Prezident İlham Əliyev "Binəqədi" yarımstansiyasını işə saldı

1801
1952-ci ildə inşa edilən “Binəqədi” yarımstansiyası istismar müddətini iki dəfə keçmişdi. İndi bu yarımstansiya müasir avtomatika sistemləri ilə təchiz edilərək tam yenidən qurulub.

BAKI, 3 iyun — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 110/35/6 kilovoltuq “Binəqədi” yarımstansiyasının açılışında iştirak edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilib. “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına yarımstansiyada görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, 1952-ci ildə inşa edilən “Binəqədi” yarımstansiyası istismar müddətini iki dəfə keçmişdi. Bu isə texnoloji itkilərin çoxalmasına, müxtəlif qəza hallarının, qısaqapanmaların baş verməsinə, istehlakçıların enerji təchizatında fasilələrin yaranmasına səbəb olurdu. İndi bu yarımstansiya müasir avtomatika sistemləri ilə təchiz edilərək tam yenidən qurulub. Burada görülən işlər çərçivəsində yeni avadanlıqla komplektləşdirilmiş, müasir mikroprosessor tipli rəqəmsal idarəetmə, mühafizə və avtomatika sistemləri ilə təchiz olunmuş yeni İdarəetmə Mərkəzi tikilib və yerli mikro-SCADA sistemi qurularaq yarımstansiyanın idarə olunması tam rəqəmsallaşdırılıb.

  • İlham Əliyev 110/35/6 kilovoltuq “Binəqədi” yarımstansiyasının açılışını edib
    © Official website of President of Azerbaijan Republic
  • İlham Əliyev 110/35/6 kilovoltuq “Binəqədi” yarımstansiyasının açılışını edib
    © Official website of President of Azerbaijan Republic
  • İlham Əliyev 110/35/6 kilovoltuq “Binəqədi” yarımstansiyasının açılışını edib
    © Official website of President of Azerbaijan Republic
1 / 3
© Official website of President of Azerbaijan Republic
İlham Əliyev 110/35/6 kilovoltuq “Binəqədi” yarımstansiyasının açılışını edib

Qeyd edək ki, “Binəqədi” yarımstansiyasının yenidən qurulması həm də ona görə əhəmiyyətlidir ki, o, paytaxtın Binəqədi, Nərimanov, Nəsimi rayonlarının dayanıqlı elektrik enerjisi təchizatının təmin olunmasında mühüm rol oynayır.

Diqqətə çatdırıldı ki, Abşeron Regional Elektrik Şəbəkəsinin bu ərazidə yerləşən inzibati binası da yenidən qurulub. Şəbəkənin köhnə inzibati binası genişləndirilərək əsaslı təmir olunub, heyətin fasiləsiz iş rejimində çalışması üçün zəruri şərait yaradılıb. Bununla yanaşı, “Azərenerji” ASC-nin xüsusi təyinatlı maşın-mexanizmləri üçün nəqliyyat sahəsi və onlara təmir xidməti göstərəcək sahələr yaradılıb. Müxtəlif relyeflərdə, ağır şəraitdə işləyə biləcək xüsusi təyinatlı maşınlar alınıb. Ərazidə transformatorların təmir sahəsi qurulub, xüsusi layihə əsasında abadlıq işləri görülüb, geniş yaşıllıq sahələri salınıb.

Prezident İlham Əliyev “Binəqədi” yarımstansiyasını işə saldı.

Dövlətimizin başçısına işğaldan azad edilən Suqovuşan qəsəbəsində yenidən qurulması tam başa çatan, ümumi gücü 7,8 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyalarında görülən işlər barədə də məlumat verildi.

Eləcə də oxuyun:

  • İlham Əliyev Ağdamın bərpasının təməl daşını qoyub: Ermənistan ağ bayraq qaldırdı

     

1801
 S7 Airlines aviaşirkətinin sərnişin təyyarəsi, arxiv şəkli

Mahaçqaladan Bakıya birbaşa aviareys olacaq

50
S7 Airlines aviaşirkəti Dağıstan Respublikasından Azərbaycana ilk uçuşunu iyulun 4-də həyata keçirəcək.

 

BAKI, 19 iyun — Sputnik. İyulun 4-dən etibarən Mahaçqala ilə Bakını birbaşa aviareys bağlayacaq. Mahaçqala hava limanının mətbuat xidmətindən bildirildiyinə görə, biletlər artıq satışdadır.

Mahaçqaladan Bakıya ilk uçuş iyulun 4-ü Bakı vaxtı ilə 02:05-ə S7 Airlines aviaşirkətinin təyyarəsi ilə həyata keçirilməlidir.

Boeing 737-800 176 sərnişin tutur. Azərbaycan paytaxtına reyslər hər həftə şənbədən bazara keçən gecə həyata keçiriləcək.

Azərbaycana gələn bütün 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənəd təqdim etməlidirlər.

Yaşı 18-dən yuxarı olan sərnişinlərin tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID Pasport) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənəd təqdim etməlidirlər.

S7 aviaşirkəti iyunun 15-dən Samaradan Bakıya aviareyslər həyata keçirir.

Həmçinin aviaşirkət iyunun 23-dən Krasnoyarsk-Bakı-Krasnoyarsk marşrutu üzrə uçuşlar həyata keçirəcəklər.

Azərbaycanda fvqustun 1-dək xüsusi karantin rejimi qüvvədədir. Quru yolla beynəlxalq sərnişin daşımaları praktiki olaraq kəsilib, avianəqliyyat isə yalnız xüsusi uçuşlar həyata keçirir.

50
İlyas Hüseynov

Politoloq: “Bu səbəbdən Azərbaycan-NATO münasibətləri yüksək qiymətləndirilir”

7
(Yenilənib 17:31 18.06.2021)
Politoloq İlyas Hüseynov deyir ki, Azərbaycan NATO modelində kiçik və mobil, qarşısına qoyulan hədəfləri yerinə yetirməyə qadir ordu quruculuğunda maraqlıdır
İlyas Hüseynov: ““Şuşa Bəyannaməsi”ndə bunun ilkin təzahürləri var”

İndi Azərbaycanla NATO arasındakı münasibətlər heç vaxt olmadığı qədər vacibdir. Bunu Təhlükəsizlik Siyasəti və İnkişaf İnstitutunun həmtəsisçisi və direktoru Svante Kornell "Azərbaycanın Avro-atlantik sülh və təhlükəsizliyə töhfəsi" adlı beynəlxalq konfransda deyib.

Politoloq İlyas Hüseynov Sputnik Azərbaycan-a deyir ki, son dövrlər Azərbaycanda NATO modelinə uyğun olaraq Türkiyə nümunəsində ordu quruculuğu istiqamətində addımların atıldığını müşahidə edirik: “Bu səbəbdəndir ki, Azərbaycan-NATO münasibətləri yüksək qiymətləndirilir. Azərbaycan NATO modelində kiçik və mobil, qarşısına qoyulan hədəfləri yerinə yetirməyə qadir ordu quruculuğunda maraqlıdır. Bu anti-terror əməliyyatların keçirilməsi zamanı bizə yararlı ola bilər. Ölkəmizlə təşkilat arasında əməkdaşlığın dərinləşdirilməsi nəzərdən keçirilir. “Şuşa Bəyannaməsi”ndə də bunun ilkin təzahürləri vardır”.

İlyas Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

7