Şadlıq sarayı, arxiv şəkli

Şənliklərin qəfil qonaqları: onlar əylənməyə gəlmirlər

23
(Yenilənib 22:30 13.07.2021)
Monitorinq qrupları indiyədək 300-dən çox obyektdə olub, şənlik mərasimlərinin keçirildiyi obyektlərdə Nazirlər Kabinetinin müəyyən etdiyi şərtlərə əməl olunması vəziyyətini araşdırıb.

 

BAKI, 13 iyul — Sputnik. 2021-ci il iyulun 1-dən qapalı məkanlarda 150, açıq havada isə 50 nəfərin iştirakı ilə şənlik mərasimlərinin (toy, nişan, ad günü və s.) keçirilməsinə başlanıb.

Şənlik mərasimlərinin müəyyən edilmiş tələblərə uyğun təşkilinə nəzarət məqsədilə Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mütəxəssislərinin iştirakı ilə Bakı şəhərində, eləcə də respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən şadlıq saraylarında monitorinqlər davam etdirilir.

İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a bildiriblər ki, monitorinq qrupları bu günə qədər 300-dən çox obyektdə olub, şənlik mərasimlərinin keçirildiyi obyektlərdə Nazirlər Kabinetinin müəyyən etdiyi şərtlərə əməl olunması vəziyyətini araşdırıb.

İyulun 12-də keçirilmiş monitorinqlər zamanı şadlıq saraylarında bu qaydalara əsasən riayət olunduğu müəyyən edilib. Lakin şənlik mərasimlərinin təşkil edildiyi bəzi məkanlarda müəyyən edilmiş tələblərin pozulması halları aşkarlanıb. Bu xüsusilə toylarda icazə verilən saydan artıq qonaqların gəlməsi, mərasimlərə qatılan şəxslərin COVID-19-a qarşı peyvənd edilməsi və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə müvafiq sənədlərin olmaması ilə bağlıdır. Monitorinq qruplarının toy sahibləri ilə apardığı profilaktik izahatdan sonra pozuntu halları aradan qaldırılıb. Toy mərasimlərinin qaydalara uyğun həyata keçirilməsi təmin olunub, monitorinq qrupları tərəfindən yeni ailə quranlara hədiyyələr təqdim olunub.

Şənlik mərasimlərinə nəzarəti həyata keçirən orqanlar bir daha vətəndaşlara müraciət edərək toy, nişan, ad günü və s. tədbirlərin təşkili zamanı anlaşılmazlıqların baş verməməsi üçün təşkilatçılardan qonaqların say məhdudiyyəti amilini nəzərə almalarını, gələn qonaqların müvafiq sənədlərə malik olmasını əvvəlcədən dəqiqləşdirmələrini tövsiyə edir.

Eyni zamanda, şənlik mərasimlərinin təşkili ilə məşğul olan məkan sahibləri mövcud zalların ölçülərinə uyğun sifariş qəbul etməli, işçi heyətin müvafiq vasitələrlə (tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələr) tam şəkildə təmin etməlidirlər.

Xatırladaq ki, Azərbaycanda toylar monitorinq edilir. 50-150 nəfərlik mərasimlərdə qaydalara riayət olunmasının monitorinqi Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə olunub.

Şənlik mərasimlərinin təşkili ilə əlaqədar əsas qaydalar 

- 50 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərinin "İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər"də müəyyən olunmuş tələblərə uyğun olaraq təşkil edilməsinə icazə verilir. Bu tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə vacibdir. Lakin həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb edilmir.

- 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində isə yaşı 18-dən yuxarı olan bütün şəxslərin iştirakına yalnız COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənəd (COVID-19 pasportu) olduğu halda icazə verilir. Bu şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələbi yoxdur.

- Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına əsasən, 2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasport tələbi tətbiq olunan məkanlarda çalışan işçi heyətin (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) azı 80 faizinin COVID-19 pasportuna malik olması mütləqdir (1 avqustadək birinci doza qeyd olunmuş vaksinasiya sertifikatı qəbul edilir). Şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir.

- Şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi tərəfindən həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə məlumat müvafiq portala (icaze.e-gov.az) daxil edilməldir.

Keçiriləcək tədbirin tarixinə ən azı 5 gün qalmış tədbirin keçirilmə tarixi, başlama və bitmə vaxtı, qonaq sayı barədə məlumatlar portala daxil edilməlidir. Şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı karantin rejiminin qaydalarına əməl edilməsi ilə bağlı şənlik və məkan sahibi birlikdə məsuliyyət və cavabdehlik daşıyırlar. 150 nəfərdən artıq iştirakçısı olan şənlik mərasimlərinin keçirilməsi növbəti yumşalma barədə qərar qəbul olunanadək qadağandır.

- İnzibati Xətalar Məcəlləsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir.

Toylara icazə

Qeyd edək ki, 2021-ci il iyulun 1-dən Azərbaycanda toy və nişan mərasimlərinə qoyulan qadağa aradan qaldırılıb. "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" Nazirlər Kabinetinin qərarında edilən dəyişikliyə görə, mərasimlərdə qonaqların sayı 150 nəfərdən çox ola bilməz, üstəlik, toy gecə yarısından əvvəl bitməlidir.

Qonaqların sayı 50 nəfərədək olduqda onların maska taxması (yemədikləri zaman) vacib olsa da, toya COVID-19 pasportu olmayanlar da gələ bilərlər. Ancaq toya 50 nəfər və daha artıq şəxs gəlibsə, onlardan COVID pasportu tələb olunacaq. Restoran və şadlıq evlərinin personalının 80%-nin koronavirus immuniteti barədə sertifikatı olmalı, onlar mütləq maska taxmalıdırlar (musiqiçilər istisna olmaqla).

Eləcə də oxuyun:

23
Mövzu:
Azərbaycanda toylar (34)

Azərbaycan Respublikasının iqtisadi rayonlarının yeni bölgüsü

23
(Yenilənib 00:54 17.07.2021)
Azərbaycan Respublikasının iqtisadi rayonlarının bölgüsü ilə ətraflı şəkildə Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.
İnfoqrafika: AR iqtisadi rayonlarının yeni bölgüsü
© Sputnik / Elnur Salayev

Prezident İlham Əliyev iyulun 7-də "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, ölkəmizin şəhər və rayonlarının davamlı və tarazlı inkişafının təmin olunması məqsədilə qəbul edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində şəhər, qəsəbə və kəndlərimizin siması köklü şəkildə dəyişib. Regionların iqtisadi potensialı artıb, infrastruktur təminatı, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti, biznes və investisiya mühiti yaxşılaşıb, əhalinin rifah halı yüksəlib. Ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirib və 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaradıb.

"Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirir.

Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edir.

Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yeni Qarabağ iqtisadi rayonunun da yaradılması vacibdir.

Azad olunmuş ərazilərin ölkəmizin iqtisadiyyatına reinteqrasiyası digər iqtisadi rayonlar, o cümlədən Gəncə–Qazax və Aran iqtisadi rayonları üzrə planlaşdırma işinin səmərəliliyinin artırılmasını, iqtisadi idarəetmədə çevikliyin təmin olunmasını və bu məqsədlə həmin iqtisadi rayonların tərkibinə də yenidən baxılmasını tələb edir", - fərmanda deyilir.

Sözügedən fərmanla Azərbaycan Respublikasının iqtisadi rayonlarının bölgüsü təsdiq edilib. Həmin bölgü ilə ətraflı şəkildə Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.

23
Teqlər:
bölgü, rayon, iqtisadi, Azərbaycan
Nicat Hacızadə, iqtisadçı ekspert

Nicat Hacızadə Rusiya ilə ticarətdə atılan addımları açıqlayır

13
(Yenilənib 16:56 23.07.2021)
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə deyir ki, müəyyən qeyri-tarif tənzimləmələrinin aparılması, ixracın ötən illə müqayisədə azalması ilə nəticələndi
Nicat Hacızadə: “Məhdudiyyətlərin götürülməsi pomidor ixracını üstün səviyyəyə qaldırıb”

Rusiya bu ilin birinci yarısında da Azərbaycanın qeyri-neft ixracında lider mövqeyini qoruyub saxlayıb. Statistikaya görə, 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycandan 1 milyard 162 milyon 357 milyon dollarlıq qeyri-neft məhsul ixrac edilib və bu malların 30,8 faizi, yaxud 358 milyon dollarlığı Rusiyaya ixrac edilib.

Sputnik Azərbaycan REAL TV-yə istinadən bildirir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə Azərbaycan-Rusiya ticarət dövriyyəsi barədə danışıb.

O bildirib ki, buvaxta qədər qeyri-neft sektorunda əsas hərəkət verici qüvvə meyvə-tərəvəz məhsulları olub: “Xüsusən də Rusiya ilə ticarət əlaqələrində bu pay daha çoxdur. Müəyyən qeyri-tarif tənzimləmələrinin aparılması, fitosanitar və sanitar qaydalarla bağlı tələblərin müəyyən qədər dəyişməsi ixracın ötən illə müqayisədə azalması ilə nəticələndi. AQTA-nın Rusiyanın aidiyyəti qurumları ilə apardığı səmərəli danışıqların nəticəsi olaraq subyektlər üzərindən məhdudiyyətlərin götürülməsi və mütəmadi fəaliyyətə qayıdış pomidor ixracını üstün səviyyəyə qaldırıb”.

Qeyd edək ki,  Rusiya ilə Azərbaycanın ticarət əlaqələri təkcə ixracatla bitmir. 2021-ci ilin birinci yarısında Azərbaycana Rusiyadan 923 milyon dollarlıq məhsul idxal edilib ki, şimal qonşumuz bu göstərici üzrə də liderdir.

Nicat Hacızadənin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

13

Putin Rusiya HDD-nin ən yeni silahlarından söz açıb