CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan Qətər şirkətlərini ölkəyə cəlb etmək niyyətindədir

CC BY 2.0 / Francisco Anzola / Doha skylineДоха, фото из архива
Доха, фото из архива - Sputnik Azərbaycan, 1920, 21.06.2021
Abunə olmaq
Qətərin Azərbaycandakı səfiri ilə bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

BAKI, 21 iyun — Sputnik. Energetika naziri Pərviz Şahbazov Qətər Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Feysəl bin Abdullah Al Hinzabı qəbul edib.

Bu barədə Sputnik Azərbaycan-a Energetika Nazirliyindən verilən məlumatda deyilir. Görüşdə energetika sahəsində ikitərəfli münasibətlərin inkişaf perspektivləri və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Səfir “Cənub Qaz Dəhlizi” layihəsinin başa çatması və Azərbaycan təbii qazının Avropaya nəqlinin başlanması münasibətilə təbriklərini çatdırıb, bu layihənin Avropanın enerji təhlükəsizliyinin təmininə verdiyi töhfəni vurğulayıb.

Görüşdə enerji keçidi prosesində təbii qazın atmosferə daha az karbon emissiyası atması nəzərə alınaraq keçid yanacağı kimi vacib rolu qeyd olunub. İki ölkə arasında bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Hər iki sahə üzrə ölkəmizdə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülmüş işlər haqqında məlumat verilib. Energetika sektorunun inkişafına özəl, o cümlədən xarici investisiyaların cəlb edilməsi istiqamətində addımların atıldığı və Qətər şirkətlərinin gələcəkdə ölkəmizdə bərpaolunan enerji sahəsi üzrə təşkil ediləcək hərraclarda iştiraka təşviq edilməsinin əhəmiyyəti vurğulanıb.

Həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

Eləcə də oxuyun:

Xəbər lenti
0