Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan Rusiya bankı ilə "yaşıl investisiya"ların müzakirəsini aparır

© Sputnik / Maksim Blinov / Mediabanka keçid"Qazprom" stendi, arxiv şəkli
Qazprom stendi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.06.2021
Abunə olmaq
“Qazprombank” nümayəndələri ilə müzakirələrdə işğaldan azad edilmiş ərazilərimizdə bərpa olunan enerji potensialına diqqət ayrılıb.

BAKI, 30 iyun — Sputnik. Azərbaycanla Rusiya arasında energetika sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Energetika naziri Pərviz Şahbazov “Qazprombank”ın birinci vitse-prezidenti, kapital bazarları blokunun rəhbəri Denis Şulakovun başçılıq etdiyi nümayəndə heyətini videokonfrans formatında qəbul edib.

Görüşdə Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə bərpa olunan enerji potensialı, sektorda davam edən islahatlar, görülən işlər və nəzərdə tutulan planlar, həmçinin bu prosesin özəl sektor üçün yaradacağı imkanlar diqqətə çatdırılıb.

© Photo : Ministry of Energynergetika naziri Pərviz Şahbazov “Qazprombank”ın birinci vitse-prezidenti, kapital bazarları blokunun rəhbəri Denis Şulakovun başçılıq etdiyi nümayəndə heyətini videokonfrans formatında qəbul edib
Azərbaycan Rusiya bankı ilə yaşıl investisiyaların müzakirəsini aparır - Sputnik Azərbaycan, 1920, 30.06.2021
nergetika naziri Pərviz Şahbazov “Qazprombank”ın birinci vitse-prezidenti, kapital bazarları blokunun rəhbəri Denis Şulakovun başçılıq etdiyi nümayəndə heyətini videokonfrans formatında qəbul edib

Bank təmsilçiləri tərəfindən isə aşağı karbonlu iqtisadiyyata keçid, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və enerji effektivliyi tədbirləri üçün istifadə edilə bilən “yaşıl istiqraz”lar, “yaşıl investisiya”lar və “yaşıl maliyyələşmə” mexanizmləri haqqında məlumat verilib.

Görüşün sonunda müvafiq sahədə müzakirələrin davam etdirilməsi qərara alınıb.

İşğaldan azad edilmiş ərazilərin bərpası

Qarabağda 44 günlük müharibədən sonra işğaldan azad edilmiş bölgələrdə bərpa və quruculuq işlərinə başlanıb. Bu prosesə yerli müəssisələr və qurumlarla yanaşı, müxtəlif xarici şirkətlər də dəvət alıb. Qarabağda "ağıllı" şəhər və kənd sistemləri olacaq. Bərpa zamanı ən yeni texnologiyalardan istifadə ediləcək.

Füzulidə beynəlxalq aeroportun tikilməsinə start verilib. Prezident İlham Əliyevin sözlərinə görə, ya Laçın, ya Kəlbəcərdə ikinci beynəlxalq hava limanı inşa ediləcək. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan olunub və orada 30 illik fasilədən sonra "Xarı-bülbül" festivalı keçirilib.

Eləcə də oxuyun:

Xəbər lenti
0