Pambıq tarlası fonunda ev, arxiv şəkli

İxracımızda pambıq mahlıcı birinci, qızıl ikinci, pomidor üçüncü olub

24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyun sayı açıqlanıb. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 184 milyon ABŞ dolları və ya 25,4 faiz artıb

BAKI, 1 iyul — Sputnik. 2021-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın ixracı 8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 907,6 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 184 milyon ABŞ dolları və ya 25,4 faiz artıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın iyun sayında bildirilib.

2021-cu ilin yanvar-may ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (108,6 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl ikinci (87,4 milyon ABŞ dolları), pomidor (tomat) isə üçüncü (87 milyon ABŞ dolları) yerdə qərarlaşıb.

Cari ilin yanvar-may ayları ərzində Rusiyaya 279,5 milyon, Türkiyəyə 255 milyon, İsveçrəyə 91,1 milyon, Gürcüstana 69,1 milyon və ABŞ 29,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2021-ci ilin may ayı Azərbaycanın ümumi ixracı 1,6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 210,5 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac ötən ilin may ayı ilə müqayisədə 22 faiz və ya 38 milyon ABŞ dolları daha çoxdur. Habelə, 2021-ci ilin qeyri-neft sektorunun tərkibi üzrə yeyinti məhsullarının ixracı 85,4 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 125,1 milyon ABŞ dolları təşkil edib. 2021-cu ilin may ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (91 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə ikinci (38,7 milyon ABŞ dolları) və İsveçrə üçüncü (22,9 milyon ABŞ dolları) olub.

Cari ilin may ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (44,7 milyon ABŞ dolları) birinci, qızıl (22,8 milyon ABŞ dolları) ikinci və kartof (19,2 milyon ABŞ dolları) üçüncü olub.

İlin ixrac göstəriciləri

2021-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanın ixracı 6,4 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 697 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 146 milyon ABŞ dolları və ya 26,5 faiz artıb.

2021-ci ilin yanvar-aprel ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (96,4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl ikinci (64,6 milyon ABŞ dolları), pomidor (tomat) isə üçüncü (42,3 milyon ABŞ dolları) yerdə qərarlaşıb. Statistikaya əsasən, digər mallar müvafiq olaraq, ilkin formalı polipropilen (37,1 milyon ABŞ dolları), qabığı təmizlənmiş meşə fındığı (34,7 milyon ABŞ dolları), xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (33,6 milyon ABŞ dolları), xurma (31,9 milyon ABŞ dolları), elektrik enerjisi (23,2 milyon ABŞ dolları) və s. təşkil edir.

2021-ci ilin yanvar-aprel ayları ərzində Türkiyəyə 216,2 milyon, Rusiyaya 188,5 milyon, İsveçrəyə 68,2 milyon, Gürcüstana 53,5 milyon və ABŞ 23 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2021-ci ilin aprel ayı Azərbaycanın ümumi ixracı 3,2 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 195,4 milyon ABŞ dolları təşkil edib. 2021-ci ilin aprel ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (58,7 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə ikinci (53,2 milyon ABŞ dolları) və İsveçrə üçüncü (23,3 milyon ABŞ dolları) olub.

2021-ci ilin aprel ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (27,8 milyon ABŞ dolları) birinci, qızıl (21,2 milyon ABŞ dolları) ikinci və pomidor (21 milyon ABŞ dolları) üçüncü olub.

2021-ci ilin yanvar-aprel ərzində meyvə-tərəvəz ixracı 131,5 milyon, pambıq lifi ixracı 97 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 53 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 31,4 milyon, pambıq ipliyi ixracı 15,2 milyon, kimya sənayesi məhsullarının ixracı 13,1 milyon, şəkər ixracı 13,3 milyon, bitki heyvan mənşəli piylər və yağlar ixracı 11,2 milyon, spirtli və spirtsiz içkilərin ixracı 5,1 milyon və çay ixracı 3 milyon ABŞ dolları təşkil edib.

Həmçinin oxuyun:

Ekspert Azərbaycan qaz ixracatındakı artımın səbəblərini açıqlayır

Azərbaycanın daha 11 müəssisəsinə Rusiyaya pomidor ixracına icazə verilib

Azərbaycanda ixracatın dəstəklənməsi üçün hansı addımlar atılmalıdır? – professor danışır

24
İqtisadçı-ekspert Rəşad Həsənov

Manatın dövretmə sürətinə hansı amillər təsir edib? ekspert şərh edir

12
(Yenilənib 16:28 26.07.2021)
İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, biz bu sürət artımını əvvəlki illərlə müqayisə etsək, o qədər də çox böyük artımdan söhbət getmir
Rəşad Həsənov: “Qeyri-neft iqtisadiyyatında nisbətən daha sürətli artım qeydə alınır”

Bu il iyulun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,72 bənd təşkil edib. Bu, iyunun 1-i ilə müqayisədə 0,22 bənd çox, yanvarın 1-nə nisbətən 0,15 bənd çox, ötən il iyulun 1-i ilə müqayisədə isə 0,22 bənd azdır.

İqtisadçı ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyir ki, manatın dövretmə sürətinin artması müəyyən qədər pandemiyanın təsirlərinin aradan qalxması ilə bağlıdır: “Bura həm də şəffaflaşma ilə bağlı görülən tədbirlərin təsirini də aid etmək olar. Bu baxımdan müəyyən qədər artım müşahidə edilməkdədir. Amma biz bu sürət artımını əvvəlki illərlə müqayisə etsək, o qədər də çox böyük artımdan söhbət getmir. Son illərdə qeyri-neft iqtisadiyyatında nisbətən daha sürətli artım qeydə alınır. Burada manatın dövretmə sürəti neft sektoru ilə müqayisədə daha yüksəkdir. Amma düşünürəm ki, maliyyə, bank sektorunun tam inkişaf mərhələsinə daxil ola bilməməsi, iqtisadiyyatın müəyyən qədər risklər qarşısında olması manatın dövretmə sürətini orta göstəriciyə yaxınlaşdırmasının qarşısını alan məsələlərdir”.

Rəşad Həsənovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

12
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı

Vüsal Qasımlı: “Azərbaycanda iqtisadi artımın əsas drayveri qeyri-neft sənayesidir”

26
(Yenilənib 16:04 23.07.2021)
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyir ki, bu dövrdə manatın məzənnəsi sabit qalmış, inflyasiya isə 4,3 %-ə çatmaqla Mərkəzi Bankın müəyyənləşdirdiyi koridorda olub
Vüsal Qasımlı: “Azərbaycan iqtisadiyyatı miqyas və keyfiyyət dəyişikliyi ərəfəsindədir”

“Bu ilin ilk yarısında Azərbaycanda iqtisadi artım bərpa olunaraq 2,1 %-ə çatıb”. Sputnik Azərbaycan xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

Onun sözlərinə görə, Azərbaycanda iqtisadi artımın əsas drayveri qeyri-neft sənayesidir: “Ümumiyyətlə, qeyri-neft sektorunda 5,1 %-lik artım qeydə alınıb. Bu dövrdə manatın məzənnəsi sabit qalmış, inflyasiya isə 4,3 %-ə çatmaqla Mərkəzi Bankın müəyyənləşdirdiyi koridorda olub. Baxmayaraq ki, dünya bazar qiymətlərinin yüksəlməsilə idxal inflyasiyası təzyiqi yaranıb, mәzәnnә, pul tәklifi vә faiz dәrәcәlәrindən istifadə etməklə qiymətlərin sabitliyi qorunur. Fiskal vә monetar siyasәtin səmərəli koordinasiyası makroiqtisadi sabitliyi təmin edir. Azərbaycan iqtisadiyyatı Qarabağın reinteqrasiyası və regional kommunikasiyaların açılması perspektivi, habelə ölkənin müdafiə və rəqabət qabiliyyətinə qarşı yeni tələblərin müəyyənləşməsilə yeni miqyas və keyfiyyət dəyişikliyi ərəfəsindədir”.

Vüsal Qasımlının fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

26

Londonun su batmış küçələri