Şuşa şəhərindən görüntü

Milyonluq idarə: vergiləri ödəyəndən sonra qalan pulu istifadə etməkdə sərbəstdir

887
(Yenilənib 18:20 22.06.2021)
İdarənin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

 

BAKI, 22 iyun — Sputnik. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin nizamnamə fondunun məbləği açıqlanıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İdarənin nizamnaməsində qeyd olunub. Beləliklə, nizamnamə fondunun məbləği 1 000 000 manat təşkil edir.

İdarənin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

İdarə öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir, balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

İdarə qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra İdarənin, onun nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

İdarənin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Azərbaycan Prezidentinin qərarı ilə dövlət büdcəsinə köçürülür.

İdarə "Dövlət rüsumu haqqında" qanununda nəzərdə tutulmuş xidmətləri göstərdiyinə (hüquqi hərəkətləri həyata keçirdiyinə) görə həmin Qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu, habelə qanunla müəyyən edildiyi hallarda digər ödənişlər tutur. İdarənin tutduğu dövlət rüsumunun "Dövlət rüsumu haqqında" qanunu ilə müəyyən edilən hissəsi İdarənin fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə onun hesabına köçürülür. "Reklam haqqında" qanunun 26.2-3-cü maddəsinə müvafiq olaraq İdarənin açıq məkanda reklam yayımına görə tutduğu haqqın məbləği dövlət tərəfindən tənzimlənən qiymətlərə (tariflərə) aiddir.

Eləcə də oxuyun:

  • Şuşa şəhərində yaradılacaq dövlət qoruğu belə olacaq

  • Azərbaycan UNESCO-nun missiyasının Ağdam, Füzuli və Şuşaya səfər etməsini təklif edib

  • Azərbaycanda fəaliyyət göstərən icmalar Şuşa Bəyannaməsinə münasibət bildirdi

887
Teqlər:
fond, Nizamnamə, qoruq, Şuşa
İqtisadçı-ekspert Rəşad Həsənov

Manatın dövretmə sürətinə hansı amillər təsir edib? ekspert şərh edir

12
(Yenilənib 16:28 26.07.2021)
İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, biz bu sürət artımını əvvəlki illərlə müqayisə etsək, o qədər də çox böyük artımdan söhbət getmir
Rəşad Həsənov: “Qeyri-neft iqtisadiyyatında nisbətən daha sürətli artım qeydə alınır”

Bu il iyulun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,72 bənd təşkil edib. Bu, iyunun 1-i ilə müqayisədə 0,22 bənd çox, yanvarın 1-nə nisbətən 0,15 bənd çox, ötən il iyulun 1-i ilə müqayisədə isə 0,22 bənd azdır.

İqtisadçı ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyir ki, manatın dövretmə sürətinin artması müəyyən qədər pandemiyanın təsirlərinin aradan qalxması ilə bağlıdır: “Bura həm də şəffaflaşma ilə bağlı görülən tədbirlərin təsirini də aid etmək olar. Bu baxımdan müəyyən qədər artım müşahidə edilməkdədir. Amma biz bu sürət artımını əvvəlki illərlə müqayisə etsək, o qədər də çox böyük artımdan söhbət getmir. Son illərdə qeyri-neft iqtisadiyyatında nisbətən daha sürətli artım qeydə alınır. Burada manatın dövretmə sürəti neft sektoru ilə müqayisədə daha yüksəkdir. Amma düşünürəm ki, maliyyə, bank sektorunun tam inkişaf mərhələsinə daxil ola bilməməsi, iqtisadiyyatın müəyyən qədər risklər qarşısında olması manatın dövretmə sürətini orta göstəriciyə yaxınlaşdırmasının qarşısını alan məsələlərdir”.

Rəşad Həsənovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

12
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı

Vüsal Qasımlı: “Azərbaycanda iqtisadi artımın əsas drayveri qeyri-neft sənayesidir”

26
(Yenilənib 16:04 23.07.2021)
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyir ki, bu dövrdə manatın məzənnəsi sabit qalmış, inflyasiya isə 4,3 %-ə çatmaqla Mərkəzi Bankın müəyyənləşdirdiyi koridorda olub
Vüsal Qasımlı: “Azərbaycan iqtisadiyyatı miqyas və keyfiyyət dəyişikliyi ərəfəsindədir”

“Bu ilin ilk yarısında Azərbaycanda iqtisadi artım bərpa olunaraq 2,1 %-ə çatıb”. Sputnik Azərbaycan xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

Onun sözlərinə görə, Azərbaycanda iqtisadi artımın əsas drayveri qeyri-neft sənayesidir: “Ümumiyyətlə, qeyri-neft sektorunda 5,1 %-lik artım qeydə alınıb. Bu dövrdə manatın məzənnəsi sabit qalmış, inflyasiya isə 4,3 %-ə çatmaqla Mərkəzi Bankın müəyyənləşdirdiyi koridorda olub. Baxmayaraq ki, dünya bazar qiymətlərinin yüksəlməsilə idxal inflyasiyası təzyiqi yaranıb, mәzәnnә, pul tәklifi vә faiz dәrәcәlәrindən istifadə etməklə qiymətlərin sabitliyi qorunur. Fiskal vә monetar siyasәtin səmərəli koordinasiyası makroiqtisadi sabitliyi təmin edir. Azərbaycan iqtisadiyyatı Qarabağın reinteqrasiyası və regional kommunikasiyaların açılması perspektivi, habelə ölkənin müdafiə və rəqabət qabiliyyətinə qarşı yeni tələblərin müəyyənləşməsilə yeni miqyas və keyfiyyət dəyişikliyi ərəfəsindədir”.

Vüsal Qasımlının fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

26

Londonun su batmış küçələri