ötən qış ərzində boşalmış yeraltı anbarların doldurulması zərurətindən və artmış tələbatdan son bir neçə ay ərzində ciddi qaz defisiti hökm sürür.

Avropa yeraltı anbarlarında qaz ehtiyatlarının səviyyəsi Gas Infrastructure Europe-in 27 iyul üçün məlumatına görə, 54,7%-ə çatıb (2020-ci ilin həmin günü – 84,8%). İsitmə mövsümünün yaxınlaşması hazırkı vəziyyəti əlavə olaraq çətinləşdirir. Ənənəvi olaraq “yeraltı anbarlar” doldurulmadan paylamağa keçirlər. Anbarların hazırkı doldurulma templərini nəzərə alsaq, qışadək ehtiyatların həcmi, çətin ki, 70%-i keçsin. Norma isə 92%-dir.

İri sıxılmış qaz tədarükçüləri (ABŞ və Qətər) yüklərini daha əlverişli Cənubi Amerika və Asiya bazarlarına yönəldirlər, “Qazprom” isə bir il əvvəldən Polşa və Ukrayna vasitəsilə Avropaya əlavə həcmlərin tədarükünə dair hərraclarda iştirakdan imtina edib.

Nəticədə Avropada qazın qiyməti kəskin artmağa başladı. Niderlanddakı TTF habında qazın tədarüklə birgə qiyməti bazar ertəsi iyulun 26-da min kubmetrə $433 rəqəmində dayanıb (fevralın 23-də min kubmetr $199 idi, - Sputnik). Son iki həftə ərzində “mavi yanacaq” sabit olaraq $410-440 aralığında satılırdı.

Əldən çıxmış gəlir?

“TAP bazar testlərinin nəticəsiz yekunlarını Avropa qaz bazarındakı hazırkı vəziyyətdə əlaqələndirmək düzgün deyil, çünki söhbət təcili tədarüklərdən deyil, perspektiv tələbatdan gedir. Ona görə də anbarların doldurulması və təklifin defisiti vəziyyətini sorğuların olması heç cür düzəltməzdi”. Rusiyanın YEK-in Texnologiyaların inkişafı institutunun eksperti Dmitri Koptev bu fikirdədir.

“Buna baxmayaraq, testlərin nəticələri müəyyən dərəcədə gözlənilməz oldu, - ekspert əlavə edir. – Onlar başlamamışdan layihənin rəhbərliyi bəyan edirdi ki, müsbət nəticəyə ümid edir. Lakin belə görünür ki, ehtiyatlılıq üstün gəldi. Aydındır ki, indi treyderlər üzərlərinə əlavə uzunmüddətli öhdəliklər götürməyə hazır deyillər”.

“Avropalı istehlakçılar iri tədarüklər istəyirlər, lakin qazı maksimal qısa müddətdə almaq istəyirlər. Uzunmüddətli sazişlər onların maraqlarına cavab vermir”. REA Enerji tədqiqatları institutlarının Dünya Enerji bazarlarının öyrənilməsi mərkəzinin direktoru Vyaçeslav Kulagin deyir.

“Qaz bazarı və onun qiymət dinamikası indi sabit deyil. Əgər indi yanacaq birja meydançalarında bahadırsa, lakin heç kim zəmanət vermir ki, bir neçə aydan sonra qiymətlər iki və ya üç dəfə düşməyəcək. Ona görə də hazırda hərrac praktikası alıcılar üçün daha az cəlbedicidir”, - o əlavə edir.

Kulagin bildirir ki, “unutmaq lazım deyil ki, TAP boru kəməri Avropada yüksək qaz qiyməti hesabı ilə istismara verilirdi – min kubmetrə görə təxminən $400. Bu “Şahdəniz” yatağında (magistralın resurs bazası) qaz hasilatının başa gəlməsi qiyməti ilə bağlı idi. O min kuba görə $35-dır, “Qazprom”da bu rəqəm $15-dır.

“Əgər Avropa ölkələri indi qiymətlər yüksək olanda əlavə həcmlər alsalar, bu Bakı üçün çox əlverişli olacaq. Lakin istehlakçı ucuz olmayan qazı istənilən qiymətə almağa tələsmir. O qiymətin düşməsini gözləyir, çünki Avropa Birliyinin bazarı ümumilikdə çox elastikdir”, - Kulagin əlavə edir.

Hətta Azərbaycan qazına ajiotaj tələbat halında respublika qısa vaxt aralığında tədarükləri artıra bilməzdi. “Energetika və maliyyə institutu” Fondunun iqtisadiyyat departamentinin rəhbərinin müavini Sergey Kondratyev bu fikirdədir.

“Məhz boru kəməri qazının bütün iri tədarükçülərinin müəyyən mənada “faciəsi” məhz bundadır. Müvafiq əlverişli bazar konyunkturası halında təklifin sürətlə qarşılanması üçün onların ya sərbəst gücləri, ya da sərbəst həcmləri olmur. Azərbaycanın gündəlik və həftəlik səviyyələrdə tədarük həcmini artırmaq üçün imkanı yoxdur, bu isə hazırda alıcıların əsas marağıdır”, - o bildirib. 

Eləcə də oxuyun:

25
Teqlər:
TAP, bazar, Avropa, Azərbaycan, qaz

Azərbaycan Şimali Qafqaz İran üçün əsas elektrik enerjisi donorudur ekspert

27
(Yenilənib 23:26 28.07.2021)
Rusiyadan Azərbaycan ərazisi ilə İrana elektrik enerjisinin tədarükünü nəzərdə tutan “Şimal-Cənub” layihəsinin reallaşma şansları barədə energetika üzrə mütəxəssis Boris Martsinkeviç danışıb.

BAKI, 28 iyul – Sputnik. Şimali Qafqazda, Rusiyanın ən çoxmillətli bölgəsində enerji defisiti müşahidə olunur, analoji vəziyyət İranda da hökm sürür, buna görə də Azərbaycan hazırda bu regionlar üçün əsas elektrik enerjisi donorudur. Bu barədə Geoenergetika.info analitik jurnalının baş redaktoru Boris Martsinkeviç Sputnik Azərbaycan Multimedia mətbuat mərkəzinin təşkil etdiyi onlayn konfransda deyib.

“Rusiya üçün Azərbaycanın elektrik enerjisi var, çünki təəssüf ki, belə alınıb ki, Şimali Qafqazda enerji defisiti yaşanır. Ona görə də saldoya baxsaq, o, Azərbaycan üçün müsbətdir, bu da ölkədə hasil olunan qazın həcmi ilə elektrik stansiyalarının gücünə baxdıqda tamamilə izaholunandır. Bundan başqa, sistemlər sinxronlaşdırılmasa da, Azərbaycanın elektrik enerjisinin İrana ötürüldüyü iki xətt var”, - ekspert deyib.

Onun sözlərinə görə, İran üçün bu cür əməkdaşlıq sərfəlidir, çünki hazır məhsul almaq imkanı varsa, ölkənin şimalında özünün elektrik stansiyasını tikməyə gərək qalmır. Məhz bundan çıxış edərək də “Şimal-Cənub” enerji layihəsinin  hazırlanması üçün işçi qrupunun yaradılması barədə razılaşma imzalanıb.

“Bu xətlər Rusiya, Azərbaycan və İran arasında elektrik enerjisinin hər iki tərəfə ötürülməsi üçün rahatdır. Bu layihəni gücləndirmək olar və lazımdır. Elektrik enerjisi tədarük olunsa, İran buna ancaq şad olacaq”, - Martsinkeviç deyib.

Azərbaycanın elektrik ehtiyatı bəs edəcəkmi

Ekspertin fikrincə, digər məsələ Azərbaycanın bu layihənin öhdəsindən gələ bilməsidir. Çünki işğaldan azad edilmiş ərazilərin bərpası üçün xeyli həcmdə elektrik enerjisi gərəkdir.

“Həmin ərazilərdə mühəndis tikintiləri yoxdur, yollar dağılıb, mövcud elektrik stansiyalarının ciddi problemləri var. Azərbaycanın öz problemləri də az deyil. İstərdik ki, Rusiya elektrik enerjisinin tədarük olunması ilə Azərbaycanda yaranan problemlərin həllinə kömək olsun. Bunun üçün Dağıstanda yeni enerji güclərinin inşasına investisiyaların aktiv cəlb olunması gərəkdir. İnanmaq istərdik ki, Rusiya, Azərbaycan və İran energetika nazirliklərinin nümayəndələrindən olan işçi qrup bu istiqamətdə işlər görəcək”, - ekspert vurğulayıb.

Enerji defisitinin öhdəsindən gəlməkdə Rusiya İrana yardım edir

İranda hazırda kəskin enerji çatışmazlığı müşahidə olunur – Buşəhr AES-in növbəti enerji bloklarının tikintisi elə-belə davam etmir ki. Məhz bu səbəbdən Rusiya dövlətlərarası kredit təqdim edərək nəhəng qaz elektrostansiyasının tikintisinə başlayıb, ancaq bütün bunlar İranın daha çox inkişaf etmiş cənubunda baş verir, Martsinkeviç deyib.

“İranin şimal əyalətlərində mövcud imkanlardan aktiv yararlanmaq üçün tədarükü artırmaq lazımdır. İndi şərait belədir ki, Rusiyanın özünün Dağıstan ərazisində enerji gücləri yoxdur”, - ekspert bildirib.

Rusiya şirkətləri Qarabağın potensialını dəyərləndirməlidirlər

Martsinkeviç hesab edir ki, çaylarla bol olan dağlıq ərazi Qarabağda kiçik HES-lər tikməyə imkan verir ki, bu da Azərbaycan üçün çox sərfəlidir.

“Kiçik su-elektrik stansiyaları tikmək çox asandır, çünki dağ yerində baha başa gələn elektrik xətləri çəkməyə gərək qalmır. Bu cür HES-ləri elektrik enerjisinə ehtiyacı olan obyektlərin yanında tikmək olar. Üstəlik, onların layihəsi də tez hazırlanır, özləri də tez başa gəlir. Ümid edirəm ki, Rusiya şirkətləri hazırda Azərbaycanın təqdim etməyə hazır olduğu potensialı dəyərləndirə biləcəklər", - Martsinkeviç söyləyib.

Eləcə də oxuyun:

27
Teqlər:
Qaradağ, stansiya, tədarük, Azərbaycan, Rusiya, İran, enerji, elektrik
Manat, arxiv şəkli

Prezident İlham Əliyev Səhiyyə Nazirliyinə 600 min manat ayırıb