* AZƏRBAYCAN *
Bitkoin, arxiv şəkli

Bitkoin "taxtından" düşdü

11
(Yenilənib 18:52 19.05.2021)
İyirmidən çox birjanın qiymətlərinin müqayisəsini aparan CoinMarketCap portalının məlumatına görə, bitkoinin qiyməti 29,8% azalıb və 30858 dollar olub.

BAKI, 19 may — Sputnik. Apreldə tarixi maksimumuna çatan bitkoin çərşənbə günü 30 min dollara düşüb. Bununla onun qiyməti yanvardan bəri iki dəfə azalıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, satışların həcminə görə ən nəhəng kriptovalyuta birjası olan Binance-da bitkoin Bakı vaxtı ilə 17.13-də 31,4 min dollara düşüb, sutka ərzində isə 30 min dollara endiyi də olub.

İyirmidən çox birjanın qiymətlərinin müqayisəsini aparan CoinMarketCap portalının məlumatına görə, bitkoinin qiyməti 29,8% azalıb və 30858 dollar olub. Hər yanda dinamika sutka ərzində göstərilir.

Xatırladaq ki, aprelin 14-də bitkoin tarixi maksimumuna çataraq 64854 dollara satılırdı. Bugünkü qiymətlə müqayisədə onun 2,1 dəfə ucuzlaşdığını demək olar.

11
Teqlər:
bitkoin
İqtisadçı ekspert Natiq Cəfərli

Neft bazarında kəskin qiymət artımı olacaqmı? ekspert şərh edir

3
(Yenilənib 16:39 24.06.2021)
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, həftləlik hesabatlar neft bazarına təsir etsə də, amma bunu həlledici faktor hesab etmək olmaz
Natiq Cəfərli: “Bu, kəskin qiymət artımının qarşısını alan səbəbə çevrildi”

Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neftinin ehtiyatları 7 614 min barel azalaraq 459 060 min barel təşkil edib. Bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

İqtisadçı ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyir ki, ehtiyatların azalması neft qiymətlərinə kəskin təsir etdi: “Sonradan qiymətlərdə sabitlik yarandı. Neft qiymətlərinə təsir edən bir sıra vacib amillər var. OPEC+-un neft hasilatını artıracağı ilə bağlı xəbərlər yayıldı. Bu, da kəskin qiymət artımın qarşısını alan səbəbə çevrildi. Amma bununla yanaşı qeyd etməliyik ki, ABŞ-da ehtiyatlar azalsa da, hasilat artır. Bu özü də neft bazarında sabitliyin yaranmasına səbəb olur. Həftəlik hesabatlar neft bazarına təsir etsə də, bunu həlledici faktor hesab etmək olmaz”.

Natiq Cəfərlinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

3
Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov və Səudiyyə Ərəbistanının investiya naziri Xalid bin Əbdüləziz Əl-Falih görüş zamanı

Azərbaycan Səudiyyə Ərəbistanını azad olunan ərazilərdə bərpa işlərinə dəvət edib

748
(Yenilənib 11:23 24.06.2021)
Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri və 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış vəziyyət barədə Səudiyyə Ərəbistanı tərəfini məlumatlandırıb.

BAKI, 24 iyun — Sputnik. İyunun 23-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falihlə görüşüb. Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən daxil olan məlumatda bildirilir.

Qonaqları səmimi salamlayan səudiyyəli nazir ölkəmizə səfərlərini və dövlətimizin başçısı cənab İlham Əliyevlə görüşlərini məmnunluqla xatırlayaraq, Azərbaycanla bağlı təəssüratlarını bölüşüb.

Qarabağa dəvət

Nazir Ceyhun Bayramov Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasında dövlət başçıları səviyyəsində münasibətlərə toxunaraq, ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu bildirib və əməkdaşlığın digər sahələrdə də inkişafının vacibliyini vurğulayıb. Nazir əməkdaşlığın inkişafında Hökumətlərarası Müştərək Komissiyanın rolunu qeyd edərək, Komissiyanın 2019-cu ilin mart ayında Bakıda keçirilən son iclasının uğurlu olduğunu vurğulayıb. O, iqtisadi əməkdaşlığın prioritet istiqamətləri kimi enerji, kənd təsərrüfatı, turizm və mədən sənayesi sahələrində əməkdaşlıq imkanlarını qeyd edib.

Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri və 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış vəziyyət barədə Səudiyyə Ərəbistanı tərəfini məlumatlandırıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan yenidənqurma işləri və həyata keçirilən infrastruktur layihələrindən danışaraq, dost Səudiyyə Ərəbistanını da bu prosesdə iştiraka dəvət edib. Azərbaycanın kənd təsərrüfatı məhsullarının Səudiyyə Ərəbistanına ixracı üçün böyük potensialın olduğunu bildirən nazir, bu sahədə əməkdaşlığın fəallaşdırılmasınln vacibliyini qeyd edib.

Ölkələrimiz arasında turizm sahəsində əməkdaşlığa toxunan nazir Ceyhun Bayramov qeyd olunan sahədə pandemyadan əvvəl müşahidə olunan müsbət dinamikanın gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini bildirib.

Enerji sahəsində əməkdaşlıq

Xalid Əl-Falih ölkəsinin enerji naziri qismində Azərbaycana səfəri zamanı bərpa olunan enerji və neft-kimya sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdiyini diqqətə çatdıraraq, ölkəmizin turizm imkanlarına toxunmuş, hava nəqliyyatı sahəsində əməkdaşlıqdan bəhs edərək, sərnişindaşıma ilə yanaşı, yükdaşımaların da həyata keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, Səudiyyə Ərəbistanı şirkətlərinin Azərbaycanda həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlı olduğunu bildirərək, bu məsələnin Hökumətlərarası Müştərək Komissiyanın cari ilin payız aylarında Ər-Riyadda keçiriləcək növbəti iclasında müzakirə olunacağını qeyd edərək, Azərbaycan – Səudiyyə Ərəbistanı Biznes Şurasının yaradılması və birgə biznes forumun təşkilindən bəhs edib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Eləcə də oxuyun: 

748
Teqlər:
işğaldan azad edilmiş ərazilər, əməkdaşlıq, enerji, iqtisadiyyat, Səudiyyə Ərəbistanı, Azərbaycan
Azərbaycanın T-55 tankları Ağdamda

Ağdamı azad edən igidlərimizə medal verilir - SİYAHI

6525
Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbçilərimiz xüsusi medalla təltif olunurlar

BAKI, 24 iyun - Sputnik. Azərbaycan Respublikasının Ağdam rayonunun işğaldan azad edilməsi
uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif ediliblər.

Bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Təltif olunmuş hərbçilərimizin siyahısı ilə buradan tanış olmaq mümkündür.

---------------

29.12.2021

16:11

Azərbaycan Respublikasının Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir sıra hərbi qulluqçuları “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilirlər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Təltif olunmuş hərbçilərimizin siyahısı ilə bu linkdən tanış ola bilərsiniz.

6525
Teqlər:
Sərəncam, Prezident İlham Əliyev, Azərbaycan Ordusu, medal, döyüş, Qarabağ, Ağdam