Sənəddə imza, arxiv şəkli

Azərbaycanda bir neçə şəxs üç il gəlir vergisi ödəməyəcək

23
(Yenilənib 22:14 07.06.2021)
"Startap" şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir

 

BAKI, 7 iyun — Sputnik. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən sahibkarlıq subyektlərinə ilk "Startap" şəhadətnamələri təqdim olunub.

KOBİA-dan Sputnik Azərbaycan-a bildirilib ki, bunlar müvafiq elektron resurslardan və mobil tətbiqlərdən istifadə etməklə vətəndaşlara və sahibkarlara müxtəlif xidmətlər təklif edən "Çak-çuk", "Dr.Agro" və "Bonpini" onlayn platformalarıdır.

"Cyber Security Lab" MMC-nin www.cakcuk.az platforması ev təmizliyi, usta, bərbərxana kimi 180-dək istiqamət üzrə xidmət göstərən işçiləri və işəgötürənləri bir araya gətirməklə, onlar arasında körpü rolunu yerinə yetirir, eyni zamanda, leqal sahibkarlığı və rəsmi məşğulluğu təşviq edir.

"Bonpini" MMC-nin www.bonpini.az onlayn platforması isə fərdi yaşayış sahələrinin icarədarları üçün xidmətlər təklif edir.

"Dr.Agro" MMC-nin "Dr.Agro" proqramı (www.dragro.az) kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şəxslərə əkini planlama, büdcənin hesablanması, aqronomdan məsləhət almaq, fərdi gübrələmə və dərmanlama planları, torpaq və su analizləri kimi xidmətlərdən istifadə imkanı verir.

"Startap" şəhadətnaməsi KOB subyektlərini Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Qeyd edək ki, "Startap" şəhadətnaməsini almaq üçün sahibkarlıq subyektləri KOBİA-ya müraciət etməlidir. Nazirlər Kabinetinin 2021-ci il 29 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş "Startapın müəyyən olunması meyarları"na uyğun gələn müraciətlərə Ekspertlər Şurası tərəfindən baxılır və "Startap" şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilir.

Ekspertlər Şurasında İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Əqli Mülkiyyət Agentliyinin, Milli Elmlər Akademiyasının nümayəndələri, müstəqil ekspert qismində isə "Azərbaycanda İnternetin İnkişafı Forumu" İctimai Birliyi, "Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu" İctimai Birliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nəzdində fəaliyyət göstərən "İnnovasiyalar və rəqəmsal texnologiyalar" üzrə komissiya təmsil olunur.

Eləcə də oxuyun:

  • Orxan Məmmədov: “Pandemiya KOB-ların rəqəmsallaşmasının vacibliyini bir daha göstərdi”

  • İqtisadi islahatlardan danışarkən - Sahibkarların kreditlərə əlçatanlığı necədir?

23
Teqlər:
Azərbaycan, sahibkar, vergi
Buğda yığımı, arxiv şəkli

Azərbaycan buğda idxalını artırıb - Buğda alışının xərci qədər olub?

73
(Yenilənib 20:05 17.06.2021)
Dünya bazarlarında qiymətlərin bahalaşması ilə əlaqədar Azərbaycanın buğda idxalı üçün xərcləri artıb

BAKI, 17 iyun — Sputnik. Bu ilin 5 ayında Azərbaycan 99 milyon 808 min dollar dəyərində 392 min 213 ton buğda idxal edib.

Azərbaycanın xaricdən buğda idxalı artıb

Sputnik Azərbaycan Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, idxal olunan buğdanın dəyəri 33,7%, miqdarı isə 14,7% artıb.

2020-ci ilin 5 ayında Azərbaycana 74 milyon 614 min dollar dəyərində 341 min 835 ton buğda gətirilib.

Buğda idxalı daha 3 il ƏDV-dən azad edilib

Qeyd edək ki, bu ilin mart ayında Azərbaycanda buğda idxalı daha 3 il ƏDV-dən azad edilib. Buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azad edilib. Eyni zamanda kəpəyin istehsalı və satışının da ƏDV-dən azad edilməsi müddəti 3 il artırılıb. İndiyə qədər qüvvədə olan Vergi Məcəlləsinə əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən 4 il müddətinə, kəpəyin istehsalı və satışı 2019-cu il martın 1-dən 2 il müddətinə ƏDV-dən azad idi.

Un istehsalı ilə məşğul olan şəxslərə subsidiya verilib

Fevral ayında Nazirlər Kabineti "Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə" Qərar qəbul edib. Qərara əsasən, un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonuna görə bu ilin fevralın 1-dən mayın 1-dək olan dövrdə 35 manat məbləğində subsidiya verilib.

Azərbaycanda taxıl biçini mövsümünə start verilib

İyunun 8-dək Azərbaycanda taxıl sahələrinin 11,4 faizində biçin başa çatıb. Ümumilikdə 115512 hektar sahədə biçin aparılıb, sahələrdən 337600 ton məhsul yığılıb. Hazırda taxıl üzrə məhsuldarlıq hər hektara orta hesabla 29,2 sentner təşkil edir. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, bu göstərici əsasən arpa biçininin nəticələrinə əsasən formalaşıb: "Hazırda buğda biçini yalnız Şamaxı, Cəlilabad və Göyçayda kiçik sahələrdə aparılır. Ümumilikdə bugünədək 2520 hektar sahədə buğda biçilib. 112992 hektar sahədə isə arpa biçini başa çatıb. Arpa üzrə orta məhsuldarlıq 29,4 sentnerdir, biçinin miqyası genişləndikcə bu rəqəm də artacaq. Arpa biçininin respublika üzrə optimal müddətdə başa çatacağını gözləyirik. İyunun ikinci ongünlüyündə artıq Aran rayonlarında kütləvi buğda biçininə də başlanacaq".

Bu il ölkədə 986685 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Əkin sahələrinin 611967,3 hektarını buğda, 374717 hektarını isə arpa sahələri təşkil edir.

"Aqroservis" ASC-nin kombaynları sahəsi 50 hektaradək olan kiçik və orta təsərrüfatlarda biçin aparır. Bu il taxıl sahələrinin 78 faizi məhz kiçik təsərrüfatların payına düşür. Biçin prosesi növbəlilik prinsipi əsasında aparılır. Növbəlilik sistemi biçinə hazırlıq dövründə yerlərdə icra nümayəndələri və bələdiyyələr tərəfindən müəyyənləşdirilib, sistemə nəzarət isə Dövlət Aqrar İnkişaf Mərkəzləri tərəfindən həyata keçirilir.

2021-ci ildə taxıl biçini ərəfəsində "Aqroservis" ASC-nin rayon bölmələrində 650, təchizat bazalarında isə 135 taxılbiçən kombayn var. Kombaynların hamısı biçinə hazır vəziyyətdədir. Bundan başqa, biçin prosesində fiziki və hüquqi şəxslərə məxsus 1000-dən artıq kombaynın iştirakı gözlənilir. Rayonların kombaynlara olan tələbatının əvvəldən müəyyən edilməsi, texnikaların biçindən əvvəl tələbata uyğun olaraq rayonlarda dislokasiya olunması, "Aqroservis" ASC tərəfindən sosial biçin siyasətinin həyata keçirilməsi (ilk növbədə 50 hektaradək sahələrdə biçin aparılacaq) ötən illərdə olduğu kimi bu il də biçin prosesində texnika ilə təminatda problem olmayacağını söyləməyə əsas verir.

Azərbaycanda ərzaqlıq buğda ilə özünütəminat səviyyəsinin 70-75 faizə çatması mümkündür

Xatırladaq ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini, aqrar sahə üzrə ekspert Ramil Hüseyn Sputnik Azərbaycan-a deyib ki, ölkəmizdə tarixən formalaşmış ərzaq istehlakı modelində çörək və çörək məhsullarının istehlakı mühüm yer tutur: "Bu baxımdan Azərbaycanın ərzaq təhlükəsizliyi konsepsiyasında da ərzaqlıq buğda ilə özünü təminat səviyyəsinin yüksəldilməsi məsələsi önə çıxır. Son illər ölkəmizdə ərzaqlıq buğda istehsalının artırılması istiqamətində kompleks işlər görülür və dövlət tərəfindən bu sahənin inkişafı subsidiyalaşdırılır".

O bildirib ki, Azərbaycanda ərzaqlıq buğda ilə özünütəminat səviyyəsi 60 faiz ətrafındadır və ölkəmiz bu sahədə idxaldan asılıdır: "İşğaldan azad edilən ərazilərimizin təsərrüfat dövriyyəsinə cəlb edilməsi idxaldan asılılığın aradan qaldırılması istiqamətində mühüm rol oynayacaq. Ermənistan tərəfi işğal etdikləri ərazinin təxminən 90-100 min hektarlıq sahəsində taxıl becərdiklərini bəyan edirdi və hazırda həmin ərazilərin 70 faizindən çoxu Azərbaycan Ordusunun nəzarətinə keçib. Azərbaycan Ordusu əraziləri işğaldan azad etdikdən dərhal sonra həmin sahələr təsərrüfat dövriyyəsinə cəlb edilməyə başlayıb. İlk olaraq Cəbrayıl rayonu ərazisində 7 min hektar sahədə taxıl bitkisi əkilib. Yaz əkinlərinin davam edəcəyi, 20-25 min hektar sahədə taxıl əkiləcəyi proqnozlaşdırılır. Növbəti illərdə bu sahələrin daha da artırılması istiqamətində iş aparılacaq".

Ekspertin sözlərinə görə, orta müddətli dövrdə işğaldan azad edilmiş ərazilərimizin təsərrüfat dövriyyəsinə cəlb edilməsi nəticəsində kənd təsərrüfatında ümumi məhsul istehsalının 10 faiz artacağı proqnozlaşdırılır:

"Həmin ərazilərin təsərrüfat dövriyyəsinə cəlb edilməsi xüsusən də heyvandarlığın inkişafına töhfə verəcək. Eyni zamanda buğda ilə özünütəminat səviyyəsinin yaxşılaşdırılması istiqamətində nailiyyətlər əldə oluna bilər. Hesablamalar göstərir ki, həmin ərazilərdə buğda istehsalının artması nəticəsində Azərbaycanda ərzaqlıq buğda ilə özünütəminat səviyyəsinin 70-75 faizə çatması mümkündür. Hazırda həyata keçirilən siyasət də bu istiqamətdə qarşıya qoyulan hədəflərə nail olunacağını göstərir. Eyni zamanda Azərbaycanda iri təsərrüfatların yaradılması da buğdada məhsuldarlığın artırılmasına hesablanıb. Və qarşıdakı illərdə bu istiqamətdə daha yaxşı nəticələrin əldə edilməsi mümkündür".

"Ötən ilin rəqəmlərinə baxdıqda isə bizə aydın olur ki, hazırda əsasən ərzaqlıq buğdanı Rusiyadan idxal edirik. Belə ki, 2020-ci ildə 297 milyon ABŞ dolları dəyərində 1,3 milyon ton həcmində ərzaqlıq buğda Rusiyadan idxal edilib. İdxal edilən buğdanın orta qiyməti 216 ABŞ dolları olub. Azərbaycan ərzaqlıq buğdanın 98 faizindən çoxunu Rusiyadan idxal edib. Həmçinin cüzi miqdarda Qazaxıstandan da idxal həyata keçirilib", - deyə o qeyd edib.

"Azərbaycanın ərzaq təhlükəsizliyi konsepsiyasının tərkib hissəsi olaraq əhalinin un və un məmulatları ilə təminatı, xüsusən də çörək istehsalçılarına davamlı olaraq un təminatı istiqamətində işlər aparılır. Bu istiqamətdə son illər ölkə bazarında da sabitliyin qorunub saxlanması görülən işlərin əyani nəticəsidir. 2020-ci ildə quraqlıq buğda istehsalına müəyyən təsir etsə də 2021-ci illə bağlı proqnozlar daha müsbətdir. Belə ki, ölkədə buğda istehsalı artacaq. Ümumiyyətlə, 2021-ci ildə qlobal bazarda da daha çox buğda təklif olunacağı gözlənilir. Dünyada da buğda istehsalının artması ilə bağlı proqnozlar var. Bu isə onu deməyə əsas verir ki, görülən tədbirlər Azərbaycanda un və un məmulatlarının qiymətində kəskin dəyişmələrin qarşısını almağa yönəlib və hər hansı bir kəskin dəyişmələr proqnozlaşdırılmır", - deyə mütəxəssis əlavə edib.

73
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

Putin ABŞ-ın beynəlxalq korporasiyalara qoyulan vergi ilə bağlı ideyası barədə

8
Rusiya prezidenti Ali Dövlət İdarəçiliyi Məktəbinin idarəetmə kadr ehtiyatlarının inkişafı proqramının dördüncü buraxılış məzunları ilə videorabitə vasitəsilə görüş keçirib.

BAKI, 17 iyun — Sputnik. Rusiyanın prezidenti Vladimir Putin bildirib ki, hökumət başçısı Mixail Mişustinə ABŞ-ın beynəlxalq korporasiyalara qoyulan vergilərin artırılması barədə təklifini RF-in milli maraqları nöqteyi-nəzərindən diqqətlə araşdırmağı tapşıracaq. Sputnik Azərbaycan xəbər verir ki, cümə axşamı dövlət başçısı Ali Dövlət Idarəçiliyi Məktəbinin idarəetmə kadr ehtiyatlarının inkişafı proqramının dördüncü buraxılış məzunları ilə videorabitə vasitəsilə görüş keçirib.

Onların arasında Federal Vergi Xidmətinin rəhbəri Daniil Yeqorov da olub. Putin ABŞ-ın beynəlxalq korporasiyalara qoyulan verginin artırılması təklifinin Rusiyada tətbiqi barədə Yeqorovun fikrini soruşub.

"Mən sizin diqqətinizi buna çəkmək istəyirəm. Əlbəttə, mən hökumətin sədrinə və sizin iqtisadi blokdakı həmkarlarınıza da bu məsələni öyrənməyi tapşıracağam ki, bizim milli maraqlarımız da nəzərə alınsın", - deyə Putin xidmət rəhbərinə bildirib.

Putin - Bayden görüşü

Cenevrədə iyunun 16-da Putinlə Baydenin tamformatlı sammiti keçirilib. Prezidentlər təkbətək və geniş tərkibdə 4,5 saat görüşüblər və razılaşmalar əldə ediblər. Belə ki, Rusiya lideri bəyan edib ki, strateji sabitliyə dair idarələrarası səviyyədə məsləhətləşmələrə başlamaq barədə qərar verilib. Bundan əlavə, tərəflər nüvə müharibəsində qaliblərin ola bilməyəcəyi barədə prinsipə sadiqliyə dair birgə bəyanat qəbul ediblər.

Həmçinin oxuyun:

Politoloq Bayden-Putin görüşü haqqında: heç bir sensasiya baş vermədi

Putin – Bayden zirvəsi: Qarabağ haqqında bir kəlmə belə deyilmədi

Putin Cenevrədə mətbuat konfransında nələrdən danışdı?

8
Футболисты сборной Нидерландов

AVRO-2020: Daha bir yığma 1/8 finala vəsiqə qazanıb

0
Xallarını 6-ya çatdıran Niderland seçməsi vaxtından əvvəl pley-offa yüksəlib. Avstriya isə 3 xalla üçüncü pillədə qərarlaşıb.

Futbol üzrə Avropa çempionatının C qrupunda II tura yekun vurulub.

"Report"un məlumatına görə, Niderland millisi Amsterdamdakı "Yohan Kroyf Arena"da Avstriya yığması ilə qarşılaşıb. Rəqibini 2:0 hesabı ilə məğlub edən "narıncılar" 1/8 finala vəsiqəni təmin ediblər.

Görüşdə hesabı 11-ci dəqiqədə penaltidən Memfis Depay açıb. İlk hissə bu hesabla başa çatıb. İkinci yarıya da fəal başlayan meydan sahibləri 67-ci dəqiqədə Denzel Dümfrisin qolu ilə fərqi 2 topa çatdırıblar. Bu qol eyni zamanda oyunun yekun nəticəsini müəyyənləşdirib.

Beləliklə, xallarını 6-ya çatdıran Niderland seçməsi vaxtından əvvəl pley-offa yüksəlib. Avstriya isə 3 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, daha əvvəl İtaliya və Belçika yığmalarının qrupdan çıxmaları dəqiqləşib.

0