İşıq şəbəkəsi, arxiv şəkli

Azərbaycandan Avropaya elektrik enerjisi: mif, yoxsa reallıq

2479
(Yenilənib 17:52 12.07.2021)
Azərbaycandan Avropaya elektrik enerjisinin ixracı ölkəmiz üçün nə dərəcədə rentabellidir – Sputnik Azərbaycan bu sualın cavabını araşdırıb.

BAKI, 12 iyul — Sputnik. Tranzit yolların kəsişməsində yerləşən Azərbaycan həm də dünya və bölgə bazarlarına enerji resurslarının ən mühüm tədarükçülərindən biri hesab olunur. Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində avropalı istehlakçılara təbii qaz tədarük edən Azərbaycan enerji bazarında özünü etibarlı tərəfdaş kimi təsdiqləyib. Anomal istilər və mayeləşdirilmiş təbii qazın tədarükünün azalması səbəbindən Avropada "mavi yanacağa" tələbatın kəskin artdığı bir vaxtda Azərbaycan TAP qaz kəmərini tam gücü ilə işə salaraq ixracı artırıb.

Bundan başqa, ölkəmiz artıq uzun illərdir ki, xam neft tədarük edir və OPEC+ müqaviləsi çərçivəsində neft hasilatı tənzimləmələri ilə bağlı bütün razılaşmalara əməl edir. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) xam neft tədarük etməklə yanaşı, neft məhsullarının istehsalı üçün ölkə xaricində bir sıra layihələr də həyata keçirir.

Azərbaycanın dünya enerji təhlükəsizliyində artan rolu fonunda bölgə ölkələri və əsas enerji istehlakçıları ilə əməkdaşlıq sahələri də genişlənir. Belə ki, hələ 2019-cu ildə Azərbaycanın Gürcüstan və Türkiyə ərazisindən keçməklə Avropaya elektrik enerjisinin tədarükünə başladığı barədə məlumat verilmişdi. 2019-cu ilin may ayının 1-də Gürcüstan və Türkiyə ərazisindən keçməklə Yunanıstana, eləcə də Gürcüstan, Türkiyə və Bolqarıstandan keçməklə Rumıniya və Macarıstana elektrik enerjisinin ixracatına başlandı.

Tədarükün artırılması planı

Azərbaycan istehsalı olan elektrik enerjisinin Türkiyə ərazisindən keçməklə Avropaya tədarükünün artırılması məsələsi Azərbaycan və Türkiyə hökumətləri arasında müzakirə ediləcək. Bu məsələ Azərbaycanla Türkiyə arasında 2021-ci ilin fevralında imzalanmış İqtisadi Əməkdaşlıq üzrə Fəaliyyət Planında nəzərdə tutulur.

Bundan başqa, Türkiyənin enerji istehsalı və mühəndislik üzrə şirkətləri Azərbaycan şirkətləri ilə kiçik su elektrik stansiyalarının, elektrik stansiyalarının və yarımstansiyaların quraşdırılması və idarə olunması layihələrində əməkdaşlıq edəcəklər.

Analitiklərin hesablamalarına görə, Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü vasitəsilə ölkəmiz Avropaya ildə 700 MVt elektrik enerjisi ixrac edə bilər. Bu proqnozlar ölkənin bir neçə milyard kVt/saat həcmində qiymətləndirilən enerji potensialına əsaslanır.

İran Azərbaycandan "elektrik yardımı" gözləyir

Bir qədər bundan əvvəl İranın elektrik sənayesinin təmsilçisi Mustafa Rəcəbi Məşədi bəyan etmişdi ki, bu ölkədə vaxtaşırı müşahidə olunan elektrik enerjisi kəsintiləri fonunda Azərbaycan, Ermənistan və Türkmənistandan elektrik enerjisi idxal etmək qərarına gəlinib.

Məşədi elektrik böhranı kəskinləşməmişdən əvvəl də İranın Azərbaycandan elektrik idxalına başladığını bildirmişdi. İranın Muğan bölgəsinin elektrik xətlərinin Azərbaycan elektrik şəbəkəsi ilə sinxronlaşdırılması nəticəsində 73 meqavat elektrik enerjisinin idxalına başlanıb. Bu xətt üzrə idxal olunan elektrik enerjisi pik saatlarında 130 meqavatadək artırıla bilər.

Reallıq nədən ibarətdir?

Bununla belə, reallıq göstərir ki, Azərbaycan elektrik ixracatı baxımından hələ gözlənilən səviyyəyə gəlib çatmayıb. Ötən ilin statistikasına baxsaq, Azərbaycandan elektrik enerjisinin ixracı 1,150 milyard kVt/s təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 340 milyon kVt / saat (23%) azdır.

Azərbaycanın ixracat istiqamətləri arasında İran da var - keçən il bu ölkəyə 204 milyon kVt/s, Türkiyəyə – 101 milyon kVt/s, Rusiyaya –118,5 milyon kVt/s, Gürcüstana – 725 milyon kVt/s elektrik enerjisi ixrac edilib.

Eyni zamanda, 2020-ci ildə Azərbaycan İran, Rusiya və Gürcüstandan 136 milyon kilovatsaat elektrik enerjisi idxal edib.

Beləliklə, daxili tələbatı, demək olar ki, tamamilə ödəyən Azərbaycan qonşu ölkələrə əhəmiyyətli miqdarda elektrik enerjisi ötürür. Ancaq Energetika Nazirliyinin məlumatına görə, keçən il Avropaya tədarük reallaşmayıb və 2021-ci ilin ilk aylarına aid məlumatlara nəzər salsaq, bu il də "köhnə qitəyə" elektrik enerjisi ixracının həyata keçirilmədiyini görmək olar.

Elektrik mübadiləsi ixracat hesab olunmur

"Caspian Barrel" Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, elektrik enerjisinin kommersiya satışı onun mübadilə ilə qarışdırılmamalıdır.

"Azərbaycan elektrik enerjisinin Avropaya ixracı ölkəmiz üçün iqtisadi cəhətdən sərfəli deyil, çünki bizdə elektrik enerjisinin maya dəyəri bahadır. Bununla belə, alternativ enerji mənbələrindən alınan elektrik enerjisi istehsalı daha baha başa gəlir. Əslində, bu gün Azərbaycanda külək və günəşdən alınan elektrik enerjisi büdcədən subsidiya olunur", – deyə Şaban Sputnik Azərbaycan-a bildirib.

Onun sözlərinə görə, 2021-ci ildə Azərbaycandan ixrac olunacaq elektrik enerjisinin miqdarının 1,1 milyard kVat/saatdan çox olmayacağı gözlənilir və ixrac siyahısında Avropa ölkələri yer almır.

İrana, Rusiya və Gürcüstana elektrik enerjisi ixracına gəlincə, bu əməliyyat elektrik enerjisinin kommersiya satışı deyil, ölkələr arasında enerji mübadiləsindən ibarətdir.

"Bu təcrübə sovet dövründən qalıb və hələ də davam edir. Bu, adi enerji mübadiləsidir. Yəni, istehsal etdiyimi elektrik enerjisi izafi miqdarda olanda qonşu ölkələrə ötürülür, bizdə enerji çatışmayanda isə qonşu ölkələrdən, əsasən də Rusiyadan idxal edirik. Hazırda Azərbaycanın heç bir şirkətlə elektrik enerjisinin kommersiya alqı-satqısı yoxdur ", – deyə ekspert qeyd edib.

Eləcə də oxuyun: 

  • Tarif Şurası daha bir enerji növünün qiymətini tənzimləmək səlahiyyəti aldı

  • Azərbaycan iqtisadiyyatında baş verənlər: Ölkəyə yenə milyardlar axacaq

  • Xəzərdə əməkdaşlıq məsələsi: qarşılıqlı investisiyalar, tranzit və "yaşıl enerji"

2479
Teqlər:
Avropa, İran, Azərbaycan, ixrac, elektrik enerjisi, enerji bazarı, enerji
AQTA-nın aparat rəhbəri Elxan Mikayılov

Elxan Mikayılov: “AQTA toxumların virusa görə müayinəsini həyata keçirir”

9
(Yenilənib 14:39 30.07.2021)
AQTA-nın aparat rəhbəri Elxan Mikayılov deyib ki, Rusiyaya ixrac olunan bir neçə yük partiyasında qonur qarışıqlıq və pepina virusunun aşkarlanması ilə bağlı agentliyə bildirişlər daxil olub
Elxan Mikayılov: “Təsərrüfatlarda monitorinqlərin aparılmasına başlanılıb”

“Bitki mənşəli viruslar insan sağlamlığına təsir etməsə də, məhsuldarlığı qismən və ya tamailə məhv etmək gücündədir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında AQTA-nın aparat rəhbəri Elxan Mikayılov deyib.

O bildirib ki, son dövrlə dünyada və qonşu ölkələrdə bu tip virusların yayılma halları müşahidə edilir: “Bu həmin virusların bizim ərazilərimizdə də yayılma riskini artırır. AQTA dövrü olaraq gömrük rəsmiləşməsindən keçən idxal olunmuş toxumların virusa görə müayinəsini həyata keçirir. Qeyd edim ki, Rusiyaya ixrac olunan bir neçə yük partiyasında qonur qarışıqlıq və pepina virusunun aşkarlanması ilə bağlı agentliyə bildirişlər daxil olub. O cümlədən ixrac olunmuş kartofda da Azərbaycan mənşəli viruslar aşkarlanıb. Bununla bağlı olaraq təsərrüfatlarda monitorinqlərin aparılmasına başlanılıb”.

Elxan Mikayılovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

9
Elman Rüstəmov

Elman Rüstəmov: "Sürətlə hərəkət edən qatarın önündə durmaqdansa, ona minmək lazımdır"

16
(Yenilənib 16:13 30.07.2021)
Rəqəmsal pulların istifadəsi imkanları haqda danışan Elman Rüstəmov bu sahədə dünyada ciddi müzakirələr və eksperimentlərin aparıldığını qeyd edib.

BAKI, 30 iyul — Sputnik. Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov ölkədə rəqəmsal pulların istifadəsi imkanlarına münasibət bildirib.

Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, bu barədə baş bankir onlayn keçirdiyi mətbuat konfransında danışıb.

"Sürətlə hərəkət edən qatarın önündə durmaqdansa, ona minmək lazımdır. Hesab edirəm ki, biz bu qatara oturanlardan olacağıq. Amma rəqəmsal valyuta ilə bağlı suallar çoxdur. Məsələn, bu növ valyuta maliyyə sabitliyinə necə təsir edəcək? Həmçinin çirkli pulların yuyulması ilə bağlı vəziyyətin də necə olacağı sual doğurur. Amma dünyada ciddi müzakirələr və eksperimentlər aparılır.

AMB rəqəmsal manatla bağlı araşdırmalar aparır və bu sahədə Türkiyə Mərkəzi Bankı ilə həftəlik müzakirələr gedir. Onların ciddi tədqiqatları var və biz də bu tədqiqatlara qoşulmuşuq. Nəticə haqqında ictimaiyyətə məlumat verəcəyik. Hesab edirəm ki, bu, rəqəmsal iqtisadiyyatın ciddi tərkib hissəsi olacaq", - deyə o, qeyd edib.

Elman Rüstəmov bildirib ki, Azərbaycanın investisiya reytinqi tezliklə bərpa olunacaq: "Koronavirus (COVID-19) pandemiyası dövründə AMB-nin həyata keçirdiyi siyasət, iqtisadi artımın bərpası Azərbaycanın beynəlxalq reytinqlərinin yaxşılaşması ilə müşahidə olunur. Beynəlxalq reytinq agentlikləri Azərbaycanın reytinqini bir neçə pillə yüksəldib. Hesab edirəm ki, görülən bu işlər ona gətirib çıxaracaq ki, ölkənin investisiya reytinqi tezliklə bərpa olunacaq. O cümlədən ölkə prezidentinin Qarabağla bağlı təşəbbüsləri uğurla nəticələncək, investisiya reytinqimizin bərpa olunmasına xidmət edəcək".

AMB sədri qeyd edib ki, Azərbaycanda nağdsız ödənişlərlə bağlı problem olmasa da, əhali hələ də nağd ödənişə üstünlük verir.

Bundan başqa, baş bankir deyib ki, cəmiyyətdə və mətbuatda hələ də manatın məzənnəsi ilə bağlı müzakirələr gedir.

"Əgər biz tam üzən məzənnə rejimində olsaydıq, manatın möhkəmlənməsi istiqamətində təzyiqlə üzləşə bilərdik", - baş bankir əlavə edib.

Bundan başqa, E.Rüstəmovun sözlərinə görə, çirkli pulların yuyulması ilə mübarizədə sərtləşmə müşahidə edilir: Ölkə prezidentinin iradəsi ilə çirkli pullarla aparılan mübarizə bankları ehtiyatlı olmağa sövq edir. Əldə olunan nəticələr hələ ki, AMB-ni qane etmir. Bizim görməli olduğumuz işlər çoxdur".

Eləcə də oxuyun:

16
Teqlər:
rəqəmsal, manat, Elman Rüstəmov
Пульт дистанционного управления телевизором

CBC teleradio şirkətində kadr dəyişiklikləri baş verib