Yanacaqdoldurma

Azərbaycanda Aİ-95 markalı benzinin bahalaşma səbəbləri bəlli oldu

9216
Azərbaycanda yanacağın qiymətinə sonuncu dəfə bu ilin yanvarında dəyişiklik edilib. Aİ-95 markalı benzinin qiyməti isə bu gün qalxıb.

BAKI, 2 iyun - Sputnik. Azərbaycanda Aİ-95 ("Premium") və Aİ-98 ("Super") markalı avtomobil benzinin bahalaşma səbəbi bəlli olub. 

Qeyd edək ki, ölkəyə idxal olunan Aİ-95 benzininin qiyməti 1,25 manatdan 1,40 manata, Aİ-98 benzininin qiyməti isə 1,40 manatdan 1,55 manata qalxıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, ölkə daxilində bu benzin növlərinin qiymətinin artımı birbaşa olaraq dünya bazarında neftin və neft məhsullarının bahalaşması ilə əlaqədardır:

"Hər iki benzin növü ölkəyə idxal olunur. Bu benzin növləri ölkə daxilində istehsal olunmur və idxal olduğuna görə, həmin benzin növlərinin qiyməti də idxal edilən ölkələrin, yəni beynəlxalq bazarda olan qiymətlərdən asılıdır. Beləliklə, dünyada neftin və neft məhsulların qiyməti artdıqca, bu benzin növlərinin də Azərbaycanda qiyməti artır, azaldıqca – azalır. Məsələn, pandemiyadan əvvəl Aİ-95-in bir litrinin qiyməti 1,5 manat idi, daha sonra, pandemiya dövründə hətta 1,2 və 1,1 manata düşmüşdü. İndi isə dünyana neftin və neft məhsulların qiyməti artıb və bununla əlaqədar olaraq idxal edilən benzin növlərinin qiyməti Azərbaycanda da yüksəlib".

SOCAR-ın rəsmisi həmçinin əlavə edib ki, əgər bu benzin növlərinin qiyməti dünya bazarlarında azalarsa, Azərbaycanda da bu benzin növləri ucuzlaşacaq, artdığı halda isə bahalaşacaq.

"Bu benzin növləri Azərbaycanda nisbətən az istifadə olunur. Əsas istifadə edilən yanacaq növləri dizel və Aİ-92 benzinidir. Bunlar ölkədə istehsal olunur. Ölkə daxilində istehsal olduğuna görə, bunların qiymətini dövlət tənzimləyir. Gələcəkdə Heydər Əliyev adına NEZ-də aparılan modernizasiya nəticəsində 2022-ci ildən sonra zavodda Aİ-95 benzinin də istehsalı mümkün ola bilər. Belə olduğu halda, biz bu benzinin idxalından asılılığımızı azalda bilərik və yaxud ümumiyyətlə aradan qaldıra bilərik. Yəni özümüz ölkə daxili istehsal edəcəyik və qiymət də artıq xarici amillərdən asılı olmayacaq. Belə olduğu halda, dövlət öz siyasətinə uyğun olaraq onları tənzimləyə biləcək", - deyə İ. Əhmədov qeyd edib.
Qeyd edək ki, bu ilin I rübündə Azərbaycana gətirilən benzinin əsas hissəsini Aİ-95 ("Premium") markalı avtomobil benzini təşkil edib. Hesabat dövründə ölkəyə 16,781 mln. dollarlıq 26 277,71 ton sözügedən benzindən gətirilib. Bu da illik müqayisədə həcm ifadəsində 71,6%, dəyər ifadəsində isə 45,1% çoxdur.

Cari ilin yanvar-mart aylarında Azərbaycana Aİ-95-in əsas ixracatçısı Rusiya olub (idxalın 90,3%-i). Rusiyadan Azərbaycana 15,143 mln. dollar dəyərində 23 721,48 ton "Premium" benzin tədarük olunub, bu, illik müqayisədə həcm ifadəsində 60,4%, dəyər ifadəsində isə 36,2% çoxdur.

Aİ-98-ə gəldikdə, yanvar-martda sözügedən benzin Azərbaycana yalnız Rumıniyadan idxal olunub. Belə ki, hesabat dövründə bu ölkədən Azərbaycana 562,73 min dollarlıq 718,75 ton Aİ-98 benzini tədarük olunub, bu da illik müqayisədə 3,4 dəfə çoxdur.

***

Azərbaycanda bu gündən benzinin qiymətində dəyişiklik edilib. Aİ-95 markalı benzinin qiyməti 1.40 manat olub.

Məlumatlı mənbələrdən bildirilib ki, qiymət dəyişikliyinə beynəlxalq birjalarda neftin qiymətinin artması səbəb olub. Belə ki, Aİ-95 markalı benzin Azərbaycanda istehsal olunmadığı, xaricdən idxal edildiyi üçün qiymət artımı labüd olub. 

Qeyd edək ki, buna qədər sözügedən marka benzinin qiyməti 1.25 manat idi.

Tarif Şurasının saytında isə Aİ-95 benzinin qiymət dəyişikliyi barədə məlumat verilməyib.

Xatırladaq ki, Azərbaycanda yanacağın qiymətinə sonuncu dəfə bu ilin yanvarında dəyişiklik edilib. Yanvarın 4-də Tarif (qiymət) Şurasının iclasında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.

Eləcə də oxuyun:

  • Büdcəmiz dizeldən "yeyəcək", bəs biz?

  •  ABŞ-da benzinin qiyməti 7 ilin rekordunu təzələdi

  • Hər beş elektrokar sahibindən biri yenidən adi avtomobillərə qayıdır

  •  Qonşularımızdan neft məhsullarının ixracına qadağa - Azərbaycana təsiri necə olacaq?

9216
Teqlər:
artım, qiymət, benzin
Müslüm İbrahimov

Post-neft erası üçün hansı addımlar atılmalıdır? professor açıqlayır

25
(Yenilənib 16:32 11.06.2021)
Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov deyir ki, ərazilərdə institusional islahatlar limanı və istehsal infrastrukturunun yaradılması və geniş nəqliyyat şəbəkəsinin qurulması ilə buna nail olmaq mümkündür
Müslüm İbrahimov: “İşğaldan azad edilmiş ərazilərdən maksimum istifadə etmək lazımdır”

Dünya energetikasındakı inqilabi dəyişikliklər neft hasil edən ölkələr üçün müəyyən təhdidlər formalaşdırır. Buna ölkə iqtisadiyyatı hazır olmalıdır”. Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin plenar iclasında deyib.

Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan neft ölkəsi olaraq belə mürəkkəb situasiyaya hazır olmalıdır: “Bunun üçün də işğaldan azd edilmiş əraziləri maksimum şəkildə istifadə etmək lazımdır. Ərazilərdə institusional islahatlar limanı və istehsal infrastrukturunun yaradılması və geniş nəqliyyat şəbəkəsinin qurulması ilə buna nail olmaq mümkündür. Zərərli xərclərin səviyyəsinin endirilməsi ilə insan kapitalının artımına nail olmaq mümkündür. Bundan başqa dövlət şirkətlərinin restruktizasiya edilməsi vasitəsilə sahibkarlıq sahələri ilə körpünün qurulmasına ehtiyac duyulur. Qlobal neft şirkətləri artıq öz portfellərini yenidən qurmaqdadır. SOCAR da neft və qaz sahələrindən başqa sahələrin də inkişafına diqqət yetirməlidir”.

Müslüm İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

25
Ziyarətçilər Bakıda Caspian Agro 2021 və InterFood Azerbaijan 2021 sərgilərində

Ötən həftə hansı mühüm iqtisadi hadisələr ilə yadda qaldı

2078
(Yenilənib 16:27 14.06.2021)
Azərbaycanda karantin rejimi dövründə ilk dəfə ÜDM istehsalının artması, Bakıda "Caspian Agro 2021" və "InterFood Azerbaijan 2021" sərgilərinin keçirilməsi, iri ticarət mərkəzlərinin açılması - Sputnik Azərbaycan bu həftənin ən mühüm iqtisadi hadisələrindən bəhs edir.

BAKI, 13 iyun — Sputnik. Bu həftə Azərbaycanda baş verən iqtisadi hadisələr içərisində ümumi daxili məhsul (ÜDM) istehsalının artması diqqət çəkib. Belə ki, karantin rejiminə keçdikdən sonra ilk dəfə olaraq ölkəmizdə iqtisadi artım qeydə alınıb.

Ümumi Daxili Məhsul istehsalı artıb

Dövlət Statistika Komitəsi 2021-ci ilin yanvar-may aylarında ümumi daxili məhsul istehsalı ilə bağlı məlumat yayıb. Bu ilin ilk 5 ayında 31 milyard 532 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub və bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çoxdur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 6,7 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 4,5 faiz artıb. Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az, yanvar-mart aylarında isə 1,3 faiz az ÜDM istehsal olunub. Pandemiyaya görə ötən il Azərbaycanda ÜDM istehsalı 4,3 faiz azalmışdı. Göründüyü kimi, bu ilin 5 ayında ÜDM-də artım qeydə alınıb.

Mərkəzi Bank valyuta bazarı və məzənnə ilə bağlı məlumat yayıb

Bu həftə Mərkəzi Bankın valyuta bazarı və məzənnə ilə bağlı məlumatı diqqət çəkib. Məlumata görə, cari ilin fevral ayından başlayaraq valyuta hərraclarında, eləcə də valyuta bazarının nağd və qeyri-nağd seqmentlərində tələb əhəmiyyətli azalmaqdadır. Cari ilin II rübündə keçirilmiş 19 valyuta hərracının 18-də tələb təklifdən aşağı olub. "Yaranmış meyllər dünyada COVID-19 virusuna qarşı uğurla həyata keçirilən vaksinasiya proqramları fonunda karantin məhdudiyyətlərinin yumşaldılması nəticəsində qlobal iqtisadi canlanma prosesinin sürətlənməsi, qlobal enerji bazarlarında neftin qiymətinin bərpası, ölkədə qeyri-neft ixracının artımı, gözləntilərin əhəmiyyətli yaxşılaşması və həyata keçirilən kontrtsiklik makroiqtisadi siyasətdən təsirlənir. Hazırda hərraclarda Dövlət Neft Fondunun qrafikə uyğun satıla bilməyən vəsaiti 364 milyon ABŞ dolları təşkil edir. İlkin qiymətləndirmələrə görə 2021-ci ilin I rübündə ölkənin cari əməliyyatlar balansında ÜDM-in 5.6%-i həcmində profisit olub. Qeyd olunan daxili və xarici amillərin mövcudluğu manatın məzənnəsinin sabitliyinin fundamental amillərlə bağlı olduğunu göstərir və valyuta bazarında tarazlığın qarşıdakı dövrdə də təmin olunacağını şərtləndirir",- məlumatda deyilib.

Xatırladaq ki, cari ilin ilk beş ayında Neft Fondu valyuta hərraclarında 2,303 mlrd. dollar məbləğində vəsait satıb ki, bu da 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə 36,7% azdır. Təkcə mayda isə 312,8 mln. ABŞ dolları məbləğində vəsait satılıb ki, bu da aprel ayı ilə müqayisədə 38,7%, ötən ilin may ayı ilə müqayisədə isə 6,4% azdır.

Bakı Ekspo Mərkəzində "Caspian Agro 2021" və "InterFood Azerbaijan 2021" sərgiləri açılıb

Bu həftə Bakı Ekspo Mərkəzində 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (Caspian Agro 2021) və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi (InterFood Azerbaijan 2021) sərgiləri işə başlayıb. Koronavirus pandemiyası ilə əlaqədar yaranmış iki illik fasilədən sonra ənənəvi formatda keçirilən ilk sərgi Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi tələblərinə tam əməl olunmaqla təşkil olunub. Sahibkarlar koronavirus pandemiyası ilə əlaqədar yaranmış uzunmüddətli fasilədən sonra ənənəvi formatda keçirilən ixtisaslaşmış sərgilərə qatılıblar.

"Caspian Agro 2021" və "InterFood Azerbaijan 2021" sərgilərində ümumilikdə dünyanın 27 ölkəsindən 248 şirkət təmsil olunub. "Caspian Agro 2021" sərgisində "ağıllı ferma", heyvandarlıq sənayesi üçün avadanlıqlar, kənd təsərrüfatı texnikaları, laboratoriya avadanlıqları, yeni toxum sortları və digər məhsullar nümayiş olunur. Sərgi həmçinin heyvandarlıq və quşçuluq, yem, baytarlıq, bitkiçilik, gübrələr, meyvə və tərəvəzlərin yetişdirilməsi, istixana, elektron kənd təsərrüfatı, kənd təsərrüfatında innovasiya texnologiyaları bölmələrini əhatə edib. "InterFood Azerbaijan 2021" sərgisinin ekspozisiyasında qida sənayesinin müxtəlif sahələri üçün avadanlıqlar, qida məhsulları, istehsalın avtomatlaşdırılması üçün həll variantları, qablaşdırma materialları və digər məhsullar təqdim edilib.

Sərgilər həm alıcılar, həm də satıcılar üçün birləşdirici bənd funksiyasını yerinə yetirib. Həmçinin sərgilər aqrar-sənaye kompleksinin səmərəli inkişafına və qida məhsullarının "Made in Azerbaijan" brendi altında ixracına töhfə verən, o cümlədən innovasiyaların və yeni məhsulların bazara çıxarıldığı platforma olub.

Operativ Qərargahın qərarına əsasən idman zalları, ibadət yerləri, iri ticarət mərkəzləri və çimərliklər açılıb

Bu həftə Operativ Qərargahın qərarına əsasən idman zalları, iri ticarət mərkəzləri və digər yerlər açılıb. Nazirlər Kabineti yanında Operativ Qərargah 2021-ci il 31 may tarixindən başlayaraq xüsusi karantin rejiminin tədricən yumşaldılması ilə bağlı qərar verib. Həmin qərarların növbəti qrupu iyunun 10-dan etibarən tətbiq olunub. İyunun 10-dan iri ticarət mərkəzləri də fəaliyyətə başlayıb. Amma onların nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyətinə qoyulan qadağa qüvvədədir.

Bundan başqa, Nazirlər Kabinetinin iyulun 5-də qəbul etdiyi 162 saylı qərarla 10 iyun tarixindən etibarən hava nəqliyyatı vasitəsilə Rusiya Federasiyasının və Türkiyə Respublikasının vətəndaşlarının Azərbaycana giriş-çıxışına icazə verilib. Belə ki, yaşı 18-dən yuxarı olan şəxslər bu ölkələrdən Azərbaycana yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında buraxılırlar. 1-18 yaş arasında olan şəxslər isə yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd təqdim etməlidirlər. Həmin şəxslər Azərbaycan Respublikasını tərk edərkən onlardan COVID-19-a dair PCR testi tələb olunmur. Qeyd edək ki, bütün bu açılımlar iqtisadiyyatda canlanma yaradır.

Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində koronavirusun (COVID) yayılması dünyanın düzənini dəyişdi. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yayılan virusu pandemiya elan etməsindən sonra dünya bu virusla mübarizəyə başladı. Dünyanın əksər ölkələrində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bir sıra qadağaların tətbiqinə başlandı. Hər ölkə bu gözəgörünməz virus kabusundan yaxa qurtarmaq üçün müxtəlif məhdudiyyətlər həyata keçirdi. Koronavirus pandemiyası Azərbaycanda da həyatın axarını dəyişdi. Azərbaycanda COVID-19-la mübarizəyə 2020-ci ilin fevral ayının 27-dən başlandı.

Koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükənin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Fevralın 28-də ölkədə COVID-19-un ilk müsbət halı təsdiqləndi. Hazırda ölkəmizdə koronavirus əleyhinə vaksinasiya uğurla davam etdirildiyindən ölkəmizdə karantin qaydalarının yumşaldılması davam edir.

AYİB-in işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Qafqaz üzrə regional direktoru xanım Katarina Byorlin Hansenlə görüşüb. Görüşdə Azərbaycanla EBRD arasında əməkdaşlığın yüksək səviyyədə olduğu, ölkəmizin bankla əlaqələrin inkişafına önəm verdiyi qeyd edilib. Beynəlxalq maliyyə institutları, o cümlədən EBRD ilə birgə həyata keçirilən layihələrdə qabaqcıl təcrübənin, müasir texnologiya və yeniliklərin ölkəmizdə tətbiqı xüsusilə əhəmiyyətlidir.

Görüşdə Azərbaycanın sosial-iqtisadi inkişafı prioritetləri barədə məlumat verilib, qarşıya qoyulmuş hədəflərin reallaşdırılması istiqamətində Azərbaycan İnvestisiya Holdinqi, Sahibkarlığın İnkişafı Fondu və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə AYİB arasında əməkdaşlıq imkanları diqqətə çatdırılıb. İqtisadiyyat naziri bildirib ki, EBRD ilə müxtəlif sahələr, xüsusilə dövlət-özəl tərəfdaşlığı, "yaşıl iqtisadiyyat" və bərpa olunan enerji üzrə əlaqələrin genişləndirilməsi potensialı böyükdür.

EBRD-nin Qafqaz üzrə regional direktoru bankın Azərbaycanla səmərəli və uzunmüddətli əməkdaşlığını qeyd edib, ölkəmizin iqtisadi perspektivlərinin əlaqələrin inkişafına şərait yaratdığını və qurumun bundan sonra da Azərbaycan iqtisadiyyatını dəstəkləməyə hazır olduğunu diqqətə çatdırıb.

Görüşdə Azərbaycan-EBRD əməkdaşlığın genişləndirilməsi istiqamətləri, bankın maliyyə dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr barədə müzakirələr aparılıb.

Qeyd edək ki, Avropa Yenidənqurma və İnkişaf Bankı 1991-ci ildə yaradılıb və mənzil qərargahı Londonda yerləşir. Azərbaycan Respublikası Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığa 1992-ci ildən başlayıb. Bankın Azərbaycandakı nümayəndəliyi isə 1993-cü ildən fəaliyyət göstərir. Bankla Azərbaycan arasında əməkdaşlıq 2019–2024-cü illəri əhatə edən ölkə üzrə strategiya sənədi ilə tənzimlənir.

2078
Нападающий сборной Швеции Александер Исак

AVRO-2020: İspaniya İsveç arasında çempionatın ilk qolsuz heç-heçəsi qeydə alındı

0
(Yenilənib 01:10 15.06.2021)
Futbol üzrə Avropa çempionatında E qrupunda ilk turdan sonra birinci yerə gözlənilmədən Slovakiya millisi çıxıb.

BAKI, 15 iyun - Sputnik. AVRO-2020-də E qrupunda ilk görüşünə çıxan İspaniya yığması öz meydanında İsveçlə qarşılaşıb.

Sevilyadakı Olimpiya Stadionunda təşkil olunmuş görüş heç-heçə ilə yekunlaşıb - 0:0. Bu, AVRO-2020-də yeganə qolsuz matç olub.

Oyuna 10 559 azarkeş canlı baxıb.

Noyabrın 25-də 19 yaşı tamam olacaq İspaniya yığmasının yarımmüdafiəçisi Pedri milli komandasının heyətində Avropa çempionatında oynamış ən gənc futbolçu olub.

E qrupunda turun digər görüşündə Slovakiya Polşanı 2:1 hesabı ilə məğlub edib.

İspaniya yığması Avropa çempionatının növbəti oyununda iyunun 19-da Sevilyada Polşa yığması ilə qarşılaşacaq. İsveç millisi iyunun 18-də Sankt-Peterburqda slovaklarla oynayacaq.

0